Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə5/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   2   3   4   5   6   7   8   9   ...   113

● ayə 12:


﴿وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً﴾

Biz gecə və gündüzü iki əlamət qərar verdik. Gecənin nişanəsini (ay işığını) götürdük və gündüzün nişanəsini (günəşi) işıqlandırdıq ki, Rəbbinizdən bir fəzl soraqlayasınız, illərin sayını və hesabı biləsiniz. Biz hər şeyi aydın bəyan etdik.”



Nöqtələr


● Quranda gecənin gündüzdən öncə zikr olunmasının səbəbi bu ola bilər ki, qaranlıq yerin özündəndir, işıq isə günəşdən.

● Bildirişlər


1. Yerin öz oxu ətrafında dövr etməsi, gecə və gündüzün müəyyənləşməsi təsadüf yox, Allahın hikmət dolu iradəsidir.

2. Gündüz iş, gecə isə istirahət üçündür.

3. Allah fəzl və rəhmət nazil etsə də, biz çalışmalıyıq.

4. Ruzi əldə etmək üçün zəmin yaratmaq ilahi rübubiyyət şənindəndir.

5. Öz zirəkliyimizlə qürrələnməyək, ruzi Allahdandır.

6. Varlıq aləmindəki nizam məqsədsiz deyil. Bütün tədbirlərdə mehvər insandır.

7. Gecə və gündüz təbii, daimi, ümumi, asan, dərk olunan bir təqvimdir. Bu təqvim nəzm və proqramlaşdırma üçün vasitədir.

8. Varlıq aləmində ziddiyyətlərin qarşısını almaq üçün hər şey nəzmə çəkilmiş, qanunlara tabe edilmişdir.



● ayə 13:


﴿وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَآئِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا﴾

Hər bir insanın əməl naməsini onun boynundan asmışıq. Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər.”



○ Nöqtələr


● Ayədəki “tair” sözü insanın əməlinə işarədir. Çünki əməllər quş tək pərvaz edib sahibinə çatar, hər bir insanın xeyir və şərdən ibarət əməl naməsi onun boynundan asılar.

● Quranda əməl naməsinə bir neçə dəfə işarə olunmuşdur. O cümlədən:

1. “Əməl naməsi hamı üçündür.”

2. “Həmin namədə bir şey ötürülməmişdir.”1

3. “Günahkarlar ondan qorxar.” 2

4. İnsan öz əməl naməsini oxumaqla özünü mühakimə edər.3

5. “Nicat tapanların kitabı sağ, cəhənnəm əhlinin kitabı onların sol əlinə verilər.”2

● Bildirişlər


1. Hesab-kitab hamı üçündür və kimsə istisna olunmayıb.

2. Bütün insanlar əməl namələri ilə birlikdə məhşərdə dayandırılarlar.

3. İnsanın əməli ondan ayrılmaz.

4. İnsanın xoşbəxtliyi və bədbəxtliyi onun əməllərindən asılıdır. Bu istiqamətdə bəxt kimi amillər rol oynamır.

5. Allah insanın bütün əməllərindən xəbərdardır. Əməl naməsinin boyundan asılmasında məqsəd onun insanın özünə anlatmaqdır.

6. İnsanın bütün əməl və hərəkətləri qeyd olunar. İnsan dünyada əməllərinin qeydə alındığını hiss etməsə də, qiyamətdə əməl naməsi açılar və gizli işlər ifşa olunar.



● ayə 14:


﴿اقْرَأْ كَتَابَكَ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا﴾

(Qiyamətdə insana deyilər:) Kitabını oxu. Bu gün özünün özünlə hesab aparmağın yetər.”



○ Nöqtələr


● İmam Sadiq (ə) buyurur: “İnsan əməl naməsində öz əməllərini o qədər aydın görər ki, sanki uyğun əməllər həmin saat baş vermişdir.”3

● Fəxr Razi deyir: “İnsanın əməlləri onun ruhuna təsir göstərir. Oxumaq dedikdə dərk etmək başa düşülür.” 4 “Əl-Mizan” təfsirində bildirilir ki, “kitab” dedikdə əməllərin özü nəzərdə tutulur.

● Bir çox rəvayətlərdə tövsiyə olunur ki, insan qiyamətdən öncə özü ilə hesab çəksin5. Bu sayaq hesab insanı oyadır və qəflətdən uzaqlığı göstərir.

Hədisdə deyilir: Hər kəs dünyada özü ilə hesab çəksə, axirət hesabı asan olar. Elə bu dünyada həyat kitabımızı, əməl naməmizi oxumalıyıq ki, zəif nöqtələri aradan qaldıraq, pisliklərə tövbə edib, yaxşı əməllərimizi artıraq. (Bir ata öz övladından hər gün əməllərini qeyd etməsini istədi. Oğul bir gün bu işi görsə də, ikinci gün çətinlik çəkdi və atasından üzr istədi. Atası dedi: “Əziz övladım! Bütün əməllər bu sayaq yazılır. Əlbəttə ki, qiyamətdə bütün əməllər açılar və öz əməlindən peşman olarsan.”1


● Bildirişlər


1. Qiyamətdə bütün insanlar öz əməl namələrini oxuya bilirlər.

2. Qiyamətdə vicdanlar oyanır.

3. Qiyamət günahkarların öz əleyhinə şəhadət verdiyi yeganə məhkəmədir.

● ayə 15:


﴿مَّنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدي لِنَفْسِهِ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولاً﴾

Hidayət olan (doğru yol tutan), həqiqətən, öz xeyrinə hidayət olmuş, yolunu azan isə yalnız öz zərərinə azmışdır. Kimsə başqasının günah yükünü çiyninə almır. Biz peyğəmbər göndərməmiş əzab verən deyilik.”



○ Nöqtələr


● “Ənam” surəsinin 25-ci, “Ənkəbut” surəsinin 13-cü ayələrinə və bir sıra rəvayətlərə əsasən, küfr başçıları öz günah yüklərindən əlavə ardıcıllarının da günah yüklərini çiyinlərinə alarlar. Çünki onlar öz ardıcıllarının doğru yoldan azmalarına səbəb olmuşlar.

● Bildirişlər


1. İnsan yol seçimində azad buraxılmışdır.

2. Doğru yolun qəbulu insanın öz xeyrinə, küfr isə onun zərərinədir. İnsanın hansı yolu tutmasının Allaha xeyir-zərəri yoxdur.

3. Hər kəs öz əməlinin cəzasını çəkər.

4. Öncə müsbət işlərdən danışmaq, sonra mənfiləri qeyd etmək lazımdır.

5. Kimsəyə höccəti tamamlamamış, xəbərdarlıq etməmiş əzab vermək Allahın sünnəsi, qanunu deyil. Bəşəriyyətin doğru yolu tutması üçün elə öncədən peyğəmbərlər göndərilmişdir.

6. Xoşbəxt olmaq üçün ağıl bəs etmir, peyğəmbərlərin hidayəti də lazımdır.

7. Peyğəmbərlərin gəlişi axirət sorğusu üçün şərtdir. Sorğuya çəkilən insana öncə peyğəmbərlər vasitəsi ilə vəzifələri aydınlaşdırılmalıdır.

● ayə 16:


﴿وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا﴾

Bir məntəqəni (günahlarına görə) həlak etmək istədikdə, onun xoş güzaran keçirən adamlarına əmr edərik. Belə ki, bu əmrə qarşı müxalif və aciz olarlar. Nəticədə əzab və ilahi qəhr-qəzəbə düçar olarlar. Sonra oranı tam viran qoyarıq.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə