Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
Tahir Musayev,

Oğuz TKQ-nın rəisi

İli yüksək göstəricilərlə başa vurmağa

çalışan Oğuz TKQ-nın kollektivi peşə

bayramını qeyd etmişdir

F

ə a l i y y ə t



göstərdiyi

illər 


ər-

zində Nazirlik föv-

qəladə  hallar  sa-

həsində  etibarlı

şəbəkənin  yara-

dılması, mülki mü-

dafiə,  əhalinin  və

ərazilərin  təbii  və

texnogen hallardan, mümkün terror hadisə-

lərindən  qorunması,  yanğın  və  su  hövzə-

lərində  insanların  təhlükəsizliyinin  təmin

olunması ilə bağlı mühüm işlər görüb.

2005-ci il dekabrın 16-da Prezident İlham

Əliyev ölkədə Fövqəladə Hallar Nazirliyinin

yaradılması haqqında Sərəncam imzalayıb.

Ölkə başçısının bir il sonra hər il dekabrın

16-nın Nazirlik işçilərinin peşə bayramı günü

kimi qeyd edilməsi ilə bağlı imzaladığı Sə-

rəncam isə bu sahəyə göstərilən diqqət və

qayğının  daha  bir  nümunəsidir.  Nazirlik

yarandığı  gündən  mülki  müdafiə  və  ərazi-

lərin  təbii,  həmçinin  texnogen  xarakterli

fövqəladə hallardan qorunması, yanğın təh-

lükəsizliyinin, su hövzələrində insanların təh-

lükəsizliyinin,  sənayedə  və  dağ-mədən  iş-

lərində, tikintidə  əhalinin təhlükəsizliyinin tə-

min  edilməsi  üçün  vacib  olan  işləri  geniş

miqyasda həyata keçirməyə başlayıb.

Ölkə  başçısı  İlham  Əliyevin  diqqəti  sa-

yəsində  nazirliyin  maddi-texniki  bazasının

gücləndirilməsi, kadr hazırlığının artırılması,

məlumat mübadiləsinin aparılması və digər

sahələrdə nailiyyətlər əldə olunub.  Qurumun

Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin

iş  prinsipi  ən  yüksək  standartlar  səviy-

yəsində qurulub. "112" qaynar xətti 24 saat

ərzində  ödənişsiz zəngləri cavablandırır. 

Oğuz Rayon Dövlət Yanğından Mühafizə

Hissəsinin kollektivi də öz fəaliyyətini müasir

tələblər səviyyəsində qurub. Fövqəladə hal-

lar, o cümlədən, yanğınlar  zamanı əmək-

daşlarımız fədakarlıqla çalışaraq təhlükələrin

aradan  qaldırılması  üçün  bütün  imkanlar-

dan istifadə edirlər. 2017-ci ilin 11 ayı ərzində

rayon ərazisində 120 yanğın hadisəsi baş

vermişdir. Kollektivimizin üzvləri həmin yan-

ğınların söndürülməsində yüksək peşəkarlıq

göstərmişlər. Məktəblərdə vaxtaşırı yanğın-

dan mühafizə sahəsində maarifləndirmə ilə

bağlı  tədbirlər  keçirilir.  Təhsil  ocaqlarında

yanğın  xilasetmə  avadanlıqları  ilə  işləmə

qaydalarına dair nümayiş tədbirləri də təşkil

edirik .

Bu gün nazirliyin əməkdaşları mülki mü-

dafiəni, əhalinin və ərazilərin fövqəladə hal-

lardan  və  yanğınlardan  qorunması,  föv-

qəladə  halların  qarşısının  alınması  və  nə-

ticələrinin aradan qaldırılmasında  fədakar-

lıq göstərirlər. Fövqəladə Hallar Nazirliyinin

qüvvələri  respublika  ərazisində  baş  verən

fəlakət  hallarının  aradan  qaldırılmasında,

yanğınların  söndürülməsində,  subasmaya

məruz  qalan  ərazilərdə,  sürüşmə  zonala-

rında yaranan təhlükələrin aradan qaldırıl-

masında, zərərçəkən əhaliyə ilkin tibbi xid-

mətin göstərilməsində, xilasetmə əməliyyat-

larında peşəkarlıq nümunəsi göstərirlər.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti hər

zaman  dövlətimiz  tərəfindən  yüksək  qiy-

mətləndirilib.  Bütün  görülən  işlər  deməyə

əsas verir ki, Fövqəladə Hallar Nazirliyinin

kollektivi, o cümlədən, Oğuz Rayon Dövlət

Yanğından Mühafizə Hissəsinin əməkdaşları

Azərbaycan vətəndaşlarının təhlükəsiz ya-

şayışının, iş və istirahətinin təmin olunması,

yanğınlara  qarşı  mübarizə  işinin  səmərəli

təşkili  üçün hər an hazırdır.


Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə