Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə20/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

● Bildirişlər


1. İnsanın axirət şəxsiyyəti onun dünya şəxsiyyətinin təcəssümüdür. Dünyadakı bəsirət axirətdə bəsirətlə nəticələnir. Dünyadakı korluq axirət korluğu ilə sonuclanır.

● ayə 73:


﴿وَإِن كَادُواْ لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ وَإِذًا لاَّتَّخَذُوكَ خَلِيلاً﴾

Az qalmışdı ki, səni vəhy etdiyimizdən xəbərsiz qoyalar, vəhydən qeyri bir şeyi Bizə aid edəsən və həmin vaxt səni özlərinə dost tutalar.”



Nöqtələr


● Rəvayətdə oxuyuruq ki, müşriklər İslam Peyğəmbərindən (s) bütlərə hörmət göstərməsini və ya bütpərəstliyin davamı üçün möhlət verməsini istəyirdilər. Peyğəmbər (s) bu təklifi qəbul etmək haqqında düşündüyü vaxt Allah onu hifz etdi... Amma bu qəbildən olan rəvayətlər qəbuledilməzdir, Peyğəmbərin (s) Quran ayələrində təsdiqlənən paklıq və qətiyyəti ilə bir araya sığmır.5

● “Ətyəbul-bəyan” təfsirində deyilir: ayədəki “səni vəhy etdiyimiz” təbirindən aydın olur ki, kafirlər Peyğəmbərin (s) diqqətini vəhydən yox, hansısa şəxsdən yayındırmaq istəmişlər. Bəs haqqında vəhy nazil olmuş bu şəxs kimdir?

İmam Baqir (ə) və imam Kazimdən (ə) nəql olunmuş hədisdə bildirilir ki, bu şəxs Həzrət Əlidir (ə). Allah onun vilayəti haqqında vəhy yolu ilə Peyğəmbərə (s) tapşırıq vermişdir. Allah Peyğəmbərin (s) xalqın həsədinə, inkarına və dözümsüzlüyünə biganə qalması üçün bu ayəni nazil etdi və kafirlərin səyləri səmərəsiz qaldı.

“Əlləzi” (o şey ki) sözünə əsasən uyğun hədis qəbul oluna bilər. Bir şərtlə ki, həzrət Əlinin (ə) Məkkədə tanıtdırılması nəzərdə tutulmuş olsun. Çünki surə Məkkə surəsidir.


● Bildirişlər


1. Kafirlər peyğəmbərləri də öz tərəflərinə keçirmək üçün plan cızırlar.

2. Din rəhbərləri düşmənin qurğularına diqqətli olmalıdırlar. Onlar din rəhbərlərində süstlük yaratmağa, onların mövqeyini dəyişməyə çalışırlar.

3. Hansısa fərdlər və ölkələrlə dostluq əqidə və müqəddəsliklərə göz yummaq bahasına başa gəlirsə, səmərəsizdir.

4. Nə qədər ki, müsəlmanlar öz əqidə və ayinlərindən əl çəkməyiblər, kafirlər və düşmənlər onlara həqiqi dost olmayacaqlar. Düşmən aza qane olmur, sizi əqidənizdən döndərmək istəyir.1



● ayə 74:


﴿وَلَوْلاَ أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلاً﴾

Əgər Biz səni sabitqədəm etməsəydik, hər vaxt onlara meyl etməyə yaxın idin.”



○ Nöqtələr


● Bu ayənin Peyğəmbərin (s) məsumluğu ilə heç bir ziddiyyəti yoxdur. “Meyl etməyə yaxın idin” cümləsi günah etmək mənasını bildirmir. “Əgər sabitqədəm etməsəydik” cümləsi şərtidir. Yəni himayə etməsəydik, ola bilsin ki, meyl edərdin. Amma Peyğəmbər (s) daim himayə olunduğundan onun düşmənə meyli mümkünsüz idi. Digər hallarda da “əgər” sözü bir işin qəti yerinə yetməsini göstərmir. Məsələn, ayələrdən birində buyurulur: “Əgər Bizə yalan söz aid etsən, şah damarını qət edərik.”2 Başqa bir ayədə oxuyuruq: “Əgər şirk etsən, əməllərin puça çıxar.”3

Şərt şəklində bəyan olunmuş bu cümlələr işin baş verməsini göstərmir.

İmam Riza (ə) buyurur: “Bu ayə «qızım sənə deyirəm, gəlinim sən eşit» prinsipinə əsaslanıb.”1 Əslində ayədə şəxsən Peyğəmbərə (s) yox, müsəlmanlara xitab olunur.

● Bildirişlər


1. Əgər Allahın lütf və himayəsi olmasa, peyğəmbərlərin məsumluğuna zəmanət yoxdur.

2. Düşmənlər və kafirlər qarşısında qətiyyət və dəyişməzlik peyğəmbərlərin imtiyazlarındandır.

3. Allah peyğəmbərləri məsum saxlayır.

4. Etiqadi məsələlərdə təslimçilik zalımlara meyldir. Din rəhbərləri üçün belə bir təhlükə var.

5. Peyğəmbər üçün kiçik büdrəmə də təhlükəlidir.

6. Dini prinsiplərdən azca geri çəkilmək qadağandır. Çünki belə bir hərəkət düşmənlər üçün müvəffəqiyyət və qələbə sayılır.



● ayə 75:


﴿إِذاً لَّأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لاَ تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا﴾

(Onlara meyl etsəydin,) həmin vaxt sənə iki qat dünyada, iki qat öləndə əzab daddırardıq. Bizim qəhr-qəzəbimiz qarşısında özün üçün yardımçı tapmazdın.”



○ Nöqtələr


● Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) belə bir dua oxudu: “Pərvərdigara! Məni bir göz qırpımınca özbaşına qoyma!”2

● Bildirişlər


1. Allahın həm lütfü, həm də qəhr-qəzəbi var.

2. Kafirlərə meyl və etimad böyük günahlardandır. Çünki bu günaha görə əzab vəd edilmişdir.

3. Rəhbərlərin ən kiçik büdrəmələrinin cəzası adi insanların cəzasından iki qat ağırdır. İnsanın elmi, ictimai, mənəvi məqamı yüksəldikcə onun məsuliyyəti, eləcə də əzab təhlükəsi artar.

4. Əgər qanunçuluqda vəzifəli şəxslər üçün daha ağır cəza nəzərdə tutulsa, bu, ədalətə zidd olmaz.

5. Allahın qəhri qarşısında hətta peyğəmbər üçün də heç bir yardımçı yoxdur.

6. Kafirlərə meyl insanın tənha qalmasına səbəb olur, onu Allahın qanunlarından məhrum edir.



● ayə 76:


﴿وَإِن كَادُواْ لَيَسْتَفِزُّونَكَ مِنَ الأَرْضِ لِيُخْرِجوكَ مِنْهَا وَإِذًا لاَّ يَلْبَثُونَ خِلافَكَ إِلاَّ قَلِيلاً﴾

Kafirlər səni az qala büdrədib oradan çıxarmışdılar. Həmin vaxt səndən sonra qısa bir müddət qala bilərdilər (həmin zülmə görə Allahın qəzəbinə düçar olardılar).”



○ Nöqtələr


● Bu ayədə “Ənfal” surəsinin 30-cu ayəsinə işarə olunur. Ayədə buyurulur: “Xatırla, o zaman ki, kafirlər səni həbs etmək, öldürmək və ya xaric etmək üçün plan cızırdılar. Onlar hiylə qurdular, Allah da tədbir tökdü. Allah ən yaxşı tədbir tökəndir.”

● Bildirişlər


1. Peyğəmbər (s) daim təhlükə, fitnə, terror, sürgün təhlükəsi qarşısında idi.

2. Əqidə düşmənlərinin məqsədi dinin bünövrəsini sarsıtmaqdır. Onlar bu yolda hətta peyğəmbərə rəhm etmirlər.

3. Kafirlər ilk mərhələdə rəhbərin düşüncə və etiqadında dəyişiklik etməyə çalışırlar. Növbəti mərhələdə rəhbər sürgün olunur, ölkədən çıxarılır.

4. Peyğəmbərin xalq arasında olması ilahi qəhr-qəzəbi təxirə salır. Peyğəmbər cəmiyyətdən kənarlaşdırılıb sürgün edildikdə qısa bir müddət ərzində qəhr-qəzəb nazil olur.

5. Qurani-kərim həm qeybdən xəbər verir, həm düşmən qurğularının puça çıxacağını bəyan etməklə Peyğəmbərə (s) təsəlli verir.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə