Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə10/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

● Bildirişlər


1. Övladın yaşamaq haqqı var, valideyn onu bu haqdan məhrum etməməlidir.

2. Yoxsulluq və əliboşluq insanın ən güclü hislərinə də təsir göstərir.

3. Yoxsulluq zərərindən qorxu günah və başqalarının hüququnun pozulması üçün səbəb ola bilməz.

4. Əgər ruhi asayiş və iman olmasa, təkcə yoxsulluq yox, yoxsulluq qorxusu da qətlə səbəb ola bilər.

5. İlahi zəmanətə əminlik günaha mane olur.

6. İman və təvəkkülü yaddan çıxarmayın.

7. Allah ata-anadan mehribandır, Ona bədgüman olmayın.

8. Ruzi Allahın əlindədir, bu istiqamətdə çoxluq rol oynamır. Demək, övlad yoxsulluq səbəbi deyil.

9. Bəzən biz övladlarımızın sayəsində ruziyə çatırıq.

10. Övladı öldürmək, doğuşun qarşısını almaq günah və cinayətdir. İstər oğlan, istər qız övlad yaşamaq haqqına malikdir.

11. Günahlar eyni deyil. Kiçik (səğirə) və böyük (kəbirə) günahlar var.

● ayə 32:


﴿وَلاَ تَقْرَبُواْ الزِّنَى إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاء سَبِيلاً﴾

Zinaya yaxın düşməyin. Bu, çirkin iş, pis yoldur.”



○ Nöqtələr


● Qeyri-qanuni cinsi əlaqənin (zinanın) fəsadları, fərdi və ictimai zərərləri var. Ailə təməlinə zərbə vuran bu çirkin iş İslamda haram buyurulmuşdur. Qurani-kərimdə zina şirk, qətl, oğurluqla yanaşı zikr olunur.2

Zinanın bir sıra fəsadları var:


1. Zina qarşıdurma, intihar, evdən uzaqlıq, qeyri-qanuni övladlar, cinsi xəstəliklər, ailə üçün hörmətsizlik kimi bir çox acılıqların qaynağıdır.

2. Şəhvət alovunu söndürmək üçün bir-birinin sorağınca gedən zinakarlar arasında möhkəm bağlılıq, aramlıq olmur.

3. Zinakar qarşı tərəfi həyat yoldaşı yox, ləzzət vasitəsi sayır.

4. Zina ailə təşkilinin qarşısını alır, qohumluq əlaqələrini qırır, yaxınlara yardıma mane olur. Zina yolunun açılması evlənməyə marağı öldürür.

5. Zinakarda nəsil davamı, övlad tərbiyəsi ilə bağlı vəzifə məsuliyyəti olmur, bu zümrədən olanlar ata-ana hissindən məhrum olurlar.

6. Zina varislik prinsipini pozur, həqiqi varis tanınmır.

7. Zina nəticəsində insan alçalır, zinakarı vaxtsız ölüm yaxalayır.1

8. Zina əlavə xərclər tələb etdiyindən zinakar şəxs öz şəhvətini söndürmək üçün başqa günahlara da əl atır. Məsələn, istəyinə çatmaq istəyən zinakar böhtan atır, hədələyir, oğurluq edir, hətta insan həyatına son qoyur.

9. Zina nəticəsində ərsəyə gələn qeyri-qanuni övladlar cəmiyyətdə bir sıra fəsad və cinayətlər törədir. Zinadan doğulanların fəsadı zinanın aşkar nümunələrindəndir.

● İslam zinanın qarşısını almaq üçün müəyyən tədbirlər planı təqdim edir:

1. Bəzi yerlərdə kişinin naməhrəm qadınla ünsiyyətinə qadağa qoyulur;

2. Kişi və naməhrəm qadının xəlvətdə ikilikdə qalması qadağan olunur;

3. Qadına naməhrəm qarşısına bəzənmiş halda çıxmaq qadağan olunur;

4. Naməhrəmə baxmamaq, naməhrəmlə əl verib görüşməmək, zina barədə düşünməmək, şəhvət doğuran şəkillərə və səhnələrə baxmamaq tapşırılır;

5. Zinakar üçün ciddi cəza nəzərdə tutulur;

6. İzdivac, evlənmək tövsiyə olunur və mehriyyənin (kişinin ödəməli olduğu evlənmə haqqını) aşağı endirilməsi tapşırılır;

7. Gec evlənmək məzəmmət edilir;

8. Evlənmə və ailə üçün səy ibadət sayılır.


● Bildirişlər


1. Bəzi günah səhnələri o qədər cazibədardır ki, onlara yaxınlaşmaq belə təhlükəlidir.

2. Nəinki zinadan, hətta zinaya aparan yoldan çəkinmək lazımdır. (Bəzən bir baxış, bir telefon söhbəti, bir məktub və ya bir görüş zina üçün zəmin olur.)

3. Zina tarix boyu çirkin iş sayılmışdır. Digər dinlərdə də zina haramdır.

4. Nəhy-əz-münkərdə (pisliyə qadağada) günahın çirkinliyini bəyan edək.

5. Zina həm günahdır, həm də başqa günahlara yol açıb insanı bədbəxt edir.

● ayə 33:


﴿وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالحَقِّ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلاَ يُسْرِف فِّي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورًا﴾

Allah tərəfindən (qətli) haram edilmişi haqsız yerə öldürməyin. Şübhəsiz, zülmə məruz qalaraq öldürülənin sahibinə (qisas üçün) ixtiyar verdik. O da öldürməkdə (qisasda) ifrata varmamalıdır. Çünki ona (ədalət əsasında) himayə göstərilmişdir.



○ Nöqtələr


● “Fəla yusrif fil-qətl”, yəni qisasda həddi aşmayın, cahiliyyət dövründə olduğu kimi, əl-ayağı kəsməyin.

● İnsan həyatına son qoymaq kəbirə günahdır. Qisas və fəsad istisna olmaqla, fəsad törətməmiş şəxsi öldürmək bütün xalqı öldürmək kimidir.1 Belə bir qətlin cəzası əbədi cəhənnəmdir.2 Silah çıxaran, ölümlə hədələyən hər bir kəs üçün də fəsad və hücum ünvanı ilə eyni cəza nəzərdə tutulmuşdur.3

● Ayədəki “vəliyy”, yəni “sahib” sözü həm də həzrət Mehdiyə (ə) aid edilmişdir. Həzrət Mehdi (ə) əziz babası imam Hüseynin (ə) qanını alasıdır.4

● Allahın məzlumu himayə etməsi, haqsız olaraq qətlə yetirilənin sahibinə qisas haqqı verilməsi nahaq qətllərin, eləcə də, qisasda ifratın qarşısını alan amildir.


● Bildirişlər


1. Hər bir insanın yaşamaq haqqı var. Hətta müsəlmanla savaşda olmayan qeyri-müsəlmanların toxunulmazlıq haqqı var.

2. İlahi qanunlar əmr və qadağaların mehvəridir.

3. İntihar (insanın özünü öldürməsi) haramdır.

4. İslam baxımından qisas, müdafiə, mürtədlik, livat (həmcinsbazlıq), nigahda olanla zina ilə bağlı qətl hökmü verilə bilər.

5. Məzlum kimliyindən asılı olmayaraq himayə edilməlidir.

6. Qisas hökmü məzlumların himayəsi üçün nəzərdə tutulmuşdur.

7. Qətlə yetirilənin sahibi qisas haqqına malikdir.

8. Qisas zamanı insan öz qəzəbini cilovlamalı və ədaləti gözləməlidir. İslam hətta təcavüzkarlara qarşı ədalətsiz rəftara yol vermir. Qətlə yetirilənin sahibi qisas haqqından istifadə edib bir nəfərin əvəzinə bir neçəsini öldürə bilməz.

9. Qisasda qatilin əl-ayağını kəsməyin, namərdliyə yol verməyin.

10. Məzlumun himayəsi ilahi sünnələrdəndir.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə