Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   2   3   4   5   6   7   8   9   ...   29
12 DEKABR ÜMUMMİLLİ LİDER

HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

ƏBƏDİYAŞAR LİDER

Ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidməti olan ümummilli lider Hey-

dər Əliyevin əbədiyyətə qovuşmasının 14-cü ili ilə bağlı respublikamızda və onun hüdudlarından kə-

narlarda olduğu  kimi Oğuz rayonunda da silsilə tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə qeyd edilmişdir

ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz  hərtərəfli  inkişaf etmiş, müstəqilliyimizin

əbədiliyi  və dönməzliyi təmin olunmuş, onun uğurlu siyasəti sayəsində respublikamız dünyada tanınan

nüfuzlu bir dövlətə çevrilmişdir.

Anım günü ilə bağlı Oğuz  şəhərində  və kəndlərdə, təhsil və mədəniyyət ocaqlarında, idarə və mü-

əssisələrdə, əmək kollektivlərində  müxtəlif tədbirlər, inşa yazı və rəsm müsabiqələri, elmi-praktik kon-

franslar, kitab sərgiləri, idman yarışları təşkil olunmuşdur. 

Dekabrın 12-də Ulu öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsi rayon icra hakimiyyətinin başçısı

Eyvaz Qurbanov, rayonun  idarə və müəssisələrinin kollektivləri, məktəblilər, rayon sakinləri tərəfindən zi-

yarət olunmuşdur. Ümummilli liderin abidəsi önünə qərənfillər, gül-çiçək dəstələri düzülmüşdür.  Anma

mərasimlərində, tədbirlərdə bildirilmişdir ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ərzində iqti-

sadiyyatımız sürətli inkişaf etmiş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm zəmin yaradılmışdır. Təməli

Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesi Azərbaycan Respublikasının  Prezi-

denti İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilir.  Azərbaycan xalqının yaddaşında

qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalan Heydər

Əliyev tariximizdə  və xalqımızın qəlbində daim yaşayacaqdır. 


Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə