Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə18/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

● ayə 65:


﴿إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ وَكَفَى بِرَبِّكَ وَكِيلاً﴾

Həqiqətən, Mənim (xalis) bəndələrim üzərində sənin hökmün yoxdur. Rəbbinin (onlara) vəkil olması yetər.”



Nöqtələr


● Bütün insanlar Allahın bəndəsi olsa da, Allah bəzi bəndələrinə hörmət olaraq onları Özünə aid edir. Belə bir halla başqa mövcudlara münasibətdə də rastlaşırıq.

● Digər bir ayədə Allahın bəndələri iman və təvəkkül kimi səciyyələrlə tanıtdırılır. Belələri üzərində şeytanın hökmü yoxdur.1 Əlbəttə ki, şeytan onlara da vəsvəsə edir, yaxınlaşır. Amma onlar xəbərdar olub müqavimət göstərirlər.2

Hədisdə deyilir: “Azan və namaz şeytanı qovma amilidir.”3

● Bildirişlər


1. Allahın həqiqi bəndələri azdır. 62-ci ayədə oxuduq ki, İblis deyir: “Az bir hissə istisna olmaqla, bütün xalqı azdıraram.”

2. Allaha bəndəlik insanı İblisin təbliğ və hücumlarından qoruyur. Bəli, sonsuz qüdrətə sığınanlara nüfuz yolu yoxdur.

3. İnsan azad buraxılıb. O, İblisin hücumları qarşısında iman və bəndəliyə sığınmaqla müqavimət göstərə bilər.

4. Allah Ona bəndə olan kəsin vəkili, qoruyanı və hamisidir.

5. Peyğəmbər (s) Allahın xüsusi himayəsində olduğundan şeytanın nüfuzundan amandadır.

● ayə 66:


﴿رَّبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُواْ مِن فَضْلِهِ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا﴾

Sizin Rəbbiniz öz səyinizlə Onun fəzl və rəhmətindən bəhrələnmək üçün gəmiləri dəryada hərəkətə gətirən kəsdir. Əlbəttə, O sizə daim mehribandır.”



○ Nöqtələr


● Dəniz yolları ucuzluq, həmişəlik, ümumilik baxımından sərnişin və yüklərin daşınmasında mühüm rola malikdir. Yük və müsafir daşınmasında, balıqçılıqda gəmiçiliyin böyük faydaları var. Dəniz oksigen, buxar, bulud və yağışın yaranmasında, balıqçılıqda, qidalanmada, nəbatat və heyvanat aləminin əlvanlığında xüsusi rola malikdir. “Coşən kəbir” duasında dənizin qəribəliklərinə işarə olunur.

● Bildirişlər


1. İnsanın maddi ehtiyaclarının təmini ümumi təminatda ilahi qüdrət nişanəsidir.

2. İmkan və fəzl Allahdan, iş və səy isə bizdəndir.

3. Dənizdən əldə etdiyimiz nemətlər Allahın fəzlidir.

4. Allahın rübubiyyəti Onun daimi rəhməti ilə müşayiət olunur.



● ayə 67:


﴿وَإِذَا مَسَّكُمُ الْضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلاَّ إِيَّاهُ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ وَكَانَ الإِنْسَانُ كَفُورًا﴾

Əgər dənizdə bir çətinliyə düçar olsanız, Allahdan qeyri çağırdıqlarınız məhv olub itər. Elə ki, (Allah) sizə nicat verib quruya çatdırdı, Ondan üz döndərərsiniz. İnsan çox nankordur.”



○ Nöqtələr


● Tövhidin fitri olma dəlillərindən biri budur ki, insan çətinliyə düşüb hər şeydən əlini üzdüyü vaxt qeybi bir nöqtəyə üz tutur, ondan kömək gözləyir.

● Kafir bir şəxs imam Sadiqdən (ə) Allahın varlığına dəlil istədi. Həzrət soruşdu: “Bu vaxtadək hadisə ilə üzləşmiş bir gəmiyə süvar olmusanmı?” Həmin şəxs dedi: “Bəli, bir dəfə dəniz səfərində gəmimiz zədələnib batdı və mən bir taxta parçasından yapışdım.” İmam buyurdu: “Həmin vaxt qəlbində səni xilas edəsi qeybi bir güc haqqında düşünürdünmü?” Dedi: “Bəli.” İmam buyurdu: “Həmin qeybi qüdrət Allahdır.”


● Bildirişlər


1. Mövsümi, müvəqqəti iman və tövbə dəyərsizdir.

2. Təhlükə girdabında insan təkallahçı olur, zahiri və xəyali vasitələrin yetərsizliyi üzə çıxır.

3. Maddi vasitələrdən uzaqlıq həqiqətlərin ən üstün dərk amilidir.

4. Allahdan savay bütün məbudlar puç olasıdır.

5. Xalisanə (ixlaslı, səmimi) dua qəbuldur.

6. Asayiş, əmin-amanlıq qəflət amilidir.

7. Dünya cazibələri o qədər aldadıcıdır ki, insan təhlükədən qurtardıqdan bir saat sonra hər şeyi unudur.

8. Qurtuluşdan sonra Allahı unutmaq kafirlərin aşkar sifətlərindəndir.



● ayə 68:


﴿أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لاَ تَجِدُواْ لَكُمْ وَكِيلاً﴾

Arxayınsınızmı ki, sizi (Öz qəhr-qəzəbi ilə) quruda yerə batırmaz və ya üstünüzə daş yağdırmaz?! Sonra özünüz üçün bir qoruyan taparsınızmı?”



○ Nöqtələr


● Keçmiş qövmlər müxtəlif şəkillərdə məhv edilmişdir. Allah təcavüzkarlar və düşmənlərdən bəzilərini yerə batırmış, bəzilərini dənizdə qərq etmiş, bəzilərinin başına daş yağdırmış və ya şimşəklə külə döndərmişdir. Bir sözlə, Allah istədiyi vaxt kafirləri məhv etməyə qadirdir. Əgər bu gün sizi dənizdən sahilə salamat çıxarmışsa, düşünməyin ki, başqa bir əzabdan amandasınız və cəzalandırıla bilməzsiniz!

● Bildirişlər


1. İlahi nemətlər bizi qürrələndirməsin. Bir hadisədən qurtarmaq, əbədi qurtuluş deyil. Başqa bir vaxtda insan başqa bir müsibətə düçar ola bilər.

2. Cəzadan uzaqlıq və asayiş hissi insanda qəflət və təcavüz üçün zəmin yaradır.

3. İnsan istənilən bir anda və istənilən bir yerdə Allahın qüdrət əli altındadır. Allahın qəhr-qəzəbi üçün quru ilə dəniz, yaxın ilə uzaq arasında fərq yoxdur.

4. Allahın qəhr-qəzəbi qarşısında heç bir sığınacaq yoxdur.



● ayə 69:


﴿أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَى فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفا مِّنَ الرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ثُمَّ لاَ تَجِدُواْ لَكُمْ عَلَيْنَا بِهِ تَبِيعًا﴾

Yoxsa əmin olmusunuz ki, Allah ikinci dəfə sizi dəryaya aparmaz, məhvedici tufana salmaz, küfrünüzə görə qərq etməz?! Həmin vaxt qəhrimiz qarşısında özünüzə görə heç bir tələbkar tapmazsınız.”



○ Nöqtələr


● Quruda baş verən tufan “hasib”, dənizdə baş verən tufan “qasif” adlanır. Ayənin sonundakı “təbia” sözü “təbə” sözündən olub, bir şəxsin qanbahasını və intiqamını tələb edən kəs mənasını bildirir.

● Bildirişlər


1. Müvəqqəti asayiş bizi qürrələndirməsin. İnsan üçün daim təhlükə qorxusu var. Bir çətinlikdən qurtarmışıqsa, bu, birdəfəlik qurtuluş deyil.

2. Bəzi nankorluqlara görə elə dünyada cəza verilir.

3. Qurtuluşdan sonra Allahı unutmaq küfr və nankorluğun nümunəsidir.

4. İnsanın həlakolma və bədbəxtlik amili onun küfrə meyli və öz əməlləridir.

5. Allah qarşısında heç bir qüdrət dayana bilməz. Allah kimsə qarşısında məsuliyyət daşımır.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə