Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə14/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

● Bildirişlər


1. Qapalı ruh, ölü qəlb həqiqi Quran maarifini qəbul etmir.

2. Sadəcə eşitmək dərin dinləmə və eşidilənlərdən zövq duymaqdan fərqli bir işdir.

3. Mənəviyyat məsələlərinin dərkindən məhrumluq bir növ ilahi qəhr-qəzəbdir.

4. Allahdan qeyrisinə üz tutmaq küfr, həm Allah, həm də Allahdan qeyrisinə üz tutmaq şirk; yalnız vahid Allaha üz tutmaq tövhiddir.

5. Müşriklər üçün ən çətin məsələ rübubiyyət (tərbiyə) prinsipində tövhiddir. (Tərbiyəçinin bir Allah olmasıdır.)

● ayə 47:


﴿نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَى إِذْ يَقُولُ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلاَّ رَجُلاً مَّسْحُورًا﴾

Bir-birləri ilə pıçıldaşıb, “siz yalnız ovsunlanmış birinə tabe olursunuz” deyən zaman onların səni nə üçün dinlədiklərini Biz daha yaxşı bilirik.”



Nöqtələr


Təfsirlərdə bildirilir ki, küfr başçıları bir-birindən xəbərsiz məxfi şəkildə Peyğəmbərin (s) evinin ətrafına toplanıb Quranı dinləyir və sonra təhlil edirdilər. Bəzən qaranlıqda bir-birləri ilə toqquşur və qarşı tərəfi məzəmmət edirdilər ki, əgər biz Məhəmmədin avazından uzaq dayana bilmiriksə, xalq nə etsin!

● Bu ayədə Peyğəmbərə (s) təsəlli verilir ki, kafirlərin hörmətsizliyi onu pərişan etməsin. Çünki Allaha hər şey aydındır.


● Bildirişlər


1. Allah xalqın məqsədlərindən xəbərdardır.

2. İnsan pis niyyətlə də dinləyə bilər.

3. Həqiqi təbliğatçı xalqın böhtanlarına görə geri çəkilməməlidir. O, Allahın nəzəri altında olduğunu düşünüb təsəlli tapmalıdır.

4. Düşmənlər xalqın ilahi rəhbərlərə meylini gördüklərindən onlara böhtan və yalanla zərbə vururlar.



● ayə 48:


﴿انظُرْ كَيْفَ ضَرَبُواْ لَكَ الأَمْثَالَ فَضَلُّواْ فَلاَ يَسْتَطِيعْونَ سَبِيلاً﴾

(Ey peyğəmbər!) Bax gör ki, sənin üçün necə misallar çəkdilər və nəticədə yollarını azdılar. Onlar haqq yolu tapa bilməzlər.”



● Bildirişlər


1. Peyğəmbər, dini rəhbərlər və möminlər düşmənin təbliğat üsulundan xəbərdar olmalıdırlar.

2. Həm haqqın sübutu, həm də həqiqətlərin solğun göstərilməsi üçün misal və təmsildən istifadə etmək olar.

3. Dinə qarşı məntiqlə çıxış edə bilməyənlər müxtəlif misallarla peyğəmbəri təhqir edirlər.

4. İlahi rəhbərə qarşı alçaldıcı hərəkət azğınlıq amilidir.

5. İnsanlar azğınlıq girdabına tədricən yuvarlanırlar. Öncə pis danışıq və yersiz məsəllər, sonra azğınlıq, daha sonra isə çıxılmaz vəziyyət.

6. Küfrün sonu yoxdur. Kafirlər müxtəlif böhtanlardan, yersiz məsələlərdən istifadə etsələr də, yenə müvəffəqiyyət qazanmadılar.



● ayə 49:


﴿وَقَالُواْ أَئِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا﴾

Onlar dedilər: “Çürüyüb dağılmış sümüklər olduğumuz vaxt, doğrudanmı, yeni bir yaranışla qaldırılarıq?”



○ Nöqtələr


● “Rufat” dedikdə əzilmiş gil başa düşülür.1

● Quran ayələrində məadı inkar edənlərin hansısa dəlilinə işarə olunmur. Bəli, onların heç bir dəlili yoxdur. İşləri təəccüb, sual və inamsızlıqdır. Onlar müxtəlif suallarla şübhə yaradırlar. Quran onlara cavab olaraq Allahın elm, qüdrət və hikmətinə istinad edir. Məadı inkar edənlər üçün təbiət, tarix və insanın özündən nümunələr zikr olunur. Bütün bunlar əvvəl yox idi, sonradan yarandı. Demək, heçdən yaradan Allah mövcudları ölümdən sonra yenidən dirildə bilər.



● ayə 50:


﴿قُل كُونُواْ حِجَارَةً أَوْ حَدِيدًا﴾

De ki, (əzilmiş sümüyə nə var ki, siz) daş, ya dəmir olun.”



● ayə 51:


﴿أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُؤُوسَهُمْ وَيَقُولُونَ مَتَى هُوَ قُلْ عَسَى أَن يَكُونَ قَرِيبًا﴾

Ya da nəzərinizdə ondan möhkəm olan bir məxluq ola (yenə Allah sizi ikinci dəfə dirildə bilər). Onlar tezliklə deyəcəklər: “Kim bizi yenidən qaytarar?” De ki, sizi ilk dəfə yaradan kəs. Tezliklə (təəccüb içində) başlarını sənə doğru tərpədib deyərlər: “O gün nə vaxt olacaq?” De ki, bəlkə də, yaxın vaxt!”



○ Nöqtələr


● İnsan ölümdən sonra çürüyüb torpaq olsa da, torpaq həyat qaynağıdır. Bitkilər torpaqdan göyərir, torpaqda inkişaf edən mövcudlar var. Demək, ölüləri torpaqdan diriltmək Allah-təala üçün çətin deyil. Siz torpaq yox, daş və dəmir olsanız belə, yenə Allah həyatdan uzaq olan bu tərkiblərdən sizi dirildəcək.

● Məadı inkar edənlərin heç bir dəlili yoxdur. Onlar yalnız soruşurlar ki, bizi kim, nə vaxt və necə dirildəcək? Quran belə cavab verir ki, sizi öncə heçdən yaradan Allah yenidən diriltmək qüdrətinə malikdir. Bu vəd bir o qədər də gec yox, bəlkə də, tezliklə gerçəkləşər!


● Bildirişlər


1. Peyğəmbərə (s) sualları, şübhələri və iradları cavablandırmaq əmr olunub.

2. Ölüləri - daşa və dəmirə dönmüş olsalar belə - diriltmək Allah üçün asandır.

3. Məad cismanidir.

4. Bir çox şeylər bizim düşüncə və qəlbimizdə böyük görünür. Amma əslində onlar böyük deyil.

5. Allahın qüdrətindən xəbərsizlik məadın inkarına səbəb olur.

6. İnadkar insanlar dəlil eşitdikdə belə istehza və inkar səbəbindən başlarını yırğalayırlar.

7. Dünya həyatı axirətlə müqayisədə qısadır. Hər bir insan ölüm və qiyaməti yaxın bilməlidir.

● ayə 52:


﴿يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلاَّ قَلِيلاً﴾

(Hesab üçün qəbirlərdən) çağırılacağınız gün siz həmd-səna deyən halda cavab verər və düşünərsiniz ki, qısa bir müddət yubanmısınız.



● Bildirişlər


1. Qiyaməti yaddan çıxarmayın.

2. Qiyamət bütün insanların ümumi çağırış günüdür.

3. Qiyamət zamanı bütün ölülər həmd-səna deyər. (Amma bunun kafirlərə faydası yoxdur.)

4. Qiyamətlə müqayisədə dünya və bərzəx həyatının uzunluğu çox azdır.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə