O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

açıqsöz 

61 


çadırın içərisinə salmağa icazə istəyir. Mərhəmətli dəvə sahibi ona başını isti çadıra salmağa icazə 

verir. Fürsətdən istfiadə edən dəvə yavaşyavaş bütünlüklə çadıra soxulur. Ağaye Qəvam, mən 

qorxuram ki, qoşunun Zəncana ayaq açmaq istəyi sonra tədricən bütün Azərbaycanın işğalı ilə 

nəticələnsin". Ağaye Qəvam və M.Firuz bu çıxışdan narazı qalsalar da, söz deyilmişdi və dövlətin 

sonrakı əməlləri göstərdi ki, düz deyilmişdi. Həmin gün (12 Şəhrivərdə) günortadan sonra 

keçirdiyimiz mitinq və axşam qonaqlığı haqqında məqalələr Tehran ruznamələrində, xüsusən 

"Rəhbər" rüznaməsində müfəssəl dərc olunmuşdu. 

Doktor R.Radmənişdən sonra mən çıxış etdim və dedim ki, Azərbaycan Demokrat Firqəsi bütün 

sinif və təbəqələrin firqəsidir, millətin fırqəsidir. Azərbaycan xalqı nəzəri bəhslərdənsə əməli işə 

başlamışdır, Xoşbəxtlikdən Azərbaycan xalqının rəhbərləri başa düşmüşdülər ki, bütün təbəqələrin 

vəhdətini yaratmaq lazımdır, çünki onlar istər fəhlə, istər mülkədar, istər tüccar, istərsə də kəndli 

olsun, fərqi yoxdur, hamsının düşməni birdir. Şəhər və kəndlərimizin viranəliyindən onlar eyni 

dərəcədə əzab çəkirlər. İmkanlı tacirlərimiz övladlarını təhsil almaq üçün uzaq təhsil ocaqlarına 

yola salırlar. Əcəba, bunu Azərbaycanın özündə təşkil etmək olmazmı? Əlbəttə, istəsələr olar. 

Bu mütərəqqi təşkilatların vəhdətini yaratdığımız zaman müvəffəqiyyətdən söhbət aça bilərik. 

Salim dövlət qurmaq üçün bütün sinif və təbəqələrin nümayəndələrinin vəhdəti lazımdır. Belə bir 

şəraitə nail olduqdan sonra hər cür sinfi fərqdən asılı olmayaraq ayrıayrı məsələləri yoluna qoymaq 

olar (Mənim çıxışım "Rəhbər" ruznaməsinin 21 .VI.1325ci il tarixli nömrəsində çap edilmişdi). 

Qəvam şahın göstərişi əsasında yeni hökuməti təşkil etdikdən sonra mən Tehranda qalıb 

Azərbaycanın xeyrinə hər hansı əməli bir addımın atılacağına inamı tam itirdiyimdən Təbrizə 

qayıtmalı oldum. Ağaye Pişəvəri mənim Tehranda çox qalmağımdan xoşlanmamışdı. Mən isə 

orada qaldığım müddətdə bütün qapıları döydüm, xahişlər etdim, vəziyyəti Tehrandakı dostlara və 

həmşəhərlilərimə başa saldım. Bu xeyli vaxt tələb etdi. 

Mən Təbrizə qayıdarkən ağaye Pişəvəri işə çıxmamışdı, məriz (xəstə) idi. Mən ona baş çəkmək və 

Tehran səfəri haqda məlumatı çatdırmaq üçün evinə getdim. O, yüngülvari xəstə idi, lakin çox 

kefsiz və əsəbi görünürdü. Mənə dedi ki, özünü müdafiə məqsədi ilə cüzi miqdarda silah vermək 

təqazamızı belə "dostlar" rədd etdilər. O, vəziyyətin ağır olduğunu, meydanda köməksiz, kimsəsiz 

qaldığımızı və üstəlik əllərdə olan silahların yığışdırılması haqda buyruqların da verildiyini dedi və 

qəhərləndi. 



açıqsöz 

62 


Qoşunun Zəncana daxil olması ilə Zülfüqarilər, Əmir Nüsrətlər, Camal İmamilər at oynatmağa 

başladılar. İlk qətl və qarətlərin, talan və özbaşınalıqların xəbəri Təbrizə çatarçatmaz məyusluq 

əlamətləri güclənməyə başladı. 

Mən Tehrandan Təbrizə döndüyüm gündən çalışdım ki, heç bir artıq işə, vəziyyəti kəskinləşdirən 

əmələ yol verilməsin, düşmənin əlinə bəhanə düşməsin. Tehrandan mənimlə birlikdə gəlmiş və 

qoşun gələnə qədər Azərbaycan nigəhbanlığını (jandarmasını) təşkil etməyə müvəzzəf (vəzifəli) 

olmuş ağaye sərhəng Şəmsmülkün təhlükəsizliyini və məişəti ilə bağlı işləri yaxşı təşkil etdirdim. 

Azərbaycan Əncümənində general Pənahiyan, Kaviyan və Qulamyəhya Danişyandan ibarət bir 

komision yaratdıq ki, ağaye Şəmsmülklə birlikdə nigəhbanlığı təşkil etsinlər. Qərar belə idi ki, 6 

min fədai Nigəhbanlığa köçürülür və onlar əmniyyəti qoruyurlar. Lakin son mərhələdə məlum oldu 

ki, bu haqda rəsmi göstəriş mərkəzdən (Tehrandan) gəlməlidir. 

Qərardada əməl edib tərəflərdə münasib yumşaqlıq yaratmaq məqsədi ilə nehzət zamanı həbsə 

alınmışların bir qismi Tehranda həbsdə saxlanılan firqəçilər və fədailərlə mübadilə edildi. Sərdəşt 

və Banədə əsir götürülmüş 40 nəfər mərkəzi dövlətin əfsəri (zabiti) ağaye Qazi Məhəmmədə olan 

xahişimiz əsasında bizə təhvil verildi. Mən həmin 40 nəfərin Tehrana yola salınmasını fədai başçısı 

Məhəmmədvəndə tapşırdım. Bütün bu iqdamları münasibətlərdə yaxşı əsas yaratmaq üçün edirdik. 

Lakin qarşı tərəf bağladığı qərardadın bütün bəndlərini pozmaqla xəbis əməllərini həm açıq və həm 

də gizlin davam etdirməkdə idi.



 

 

 

QOŞUN TƏBRİZƏ GƏLİR 

Aban ayının sonu, azərin əvvəllərində (noyabrdekabr) vəziyyət çox mürəkkəbləşdi. Azərbaycan iki 

yol ayrıcında qalmışdı: ya son damla qanımız qalana, son azərbaycanlı ölənə qədər vuruşmaq və 

qoşunu bizim cənazələrin üstündən keçməklə Azərbaycana buraxmaq, ya da dövləti bağlanılmış 

qərardaddakı şərtlərə riayət edib, intixabatı aram bir şəraitdə keçirmək. Azadlığın dadını dadmış 

millət vuruşa, ölməyə, öldürməyə hazır idi. Könüllü ölümə hazır olan dəstəyə yazılanların sayı 

durmadan artırdı. Belə bir vəziyyətdə ağaye Pişəvərinin Təbrizdən aparılması və bundan əvvəl 



açıqsöz 

63 


onun firqənin sədrlik vəzifəsini müvəqqəti olaraq M. Biriyaya tapşırması təkcə vəzifə və rütbə 

sahibləri, fırqə fəalları arasında yox, həm də xalqın içərisində təşvişi gücləndirdi, çaşqınlığı, 

başıpozuqluğu artırmış oldu. Mən, ağaye Şəbüstəri, ağaye F.İbrahimi və bir çox yoldaşlarımız 

ölsək də vətəndə qalmağı, xalqla birlikdə olmağı qərarlaşdırdıq. Tehrana olan son səfərimdə hiss 

etdim ki, mənim ustandar vəzifəm oyunbazlıqdır. Sözü keçməyən, çoxlu təklif və tələblərindən 

yüzdə birinə də əməl olunmayan ustandar nə karədir? Qəvamla, şahla və hər hansı dövlət 

məqamları ilə görüşlərdə tələb etdiyim məsələlərin həllini qoşunun Azərbaycana gəlməsi və 

intixabatla bağlamaq əslində baş aldatmaq vaxtı uzatmaq və saysızhesabsız cinayətlərin törənəcəyi 

günləri gözləmək idi. Mən başqaları kimi Təbrizi tərk edib özümün və ailəmin əmniyyətini hifz edə 

bilərdim. Təkrar edirəm, mənim və mənimlə bərabər başqa yoldaşların Şurəviyə getmək şansı heç 

də o birilərdən pis deyildi. 

Mən, əvvələn, Azərbaycan azadixahları sırasında zəhməti olan adamlardanam, saniyən Şurəviyə 

bələd olan və həkimlik ixtisasına malik, deməli, orada da ailəmi dolandırmaq imkanı olan, 

barmaqla sayılan bir neçə adamdan biriyəm. Üstəlik ayrı düşdüyüm böyük oğlum Azada 

qovuşmaq imkanım da var idi. Fəqət mən vətəndə qalmağı, mübarizəni burada davam etdirməyi, 

insanların xeyrinə hər hansı bir iqdam etməyi üstün tutdum. Bu yolda şah cəlladlarının əli ilə 

şəhadətə yetirilmişlərdən mənim heç nəyim artıq deyildi. Mən o vaxt da, indi də belə hesab edirəm 

ki, vətən və millət yolunda, onun azadlığı üçün ölməkdən böyük şərafət yoxdur. Mən bu sözləri 

Təbrizdə qalmaqda məni ittiham edən, olmazın yalan danışıb, uydurmalar yazan "dostlara", onların 

əlində alətə çevrilmiş hizbi mətbuata ünvanlandırıram. Mən vətəni ona görə tərk edib, ailəmi 

götürüb getmədim ki, ustandaram və ya Qəvam kimi hiyləgər, çoxüzlüdən, Məmməd Riza şah kimi 

qəddardan nə isə təltif alam. Mənim onlardan aldığım təltif ev dustağı, həbs və təqiblər, ölümlə 

üzüzə dayanmaq oldu ki, mən əvvəlcədən bunları göz önünə almışdım. 

Zəncan alınıb, Miyana tutulduqdan sonra mən Qəvamül səltənədən teleqram aldım (teleqramın 

surətini vermək!). Məzmunu təqribən belə idi ki, Məclisə növbəti seçkiləri keçirmək üçün qoşun 

Azərbaycana yollanır, qoşuna maneçilik törənməsin, sakitlik qorunsun. Mən də ağaye Şəbüstəri və 

Azərbaycan Əyalət Əncüməni rəhbəıliyi ilə məsləhətləşib teleqrama cavab verdim ki, sakitliyin 

bərqərar olması və intixabatın lazımi səviyyədə və saikit keçirilməsi dövlətdən, qoşundan asılıdır. 

Qoşunun gəlişinə Azərbaycan tərəfindən maneçilik olmayacaq, hər hansı xoşagəlməz hadisəyə yol 

verilməyəcək. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə