Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə12/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

● Bildirişlər


1. İnsan həqiqi elm və düzgün məlumat, məntiq və bəsirət əsasında yaşamalıdır.

2. Şayiə bazarını qızışdırmayaq, eşitdiyimiz əsassız sözləri ona-buna nəql etməklə insanların şəxsiyyətini alçaldıb, hüquqlarını ayaq altına salmayaq.

3. Quran sadə xalqı öz ətrafına toplayan sehrbazları, kahinləri, falçıları tənqid atəşinə tutur.

4. İnsan təkcə hiss üzvləri ilə məlumat toplamır, qəlb də ətrafla tanışlıq vasitələrindəndir.

5. Qiyamətdə insanın qəlbindən ötənlər və niyyətləri də sorğuya çəkilər.

6. Qiyamət və Allah sorğusuna iman təqva amilidir.

7. İnsanın öz fiziki və digər imkanlarından düzgün faydalanmamasının cəzası var.

● ayə 37:


﴿وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً﴾

Yer üzündə təkəbbür və lovğalıqla hərəkət etmə. Şübhəsiz, sən nə yeri yara bilər, nə də ucalıqda dağlara çata bilərsən.”



● ayə 38:


﴿كُلُّ ذَلِكَ كَانَ سَيٍّئُهُ عِنْدَ رَبِّكَ مَكْرُوهًا﴾

Bütün bunların günahı Rəbbinin yanında bəyənilməmişdir.”



Nöqtələr


● Etiqadi, siyasi, hərbi və iqtisadi sahələrlə yanaşı evdən bayıra get-gəl kimi xırda məsələlərlə bağlı göstəriş verməsi İslamın hərtərəfli bir din olmasını göstərir. Məsələn:

a) Yol gedərkən orta həddi gözlə.2

b) Təkəbbür və lovğalıqla yerimə.

v) Yer üzündə aram və təkəbbürsüz hərəkət edənlər Allahın bəndələridir.3

q) Küçə və bazardan təkəbbür və dəbdəbə ilə keçən varlı Qarun tənqid olunur.1

● Peyğəmbər (s) hətta Məkkənin fəthi günü palansız bir ulağa süvar olmuşdu. İmam Həsən Müctəbanın (ə) çoxsaylı minikləri olduğu halda Məkkəyə piyada gedirdi. Bütün bunlar din övliyalarının təvazökarlığını göstərir. Həzrət Əli (ə) təvazökarlıqla yol getməyi müttəqilərin sifəti sayır.2


● Bildirişlər


1. Hətta təkəbbürlə yol yerimək Quran tərəfindən məzəmmət olunur.

2. Təkəbbürü aradan götürmək üçün zəiflərin və acizlərin halını nəzərə almaq lazımdır.

3. İç sifətlər insanın rəftarlarına təsir göstərir.

4. Bütün ilahi dinlərdə çirkin əməllər pislənilmişdir.

5. Allahın əmrləri insanın inkişaf və tərbiyəsinə yönəldilmişdir.

● ayə 39:


﴿ذَلِكَ مِمَّا أَوْحَى إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ وَلاَ تَجْعَلْ مَعَ اللّهِ إِلَهًا آخَرَ فَتُلْقَى فِي جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا﴾

Bu (göstərişlər) Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət olunar, qovular və cəhənnəmə atılarsan.”



○ Nöqtələr


● Bəzi təfsirçilər deyir: “Hikmə” dedikdə ötən ayələrdə qeyd olunmuş və digər dinlərdə əks olunmuş sabit hökmlər nəzərdə tutulur. İyirmi ikinci ayədə şirkin qadağası ilkin hikmət idi. Bu ayədə şirkin qadağası hikmətlərin sonudur.

● Allah bəzən Peyğəmbərə (s) sərt bir xitabla əslində kafirlərə xəbərdarlıq edir. Məqsəd kafirlərin peyğəmbərlərdən ümidlərini üzməsidir. Məsələn, buyurulur ki, əgər Allahdan qeyrisinin sorağınca getsən, cəhənnəmə atılarsan.


● Bildirişlər


1. Allahın əmr və qadağaları hikmətə, bəşəriyyətin tərbiyə ehtiyaclarını əhatə edən elmə əsaslanır və ağıla uyğundur.

2. Ağıl və fitrət insanın vəhyə olan ehtiyacını ödəmir. İnsan vəhyə möhtacdır.

3. Şirk o qədər çirkindir ki, hətta Peyğəmbər (s) onun sorağınca getsə məhv olar.

4. Vəhy məktəbi və ilahi qanundan savay bütün yollar və məktəblər məhvə aparır, məhrumiyyət və cəhənnəmlə sonuclanır.

5. Şirkin sonu cəhənnəmdir və müşrik Allahın rəhmətindən uzaq düşəsidir.

6. Müşriklər cəhənnəmdə yanmaqla yanaşı, ruhi əzab da görürlər.



● ayə 40:


﴿أَفَأَصْفَاكُمْ رَبُّكُم بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلآئِكَةِ إِنَاثًا إِنَّكُمْ لَتَقُولُونَ قَوْلاً عَظِيمًا﴾

(Yoxsa güman edirsiniz ki,) Rəbbiniz sizi oğlan övladlarla seçib, Özü üçün mələklərdən qızlar götürüb? Həqiqətən, siz böyük (böhtan) danışırsınız.”



○ Nöqtələr


● Müşriklərin əqidələrindən biri də bu idi ki, mələkləri Allahın qızları sayırdılar. Quran dəfələrlə bu məsələyə toxunur və deyilənləri böyük böhtan sayır.1

Əlbəttə, Allahın övladı olmasına inam yəhudilər və məsihilər arasında da mövcuddur. Allahın qızları olması fikri isə bütpərəstlərə məxsusdur.


● Bildirişlər


1. Oğlan övladın qız övladdan üstünlüyü yanlış düşüncədir.

2. Allahın rübubiyyəti müşriklərə də şamildir.

3. Allahın övladı olması fikri əsassızdır və məhkum olunur.

4. Mələkləri Allahın qızı bilmək səhv təsəvvürdür.

5. İnsan özünə rəva bilmədiyini başqasına rəva bilməməlidir. Belə bir sifəti Allaha aid etmək isə daha dəhşətlidir!


● ayə 41:


﴿وَلَقَدْ صَرَّفْنَا فِي هَـذَا الْقُرْآنِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمْ إِلاَّ نُفُورًا﴾

Şübhəsiz, Biz bu Quranda (həqiqəti müxtəlif ifadələrlə) təkrar-təkrar bəyan etdik ki, öyüd götürsünlər. Amma bu, onların nifrətini artırdı.”



○ Nöqtələr


● “Sərrəfna” dedikdə mövzunu aydınlaşdırmaq üçün müxtəlif bəyanlar və təkrarlar nəzərdə tutulur.

● İnsan istər təbiətdə, istər ilahi kitabda fitrətən rəngarənglik axtarışındadır. Qurandakı təkrarların və rəngarəngliyin səbəbi məhz bu meyldir.

● Pak yağış üfunətli leşin pis qoxusunu apardığı kimi, ilahi ayələr də təkəbbür və inadkarlıq dolu qəlbin tərsliyini artırır.

● Bildirişlər


1. Məsələlər rəngarəng və cazibəli şəkildə təkrarlanmalıdır. Çünki yeknəsəqlik insanı yorur.

2. İnsan daim xatırlatmaya ehtiyaclıdır. Xəbərdarlıq hər dəfə təkrarlandıqda hansısa qrup cəzb ola bilər.

3. Quran ayələrinin təkrarında məqsəd xatırlatma və nəsihətdir.

4. Təkrar dostları cəlb edir, inadkarlarda nifrət yaradır.



● ayə 42:


﴿قُل لَّوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لاَّبْتَغَوْاْ إِلَى ذِي الْعَرْشِ سَبِيلاً﴾

De ki, əgər müşriklərin dediyi kimi, Allahla yanaşı başqa məbudlar olsaydı, bu məbudlar yaranış sahibi olan Allaha (üstün gəlmək üçün) nüfuz yolu axtarardılar.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə