Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   2   3   4   5   6   7   8   9   ...   29
Mehriban Abbasova,

Oğuz Rayon Heydər Əliyev

Mərkəzinin direktoru

HEYDƏR ƏLİYEV MÜSTƏQİL

AZƏRBAYCANIN MEMARI

VƏ QURUCUSUDUR

11 dekabr 2017-ci il tarixdə Oğuz Ra-

yon Heydər Əliyev Mərkəzində  Ulu ön-

dər Heydər Əliyevin anım günü ilə əlaqə-

dar  “Heydər Əliyev irsi: Elmi-praktik se-

minarlar” layihəsi çərçivəsində “Heydər

Əliyev və Müstəqil Azərbaycan“ mövzu-

sunda elmi-praktik seminar keçirilmişdir. 

Seminarı Heydər Əliyev Mərkəzinin di-

rektoru M.Abbasova aparmışdır. Ulu ön-

dər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik

sükutla yad edilmişdir. 

Muzeyin direktoru çıxışında Ulu öndər

Heydər  Əliyevin  müstəqil  Azərbaycan

Respublikası tarixində oynadığı roldan,

Heydər Əliyevin azərbaycançılıq ideolo-

giyası,    Azərbaycan  dili,    Azərbaycan

gəncliyi, Azərbaycan mədəniyyəti sahə-

sində həyata keçirdiyi islahatlardan söh-

bət açılmışdır. 

Seminarda “Heydər Əliyev fenomeni-

müdriklik və qətiyyət örnəyi”, “Heydər Əli-

yev  və  Azərbaycançılıq  məfkurəsi”,

“Heydər  Əliyev  və    Azərbaycan  dili”,

“Heydər Əliyev və mədəniyyət”, “Heydər

Əliyev və Azərbaycan gəncliyi” mövzu-

sunda videoçarxlar  təqdim edilmişdir. 

Oğuz  Rayon  İcra  Hakimiyyətinin  nü-

mayəndəsi T.Daşdəmirov və YAP Oğuz

rayon  təşkilatı  Gənclər  Birliyinin  sədri

M.Ramazanov çıxışlarında bildirmişlər ki,

Heydər Əliyev  Azərbaycanda milli ruhun

dirçəlməsinə nail olmuş, xalqın milli də-

yərlərini, insanların mənəvi sağlamlığını,

özünə inamını qoruyub saxlamış, ölkənin

siyasi, iqtisadi və ictimai həyatını müəy-

yənləşdirən bir çox problemlərin həlli yol-

larını tapmışdır. Heydər Əliyevin dərindən

düşünülmüş, Azərbaycanın inkişafına və

müasirləşməsinə  hədəflənmiş  səmərəli

dövlətçilik siyasəti Prezident İlham Əliyev

tərəfindən uğurla davam etdirilir və  bütün

bunlar Azərbaycan cəmiyyətini inkişafın

daha yüksək pillələrinə aparır.

“Heydər Əliyev və müstəqil Azərbaycan”

mövzusunda elmi-praktik seminar

Dekabrın 9-da Oğuz Rayon İcra Haki-

miyyətində rayon ərazisində Dünya Azər-

baycanlılarının Həmrəylik Günü və Yeni

il bayramlarına hazırlıq görülməsi ilə bağ-

lı  yaradılmş  komissiyanın  iclası  keçiril-

mişdir. 


Rayon icra hakimiyyəti başçısının mü-

avini,    komissiyanın  sədri  Yusif  Naxçı-

vanski  aid  idarə,  müəssisə  və  təşkilat

rəhbərlərinin iştirakı ilə keçirilən   iclası

açaraq  qarşıdan gələn bayramlara ciddi

hazırlıq  görülməsinin vacibliyindən  da-

nışmış,  iclas  iştirakçılarını  hazırlanmış

tədbirlər planı ilə tanış etmişdir. Tədbirlər

planında  Dünya  Azərbaycanlılarının

Həmrəylik Günü və Yeni il bayramları ilə

əlaqədar  şəhərdə, rayon ərazisində apa-

rılacaq bəzəmə işlərinə dair tapşırıqlar,

keçiriləcək tədbirlər, konfranslar, yarışlar,

müsabiqələr, bayram ticarətinin təşkilinə

aid məsələlər öz əksini tapmışdır. 

Komissiya üzvləri  və iclas iştirakçıları

çıxış edərək bayram tədbirlərinin yüksək

səviyyədə təşkil edilməsi ilə bağlı təkliflə-

rini söyləmişlər. 

Bayramların  keçirilməsi  üçün  şəhid

ailələrinə və imkansız adamlara köməklik

göstərilməsi ilə əlaqədar bələdiyyələrə və

yerli icra nümayəndələrinə tapşırıq veril-

mişdir.



Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə