Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə15/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

● ayə 53:


﴿وَقُل لِّعِبَادِي يَقُولُواْ الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنزَغُ بَيْنَهُمْ إِنَّ الشَّيْطَانَ كَانَ لِلإِنْسَانِ عَدُوًّا مُّبِينًا﴾

Bəndələrimə de ki, gözəl söz danışsınlar. Çünki şeytan (ölçüsüz sözlərlə) onların arasında fitnə-fəsad salır. Həqiqətən, şeytan insan üçün daim aşkar düşmən olub.”



Nöqtələr


● Allah ən üstün varlıqları yaradandır.1 O, bizlərdən üstün olanları üstün əmələ, üstün sözə, üstün dəvətin qəbuluna çağırır.2

Belə görünür ki, kafirlərin rəftar üsulu, acı sözləri ilə, eləcə də qarşı tərəfə eyni tərzdə cavab verilməsi ilə bağlı müsəlmanların sualları olmuşdur. Ayə “qul” (“de”) əmri ilə onlara cavab verir. Çünki bəzən bütlərə ünvanlanmış pis söz Allahın ünvanına kafirlərin pis söz deməsi ilə nəticələnirdi.

● “Gözəl söz” dedikdə istənilən bir bəyənilmiş söz nəzərdə tutula bilər. Salam, dua, doğru yola dəvət, məhəbbətin izharı, yaxşılığa əmr, pisliyə qadağa, Allah zikri, tövbə və yalvarış gözəl sözə nümunə ola bilər.

● Bildirişlər


1. Gözəl sözə gözəl danışıqla dəvət etmək lazımdır.

2. Yaxşı danışıq məhəbbət, pis danışıq müxtəlif şeytani vəsvəsələr üçün zəmindir. Bəli, gözəl söz vəsvəsə zəminini aradan qaldırır.

3. Başqaları ilə xoş rəftar bəndəlik şərtidir.

4. Xalq arasında düşmənçilik toxumu səpmək şeytan işidir. Bu sayaq düşmənçilik yaradan insan şeytanın həmkarıdır.

5. Şeytan daim insanın düşməni olmuş, öz düşmənçiliyindən bir an belə əl çəkməmişdir.

6. Şeytan öz fitnə-fəsadında və insanla düşmənçiliyində çox ciddidir.



● ayə 54:


﴿رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ وَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ وَكِيلاً﴾

Rəbbiniz sizi daha yaxşı tanıyır. İstəsə sizə mərhəmət göstərər, istəsə (pis əməllərinizə görə) sizə əzab verər. Biz səni xalqa vəkil göndərmədik. (Onları məcburi şəkildə imana sövq etmək sənin vəzifən deyil.)”



○ Nöqtələr


● Ötən ayədə yaxşı danışıq əmr olundu. Bu ayədə də yaxşı danışığın nümunələri bəyan olunur: insan özünü başqalarından üstün bilməməli, onları təhqir etməməli, hətta kafirlərə “siz cəhənnəm əhlisiniz, biz behişt əhli” söyləməməlidir. Çünki bu sayaq danışıq fitnə yaradır. Digər bir tərəfdən, kim bilir ki, kimin aqibəti xoş olacaq?! Allah daha yaxşı bilir - əgər istəsə bağışlayar, istəsə əzab verər.

● Bildirişlər


1. Öz imanımızla qürrələnməyək.

2. Allahın işləri Onun elminə əsaslanır.

3. Allahın elmi, Onun mərhəmət və qəzəbi rübubiyyət şənindəndir.

4. Öncə mərhəmətdən, sonra qəhr və əzabdan danışılır.

5. İnsan qorxu və ümid arasında olmalıdır.

6. İnsan əqidə seçimində azad buraxılıb. Hətta peyğəmbərlər də xalqı məcbur etməyə vəzifəli deyil.

7. Din təbliğatçısı özünü xalqın vəkili və hamisi saymamalıdır.

● ayə 55:


﴿وَرَبُّكَ أَعْلَمُ بِمَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْضٍ وَآتَيْنَا دَاوُودَ زَبُورًا﴾

Rəbbin göylərdə və yerdə olanı daha yaxşı bilir. Əlbəttə, Biz bəzi peyğəmbərlərə başqalarından üstünlük verdik. Davuda Zəbur əta etdik.”



○ Nöqtələr


● Ötən ayələrdə Allahın insanlardan xəbərdarlığı qeyd olundu. Bu ayədə isə səmada və yerdə olan bütün mövcudlardan agahlıq bəyan olunur.

● Hədisdə deyilir: Peyğəmbərlər 124 min nəfər olmuşlar. Onlardan bəziləri bütün xalqa məbus olub səmavi kitab gətirmiş, bəziləri bir məntəqə və ya qövmə göndərilərək böyük peyğəmbərin göstərişini yerinə yetirmişlər.


● Bildirişlər


1. Peyğəmbərlər Allahın xüsusi nəzarəti altındadırlar.

2. Aləm Allahın hüzurundadır və O hər şeydən xəbərdardır.

3. Səmada da şüurlu mövcudlar var.

4. Peyğəmbərlər arasında da mərtəbələr və üstünlüklər mövcuddur. Hətta ən üstün insanlar və müttəqilər də eyni səviyyədə deyil.

5. Allahın birini o birindən üstün etməsi Onun hər şeyi əhatə edən elminə əsaslanır.

6. Səmavi kitab peyğəmbərin üstünlük nişanəsidir.

7. Əsas üstünlük var-dövlət, vəzifə, ömrün uzunluğu deyil, elmi üstünlükdür.

● ayə 56:


﴿قُلِ ادْعُواْ الَّذِينَ زَعَمْتُم مِّن دُونِهِ فَلاَ يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنكُمْ وَلاَ تَحْوِيلاً﴾

De ki, Allahdan savay məbud saydıqlarınızı çağırın. Onlar sizin nə çətinliyinizi həll edə bilər, nə də onu dəyişməyi bacararlar.”



● Bildirişlər


1. Allahdan qeyrisinin sorağınca getmək və ona ümid bağlamaq puç bir xəyaldır.

2. Təbliğdə həqiqət bəyan olunmalıdırsa da, xalqa seçim azadlığı vermək lazımdır.

3. İnsanda hansısa gücə sığınmaq meyli pərəstiş üçün əsas olur. Bütlərdə isə pərəstiş olunası güc yoxdur.

4. Allahdan qeyrisi insanın rastlaşdığı təhlükəni nə ondan uzaqlaşdıra bilər, nə dəyişə, nə də yüngülləşdirə bilər. (Allah övliyalarının şəfaətinə inam Allahın izni ilə mümkün olur və ayrıca bir məsələdir.)



● ayə 57:


﴿أُولَـئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَى رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا﴾

Onların çağırdıqları (İsa və ya mələklər) özləri Rəblərinə yaxınlıq üçün daha yaxın bir vasitə axtarırlar. Onun rəhmətinə ümid edir, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı həzər qılınasıdır.”



○ Nöqtələr


● Ayə belə də tərcümə oluna bilər: “Xalqı haqqa dəvət edən peyğəmbərlər özləri də onları daha tez və daha çox Allaha yaxınlaşdırası vasitə sorağındadırlar. Allaha yaxın peyğəmbər belə Ona doğru daha çox can atmaqdadır.

● Bir çox rəvayətlərdə ayə ilə bağlı bildirilir ki, insanda ümid və qorxu eyni həddə olmalıdır. Əks-təqdirdə, insan ya məyus olur, ya da qürrələnir.


● Bildirişlər


1. Ümid və qorxu bağlılıq və zəiflik nişanəsidir. Özü vasitə sorağında olan insanı hansı əsasla vasitə seçmək olar?!

2. Allaha yaxınlıq üçün yollar və vasitələr mövcuddur.

3. Vasitə axtaran və şəfaət sorağında olan insan ilahi əzabı yaddan çıxarmamalıdır.

4. Allaha yaxınlıqda yarış və müsabiqənin dəyəri var. (Allaha daha yaxın olan kəsin yaxınlıq üçün vasitə axtarışı, səyi də çoxdur).

5. Ən üstün vasitə insanı Allaha yaxınlaşdıran vasitədir.

6. Allahın mərhəməti onun qəzəbindən öndə gəlir. (Mərhəmətə ümid əzab qorxusundan əvvəl zikr edilir.)

7. Əzab Allahın rübubiyyət şənindəndir, onunla zarafat olmaz.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə