Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə13/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

● ayə 43:


﴿سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا﴾

Allah onların dediklərindən daha pak və üstündür, çox üstün!”



Nöqtələr


● Müşriklər Allahı qəbul edir, Onu varlıq aləminin yaradıcısı kimi tanıyırdılar. Amma bütləri özləri üçün şəfaətçi və ya Allaha şərik sayırdılar. Ayədə Allahla bütlər arasındakı bu sayaq münasibət inkar olunur. Çünki bütlər nə Allahın qüdrətini əlindən ala bilər, nə də özlərini gücləndirə bilərlər.

● Bildirişlər


1. Varlıq aləmi Allahın birliyini təsdiq edən ən üstün dəlildir. (Əgər başqa tanrılar olsaydı, varlıq aləmində rəqabət yaranar, sabit nizam pozulardı.)

2. İftiraya cavab vermək, həqiqəti bəyan etmək lazımdır.

3. Allahın heç bir şəriki yoxdur və Onun müqəddəs zatı ilə danışılan xurafat arasında ölçüyəgəlməz fasilə var.

4. Nə qədər sitayiş olunsa da, yenə Allah dilə gətirilən vəsflərdən üstündür.



● ayə 44:


﴿تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَيْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدَهِ وَلَـكِن لاَّ تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا﴾

Yeddi qat göy və yer, eləcə də, onlarda olanlar Allaha təsbih deyir. Hər şey ona sitayişdədir, Onun pak olduğunu bildirir, amma siz onların təsbihini anlamırsınız. Həqiqətən, O, həlim və bağışlayandır.”



○ Nöqtələr


● Ayədə deyilir: Bütün varlıq aləmi Allaha təsbih edir, səcdə qılır, qunut tutur. Bəzi təfsirçilər bu təsbihi təkvini (fitrətdən gələn, təbii) təsbih sayırlar. Yəni aləmdəki hər bir zərrənin quruluşu Allahın iradə, hikmət, elm və ədalətini göstərir.

Bəziləri bu əqidədədir ki, varlıq aləminin şüur və biliyi var. Hər bir varlıq Allaha təsbih deyir, sadəcə, biz bu səsi eşitmirik. Belə bir baxış ayənin zahirinə müvafiqdir. Əşyanın nitqi ola bilər, çünki qiyamətdə hər bir varlığın dilə gələcəyi təsdiqlənir.1 Hətta daşın da elmi və qorxusu var. Daş Allah qorxusundan dağdan yuvarlanır.2 Həzrət Süleyman qarışqa dilini bilirdi, quşların nitqini anlayırdı. Xalqın yolunu azmasından xəbər tutan hüd-hüd quşu (şanapipik) bu barədə Süleymanı məlumatlandırdı. Allah dağlara müraciət edir: “Ey dağlar! Davudla birlikdə yalvarın.”3 Quranda başqa mövcudların da Allaha təsbih deməsindən danışılır.


Aləmdə hər zərrə, içində hər an

Səninlə danışır gündüz və axşam.

Deyirlər dinləyib görürük, amma

Qalmış təsbihimiz, gizli insana.
● Heyvanların və sair mövcudların Allaha təsbih deməsi rəvayətlərdə də təsdiqlənir. O cümlədən:

a) Heyvanların üzünə sillə vurmayın. Onlar Allaha təsbih deyir.4

b) Allaha təsbih deməyən heyvan ovçuya şikar olar.5

c) Yalnız Allaha təsbihi tərk edən ağac kəsilir.6

d) Peyğəmbərin (s) əlindəki çınqıl onun peyğəmbərliyinə şəhadət verdi.1

e) Bal arısı Allaha təsbih deyir.2


Bütün bu rəvayətlər gerçək təsbihdən danışır.

● Bildirişlər


1. Bütün varlıq aləmi Allaha təsbih deyirsə, nə üçün insan bu karvandan geri qalmalıdır?!

2. Səmalarda da diri və şüurlu varlıqlar mövcuddur.

3. Varlığın təsbihi həmd və sitayişlə müşayiət olunur.

4. Biz təsbih olduğunu anlamadığımız səslər eşidirik.

5. Bütün varlıq aləmi şüurludur, sadəcə, insanın varlıq aləmi haqqında məlumatı naqisdir.

6. Həqiqət yalnız haqq əhlinə açıqlanır.

7. Allah elm və mərhəmətinə xatir xurafi əqidələrə, rəva olmayan sözlərə dözür. Əgər tövbə edib haqq yola qayıtsaq, şübhəsiz, bağışlanarıq.

● ayə 45:


﴿وَإِذَا قَرَأْتَ الْقُرآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ حِجَابًا مَّسْتُورًا﴾

Quran oxuduğun vaxt səninlə qiyamətə inanmayanlar arasında görünməz hicab qərar verərik (ki, haqq maarifin dərkindən məhrum qalsınlar).”



○ Nöqtələr


● Quran təqvalıların hidayət vasitəsidir.3Axirətə əminlik müttəqilərin nişanələrindəndir.4 Demək, Quran qiyamətə inanmayanları hidayət etmir. İnsanı vəhy və ilahi maarifin dərki ləzzətindən məhrum edən həmin hicabdır. Peyğəmbərin (s) dilindən vəhy eşitsələr belə, onlara təsir etməz.

● Bildirişlər


1. İnsanda hidayət qabiliyyəti olmasa, Peyğəmbərin (s) oxuduğu Quran da ona təsir etməz.

2. İnsanın inadkarlıq və küfründən sonra ilahi qəhr-qəzəb nazil olur.

3. Quran tilavəti insanı kafirlərin şərindən qoruya bilər.

4. Quran tilavəti insanda kafirlərdən uzaqlıq ruhiyyəsi yaradır.

5. Vəhyi dərk etməkdən məhrumluq ilahi əzab və qəzəbdir. Allahın qamçısı səssizdir.

6. Məada iman ilahi dəvətin qəbul amili, məada küfr ilahi maarifin inkar səbəbidir.

7. Allah Öz həqiqətlərini və maarifini yalnız haqq əhlinə açır.

● ayə 46:


﴿وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْاْ عَلَى أَدْبَارِهِمْ نُفُورًا﴾

Onların (kafirlərin) qəlbində örtük, qulaqlarında ağırlıq qoyduq ki, onu (Quranı) anlamasınlar. Çünki sən Quranda Rəbbini yeganəliklə yad etdiyin vaxt onlar baş götürüb gedirlər.”



○ Nöqtələr


● “Əkinnə” dedikdə örtük vasitəsi başa düşülür. “Vəqr” isə qulaqda ağırlıq mənasını bildirir. Bu təbirlərin oxşarı digər ayələrdə də bəyan olunmuşdur.1

● Tövhid mövzusu Quranda min dəfədən çox xatırlanır.2 Amma təəssüf ki, qəlbikorlar tövhid ayələrini eşitməkdən və bu ayələrdən bəhrələnməkdən məhrumdurlar. Şirkamiz pis sözlər isə onları xoşhal edir.3

Bu gün də tövhid, təkallahçılıq söhbəti düşəndə bəziləri nifrətlə qulaq asırlar. Onlar üçün şərqlilər və qərblilərdən danışmaq daha cazibəlidir.

Quran haqdan qaçan bu sayaq dəstələri şirdən qaçan ulağa bənzədir.4




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə