Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə17/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

● Bildirişlər


1. Allah bəzən yuxu vasitəsi ilə müəyyən həqiqətləri peyğəmbərlərə və başqalarına ilham edir.

2. İstənilən bir hadisə, hətta yuxu yozumu xalq üçün sınaq ola bilər.

3. Lənətlənmiş ağac dedikdə azğınlıq səbəbi olan qəbilə və dəstələr nəzərdə tutulur.

4. Xalqa, hətta lənətlənmiş qəbilələrə xəbərdarlıq ilahi sünnələrdəndir.

5. Təəssübkeş inadkarların qəlbinə xəbərdarlıqlar təsir göstərmir. Dəmir mıx daşa yeriməz.

● ayə 61:


﴿وَإِذْ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إَلاَّ إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا﴾

Xatırla, bir vaxt mələklərə dedik: “Adəm üçün səcdə edin.” Səcdə etdilər. Yalnız İblis səcdə etməyib dedi: “Gildən yaranmış bir kəs üçünmü səcdə edim?!”



Nöqtələr


● Quranda mələklərin səcdəsinə və İblisin səcdədən boyun qaçırmasına dəfələrlə işarə olunmuşdur.

● İblis cin tayfasındandır.1 Onun qoşunu var.2 Onun qoşunu süvari və piyadalardan ibarətdir.3 Onun azğınlığının, səcdə etməməsinin səbəbi torpaqla odu müqayisə etməsi oldu.4


● Bildirişlər


1. Allahın əmri əsasında Allahdan qeyrisinə səcdənin eybi yoxdur.

2. İnsan mövcudlar çələnginin çiçəyidir. Məsum mələklər də onun qarşısında səcdə etdilər.

3. Mələklər Allahın əmrinə təslimdir.

4. Xəyali üstünlüklərə etiqad şeytanın işidir. Çünki şeytan öz növünün üstünlüyünü iddia edirdi.

5. Allahın hikmətinə, ədalətinə və əmrinə etiraz səcdə etməməkdən də pisdir.

6. İblis ölçü aparan və azad buraxılmış bir mövcuddur.

7. Allahın əmri qarşısında ictihad (araşdırma aparmaq) qadağandır. (İblis Allahın hökmünə münasibətdə ictihad etdi.)

8. Bəzən günahın kökü özünəvurğunluq olur.

9. İblisin həsədi onun gözünü bağladı, o, insandakı ilahi ruhu yox, torpaq bədəni gördü.1

10. İblisə elə gəlir ki, dəyərləndirmə meyarı maddi səciyyələrdir.



● ayə 62:


﴿قَالَ أَرَأَيْتَكَ هَـذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَى يَوْمِ الْقِيَامَةِ لأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إَلاَّ قَلِيلاً﴾

İblis dedi: “De görüm, məndən əziz tutduğun kəs budurmu? Əgər qiyamətə qədər mənə möhlət versən, şübhəsiz, az bir qismi istisna olmaqla onun nəslini cilovlayıb, hökmüm altına çəkərəm.”



○ Nöqtələr


● “Ərəəytə” sözü “mənə xəbər ver” mənasını, “Əhtənikənnə” isə “hənək” sözündən olub heyvanı çəkmək üçün onun boynuna atılan ipi bildirir. “İhtinak” sözü kökdən qoparmaq və tam hakim olmaq mənasını verir.2

● Bildirişlər


1. Özünəpərəstiş insanı Allah qarşısında tüğyana sövq edir.

2. Var-dövlət və məqama əsir olmamaq ən çətin imtahanlardandır. (Böyük şəxsiyyətlər bildirirlər ki, insanın özünütərbiyəsində qurtulmalı son şey cah-cəlal və məqamdır.)

3. İblis həm qiyamətdən xəbərdar idi, həm də qiyamətin bərpasına inanırdı.

4. Həsəd tədricən kin-küdurətə və başqalarına qarşı müxalifliyə çevrilir.

5. Bir qisim həsəd və kin-küdurət gələcək nəsilləri də əhatə edir.

6. İnsan şeytani vəsvəsələr qarşısında azad buraxılıb və onun seçim imkanı var.

7. İnsanların bəziləri İblisin əsarətindən amandadırlar.

● ayə 63:


﴿قَالَ اذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَاء مَّوْفُورًا﴾

«(Allah İblisə) dedi: “Get! İnsanlardan kim sənə tabe olsa, cəzanız cəhənnəmdir, kamil bir cəza!”

● Bildirişlər


1. Allah İblisin möhlət istəyini qəbul etdi.

2. İnsan Allah yolunu və ya şeytana itaət yolunu seçməkdə azad buraxılıb.

3. İblis və ardıcıllarının yeri cəhənnəmdir.

4. Allahın cəzası kamildir. Günahkarlar həm öz günahlarının, həm də azdırdıqları insanların günahlarının cəzasını çəkərlər.


● ayə 64:


﴿وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الأَمْوَالِ وَالأَوْلادِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا﴾

(Ey şeytan,) insanlardan bacardığını öz səsinlə büdrət, süvari və piyada qüvvələrini onların ziddinə qaldır. Onların mallarına və övladlarına şərik ol, onlara vəd ver. Şeytan onlara yalandan başqa bir vəd vermir.”



○ Nöqtələr


● “İstifzaz” dedikdə sürətlə büdrətmək və ya sürüşdürmək, cəldlik və təkan vurmaq mənaları başa düşülür.

● İblis insanı aldatmaq üçün yalnız bir qapıdan daxil olmur. O, təbliğatlar, vədlər, arzular, vəsvəsələr, yaxınlıqlar vasitəsi ilə piyada və süvari halda insanı mühasirəyə alır. Bu arada bir dəstə insan ona qoşulur.

● Nə danışdığından və ya haqqında nə danışıldığından qorxmayan, istənilən bir işə əl atıb açıq və ya gizli şəkildə günah edən kəs şeytana şərikdir.1 Eləcə də haram tikə, haram yemək, zina, pis övlad və nəsil tərbiyə etmək şeytana şəriklik hallarındandır.2

● Qeyri-sağlam istehsal və istehlak, ölü kapital toplamaq, xarici şirkət və müəssisələrin investisiyası, xaricilərin elmi-mədəni mərkəzlər təşkil etməsi, beynəlmiləl müsabiqələr bir növ şeytanın iştirakı ilə keçirilir.


● Bildirişlər


1. İblisin qüdrəti məhduddur.

2. Xalqın yolunu azmasında puç təbliğatın rolu var.

3. Düşmənin təbliğat və ideoloji hücumları hərbi hücumlardan təhlükəlidir. Ayədə öncə çağırış, sonra güc vasitəsi xatırlanır.

Şeytan öncə təbliğatla insandakı tövhid, təkallahçılıq amilini aradan götürür, sonra silah çəkib hücuma keçir.

4. İblisin həm özü, həm də qoşunu azğınlığa aparır.

5. Şeytanın qaydası pusquda oturmaq, cəzb edib oğurlamaqdır.

6. İblisin iştirakı mal və övladdan başlayır, haram və şübhəli tikə, zinayadək davam edir.

7. Allah bəzən insana lütf yox, bir növ qəzəb olaraq ixtiyar verir.

8. İnsanın arzuları şeytanın nüfuzu üçün zəmindir. Şeytan boş vədləri ilə bu arzuları gücləndirir.

9. Şeytan yalandan əlavə, günaha don geydirir, şəfaət vədi verərək tövbəni təxirə salır.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə