Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə19/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

● ayə 70:


﴿وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً﴾

Həqiqətən, Adəm övladlarını möhtərəm tutduq. Onları quru və dənizdə (miniklərlə) apardıq, pak-pakizə şeylərdən onlara ruzi verdik, onları bir çox məxluqlarımızdan üstün etdik.”



○ Nöqtələr


● İnsan bəzən öz qazancı ilə, bəzən də yaranış baxımından üstün, kəramətli ola bilər.1 Məsələn, təqva əhli çalışmaqla kəramət və üstünlük əldə edir. Ayədə güman ki, ikinci növ kəramət və üstünlük nəzərdə tutulmuşdur. İnsan yaddaş, ağıl və istedad kimi üstünlüklərlə yanaşı, səmavi qanunlar, məsum rəhbərlər kimi imtiyazlara malikdir, onun üçün mələklər səcdəyə düşmüşdür.

● İnsan mələkdən üstündür. Çünki:

a) Mələklər insana səcdə etdi;

b) Mələkdə təkcə ağıl qüvvəsi var, insanda isə həm ağıl, həm də şəhvət qüvvələri mövcuddur. Ağılı şəhvətinə qalib gələn insan mələkdən üstün olur;

c) Merac gecəsində Cəbrail Peyğəmbərə (s) dedi: “Sən imam dayan, mən iqtida edim. Çünki Allah sizi bizdən üstün yaratmışdır.”2

● Allah insanı bütün mövcudlardan, hətta mələklərdən üstün yaratsa da, insan öz yanlış seçimi ilə ən alçaq dərəcəyə enə bilər.3 İnsanın heyvandan da alçaq mərtəbəyə düşməsi mümkündür.4

● Ayədə insanın kəramət və fəzilətindən danışılır. Kəramət və fəzilət arasında müəyyən fərqlər ola bilər:

a) Kəramət başqalarında olmayan imtiyazdır. Fəzilət isə başqalarında da ola bilər.

b) Kəramət səy göstərmədiyi halda insana Allah tərəfindən əta olunmuş nemətdir. Fəzilət isə şəxsi səy və ilahi tovfiqlə əldə olunur.

c) Kəramət maddi, fəzilət isə mənəvi nemətlərə aiddir.

● Səfər bəşər həyatının zərurətlərindəndir. İnsan səfərə çıxmaqla ehtiyaclarını aradan qaldırır, təcrübə qazanır. Allah səfər üçün quru və dənizdə vasitələr qərar vermişdir. Bu da ilahi nemətlərdən sayılır.

Bəzi təfsirçilərin nəzərincə, “quru və dənizdə daşınma” dedikdə bütün quru və dəniz qüvvələrinin insanın ixtiyarına verilməsi nəzərdə tutulur. Söhbət təkcə gəmi və ulaq kimi vasitələrə süvar olmaqdan getmir.

● “Təyyibat” (pak-pakizə şeylər) dedikdə təyyibə (pakizə) həyat, övlad, ruzi nəzərdə tutula bilər. İmam Baqir (ə) buyurur: “Pakizə ruzi dedikdə faydalı elm nəzərdə tutulur.”1

● Bildirişlər


1. İnsanın öz məqam və kəramətinə diqqəti onun şükrü və nankorluqdan uzaqlığı üçün səbəbdir.

2. Təkcə həzrət Adəm yox, bütün insan nəsli kəramət, üstünlük və əzizlik səviyyəsinə malikdir.

3. İnsanın digər canlılardan böyük fərqi və üstünlüyü var.

4. İnsanın inkişaf və kamal zəmini Allah tərəfindəndir.




● ayə 71:


﴿يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُوْلَـئِكَ يَقْرَؤُونَ كِتَابَهُمْ وَلاَ يُظْلَمُونَ فَتِيلاً﴾

Hər bir dəstəni imamı (rəhbəri) ilə çağıracağımız gün hər kəsin əməl naməsi sağ əlinə verilsə, onlar öz namələrini oxuyub şad olarlar. Onlara xurma sapı qədər də zülm olunmaz.”



○ Nöqtələr


● “Qətil” dedikdə xurma dəninin çatındakı nazik sap başa düşülür. “Qətil”, istənilən az, kiçik və zəif şeyə işarə ola bilər.

● Quranda iki rəhbərin adı çəkilir: nur və hidayət imamı1; od və zəlalət imamı2. İkinci dəstədən olan rəhbərlər xalqı zor, hədə, tamahlandırma, alçaltma vasitəsi ilə özlərinə itaətə məcbur edirlər.

● Əbu Bəsir imam Sadiqə (ə) deyir: “Şəhadət verirəm ki, sən mənim imamımsan.” İmam buyurur: “Qiyamətdə hər bir dəstə öz imamı ilə məşhur olar. Günəşpərəstlər günəşlə, aypərəstlər ayla səhnəyə gətirilər.”3

● Bildirişlər


1. Qiyaməti yaddan çıxarmayaq.

2. Qiyamətdə insanlar öz rəhbərlərinə uyğun olaraq bölünər.

3. İnsan özündən asılı olmayaraq nümunə, ideal və rəhbər seçir.

4. Müsəlmanlar rəhbər məsələsinə münasibətdə biganə qalmamalıdırlar. Çünki qiyamətdə insan öz rəhbəri ilə məşhur olur.

5. Rəhbər seçimi və ona itaət məsələsinin təsirləri qiyamətdə davam edir.

6. Qiyamət təkcə fərdlərin mühakiməsi deyil. Qiyamətdə ümmətlər, millətlər, partiyalar, əqidə məktəbləri və hökumətlər də mühakimə olunar.

7. İmamət və vilayət sırf etiqadi və həyat haşiyəsində yox, həyat mətnində əsas yerdə duran məsələdir. Rəhbərlik məsələsi insanların səadət və bədbəxtliyində həlledici amildir.

8. Qiyamətdə xeyir əməl sahibləri öz əməl namələrini oxuyub şad olarlar. Onlar bir-birlərini səsləyib öz namələrini göstərərlər.4

9. İnsan öz əməllərini yazılı şəkildə əlinə alasıdır.

10. İnsan qiyamətdə yazılı dəlil-sübutlar əsasında mühakimə olunar.

11. Qiyamətin mükafat və cəzası sırf ədalət əsasındadır.

● ayə 72:


﴿وَمَن كَانَ فِي هَـذِهِ أَعْمَى فَهُوَ فِي الآخِرَةِ أَعْمَى وَأَضَلُّ سَبِيلاً﴾

Dünyada qəlbikor və azğın olan hər kəs axirətdə də kor və azğın olacaq.”



○ Nöqtələr


● Qiyamətdə ağzı möhürlənmiş lallarla yanaşı səhnəyə korlar da gətirilər. Onların korluğunun kökü dünyada qəlbikor olmalarıdır.

Rəvayətdə deyilir ki, həcc vacib olduğu halda həccə getməyən və ya Quran oxuyub ona əməl etməyən kəs qiyamət səhnəsinə kor gətirilər.1

● Qəlbikorluq gözükorluqdan da pisdir. Həzrət Əli (ə) buyurur: “Ən pis korluq qəlbikorluqdur.” Həzrət başqa bir məqamda buyurur: “Bizim fəzilətlərimizi görməyə gözü olmayan kəs ən pis və şiddətli kordur.”2

● Qiyamətdə korluq məsələsinə digər ayələrdə də toxunulmuşdur.3 “Taha” surəsinin 125-ci ayəsində dünyada qəlbikorluq, ilahi ayələrin unudulması və haqdan üz döndərmək qiyamət korluğunun səbəbləri kimi göstərilir.

Sual: Ayələrdə günahkara “kitabını (əməl naməni) oxu” deyə müraciət olunar. Məgər bu qiyamət korluğu məsələsinə zidd deyilmi?

Cavab: Korluq qiyamətin bir dayanacağına aiddir. İnsan digər dayanacaqlarda görür, dünyada tanımadığı həqiqətləri aşkar müşahidə edir.

● İmam Baqir (ə) buyurur: “Varlıq aləminin müşahidəsindən mənəvi bəhrə götürməyən kəs görmədiyi axirətə münasibətdə qəlbikordur.”4



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə