Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə11/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

● ayə 34:


﴿وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُواْ بِالْعَهْدِ إِنَّ الْعَهْدَ كَانَ مَسْؤُولاً﴾

Büluğ həddinə çatanadək yetimin malına yalnız ən yaxşı yolla (yetimin xeyri üçün) yaxınlaşın. (Sonra onun malını özünə tapşırın.) Əhdə vəfa edin, (qiyamətdə) əhd-peyman haqqında soruşulacaq.”



○ Nöqtələr


● “Şədd” sözündən olan “əşudd” sözü möhkəm düyün mənasını bildirir. Burada bir insanın öz mülkünə nəzarət edə bilməsi üçün mühüm olan inkişaf mərhələsi, fiziki və ruhi yetkinlik nəzərdə tutulur.

● Quran yetimlərin haqlarının qorunmasını, onlara qayğı göstərilməsini, müəyyən işlərin öhdəyə götürülməsini tapşırır. Amma yetimlərin malından sui-istifadə ehtimalı böyük olduğundan bir sıra xəbərdarlıqlar edilir. Belə ki, yetimin malına yaxınlaşmaq belə qadağan olunur. Zülm yolu ilə yetimin malından istifadə od yeməklə bir tutulur.1

● Ayə nazil olan vaxt müsəlmanlar qorxaraq yetimlərdən uzaqlaşdılar və onları tək buraxdılar. Digər bir ayə nazil oldu. Bildirildi ki, yaxınlaşmaq dedikdə sui-istifadə nəzərdə tutulmuşdur və saleh insanlar təqva bəhanəsi ilə yetimləri tənha buraxmamalıdırlar.2

● Hədisdə oxuyuruq: “Haqqında soruşulası əhd-peyman Əliyə (ə) məhəbbət, onunla dostluq, ona itaətdir.”3


● Bildirişlər


1. İslam məhrumların, zəiflərin və yetimlərin dayağıdır.

2. Sui-istifadə ehtimalı olan yerdə daha çox xəbərdarlıq lazımdır. (Bu səbəbdən də həzrət Əli (ə) “Nəhcül-bəlağə”də muzd ilə işləyənin, əkinçinin, qadın və yetimin haqlarının qorunması ilə bağlı xeyli tövsiyə edir.)

3. Var-dövlət o qədər cazibəlidir ki, bəzən ona yaxınlaşmaq da günah və harama düşməklə nəticələnir.

4. Uşaqların da mülkiyyət hüququ var.

5. İrs mülkiyyət səbəblərindən biridir.

6. Yetimin malını sərf edərkən ən üstün və səmərəli yol seçmək şərtdir. (Əgər yetimin malının dövriyyəsi onun üçün faydalıdırsa, bu malı hərəkətsiz saxlamaq olmaz.)

7. Maliyyə əməliyyatlarında yetimlərin mənafeyi nəzərə alınmalıdır.

8. Yetimin malını boş yerə sərf etmək, mənimsəmək qadağandır.

9. Yetim əqli, iqtisadi və fiziki yetkinliyə çatdıqda malını onun öz ixtiyarına vermək olar.

10. İstənilən şəxslə bağlanmış istənilən əhd-peymana vəfalı olaq.

11. Məsuliyyətə diqqət insanı günahdan uzaqlaşdırır.

● Ayə 35:


﴿وَأَوْفُوا الْكَيْلَ إِذا كِلْتُمْ وَزِنُواْ بِالقِسْطَاسِ الْمُسْتَقِيمِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً﴾

Peymanə (xüsusi ölçü qabı) ilə alış-veriş etdikdə peymanəni doldurun. Tərəzi ilə düzgün çəkin. Bu, daha yaxşıdır və sonu xoşdur.”



○ Nöqtələr


● “Qistas” sözü ədalət mənasını bildirən “qist” və tərəzi gözünü bildirən “tas” sözlərindən düzəlmişdir.1 Hədisdə deyilir: “Məsum imam İslam cəmiyyətində “qistasil-müstəqim” nümunəsidir.2

● Alış-veriş və müamilədə xalqın hüquqlarının qorunması o qədər mühüm məsələdir ki, Quran bu məsələ üzərində təkrar-təkrar dayanır. Quranın ən böyük ayəsi3 bu mövzuya həsr olunmuşdur və “Mutəffifin” surəsi bu münasibətlə adlandırılmışdır. Bəzi peyğəmbərlərin, eləcə də, həzrət Şüeybin ilkin dəvəti əskik satmamaq, düzgün alış-verişlə bağlıdır.4


● Bildirişlər


1. Müsəlman bazarında saxtakarlığa və əskik satışa yol verilməməlidir. Bu bazarın satıcısı etibarlı, düzgün və hesab-kitablı olmalıdır.

2. Düzgün çəki və ölçü ötən ayədə qeyd olunduğu kimi əhdə vəfa nümunəsidir. Müamilə də bir növ öhdəçilikdir.

3. Tərəzi, ölçü vasitələri, alış-veriş hesabatları sağlam və dəqiq olmalıdır.

4. Tərəzi, ölçüyə və hesaba diqqət xeyir-bərəkət amilidir. Əskik satmaq insanı xeyir-bərəkətdən məhrum edir.

5. İlahi göstərişlərin məqsədi insanın öz xeyrinədir.

6. İqtisadi məsələlərdə düzlük əskik satmaqla əldə olunan var-dövlətdən üstündür. Düzgün alış-verişin, xalqın hüquqlarına riayət etməyin faydası insanın özünə aiddir. Əgər düzlük insana qarşı etimad yaradırsa, əskik satmaq, ölçüdə aldatmaq etimadı aradan götürür. Demək, yaxşı sonluq düzlükdən asılıdır.

7. Düzgün alış-veriş xoşbəxtlik səbəbidir.

Əskik satmaq müvəqqəti fayda versə də, insan dünyəvi etibarını itirib axirət əzabı qazanmaqla özünü bədbəxt edir.



● ayə 36:


﴿وَلاَ تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولـئِكَ كَانَ عَنْهُ مَسْؤُولاً﴾

Bilmədiyin işin ardınca getmə. Çünki qulaq, göz və qəlb hər biri sorğuya çəkiləcək.”



○ Nöqtələr


Ayədə göz, qulaq və qəlbə nümunə olaraq işarə edilə bilər. Çünki qiyamətdə insanın əl-ayağı, bədən üzvləri də sorğuya çəkilər.1 Bədən üzvləri dilə gəlib günahları etiraf edər. Ola bilsin ki, məhz bu səbəbdən göz, qulaq və qəlb başqalarına itaət vasitəsi sayılır.
● Kor-koranə təqlid, puç adət və təxəyyüllərə ardıcıllıq, ata-babalara itaət, öncəgörmələrə, yuxulara, ehtimallara, gümanlara və elmi əsassız mühakimələrə inam, dəlilsiz şahidlik, elmi əsası olmayan sitayiş və ya tənqid, rəy əsasında təfsir və təhlil, şayiələri nəql etmək, elmi əsası olmayan xüsusiyyətləri Allaha və dinə aid etmək, həyəcanlı və böhranlı şəraitdə qərar çıxarmaq, yalan and və göz yaşlarına istinad “la təqfu ma ləysə ləkə bihi ilmun” (“bilmədiyinə itaət etmə”) nümunələrindəndir və qadağandır.

● Mütəvatir və mötəbər rəvayətlərə əsasən, müctəhidin fətvası, yəqinə yaxın əminlik sayılan elm kimi şəri əsaslara itaət, əslində elmə ardıcıllıqdır. İnsanlar peşəkar həkimin nüsxəsi əsasında əminlik əldə etdikləri kimi, mötəbər və təqvalı müctəhidin fətvası əsasında Allahın hökmünə əmin olurlar. Elmin “elmul-yəqin”, “həqqul-yəqin”, “eynul-yəqin” kimi mərhələləri olsa da, yuxarıda zikr olunan mərhələ yetərlidir.

● Məsum imamlar öz səhabələrini hər sözü dinləyib danışmaqdan çəkindirmişlər. Onlar tövsiyə edirlər ki, insan öz qəlb və qulağının keşikçisi olmalıdır. Onlar öz münasibətlərində hazırkı ayəyə istinad etmişlər.

Bir şəxs ayaq yoluna gedərkən qonşudakı musiqi səsini dinləmək üçün orada yubanardı. İmam (ə) bu şəxsi məzəmmət edərək hazırkı ayəni tilavət etdi və buyurdu: “Qulaq eşitdiklərinə, göz gördüklərinə, qəlb öz xatirələrinə görə sorğuya çəkilər.” İmam Səccad (ə) isə belə buyurur: “İnsanın haqqı yoxdur ki, hər nə istəsə danışsın.”1




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə