Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   2   3   4   5   6   7   8   9   ...   29
15 dekabr  2017-ci il

3

OĞUZ YURDU

D

ekabrın  4-də  Azərbaycan  Respublika-



sının  Milli  Məclisi  yanında  Toponimiya

Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC  xəbər  verir  ki,  komissiyanın  sədri,

akademik İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhə-

rindən və 14 rayonundan bəzi yaşayış məntəqə-

lərinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra ha-

kimiyyətlərinin  müraciətləri  Toponimiya  Komissi-

yasına daxil olub. Həmin müraciətlərdə, həmçinin

addəyişmə məsələsi ilə bağlı yerli əhalinin keçirdiyi

yığıncaqların  protokollarında  bu  komissiyadan

ümumilikdə 27 yaşayış məntəqəsinin adının dəyiş-

dirilməsi təklifinə rəy verilməsi xahiş olunur.

Azərbaycan dilinin qloballaşma şəraitində istifa-

dəsi və inkişafına, saflaşdırılması və zənginləşdi-

rilməsinə göstərilən dövlət qayğısından söz açan

İsa Həbibbəyli ölkəmizdə bu istiqamətdə müxtəlif

qurumlarda görülən işlərdən bəhs edib. Bildirib ki,

yer adları ya tarixi adın, ya da yerli toponimin bər-

pası prinsipi ilə dəyişdirilə bilər.

Sonra iclasda Yevlax şəhərindəki, Ağsu, Astara,

Goranboy,  Göygöl,  Xaçmaz,  Xızı,  Qazax,  Quba,

Masallı, Oğuz, Saatlı, Samux və Şəmkir rayonla-

rındakı bəzi yaşayış məntəqələrinin adlarının dəyiş-

dirilməsinə dair təkliflərə baxılıb.

İşgüzar müzakirələrdə dilçi alimlər, Toponimiya

Komissiyasının üzvləri, deputatlar ətraflı fikir müba-

diləsi aparıblar. Əsasən çar Rusiyası dövründə və

sovet hakimiyyəti illərində dəyişdirilmiş yer adla-

rının əvvəlki tarixi adlarla əvəzlənməsi, həmçinin

XX  əsrdə  sovet  ideologiyasının  daşıyıcısı  olan

şəxslərin adları ilə adlandırılmış məntəqələrin yerli

toponimlərlə adlandırılması məqsədəuyğun sayılıb.

Bir təklif yenidən baxılmaq üçün müvafiq icra haki-

miyyətinə qaytarılıb.




Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə