Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   2   3   4   5   6   7   8   9   ...   29
Oğuzda Ulu öndər Heydər

Əliyevin xatirəsinə həsr edilən

anım tədbiri keçirilmişdir


15 dekabr 2017-ci il

2

OĞUZ YURDU

L

ider-cəmiyyətin əsas aparıcı qüv-



vəsi, milli inkişafın zəruri amilidir.

Bu baxımdan ötən əsrin 90-cı il-

lərinin əvvəllərində, müstəqilliyini yeni-

dən əldə edən və tarixdən gələn dövlət-

çilik ənənələri üzərində bir dövlət quran

Azərbaycana Heydər Əliyev kimi müdrik

liderin,  uzaqgörən  siyasətçinin,  mahir

dövlət xadiminin rəhbərlik etməsi dövlət-

çilik tariximizdə öz əhəmiyyəti ilə seçilir.

Heydər Əliyev iki əsrin ayırıcında öz öl-

kəsini qlobal təhdidlər dövründən uğurla

keçirərək, ölkənin milli dəyərlərinin, in-

sanların mənəvi sağlamlığının, özlərinə

inamının qorunub saxlanmasına müvəf-

fəq olmuşdur. Siyasət meydanında  oldu-

ğu illər ərzində Ulu öndər  XX və XXI əsr-

lərin  gökəmli  siyasətçilərindən  biri  və

müasir  dövrün  böyük  siyasi  lideri  kimi

bütün dünyada tanınmışdır. Daim Azər-

baycan  maraqlarından  çıxış  edən  gör-

kəmli şəxsiyyət Moskvaya yüksək vəzi-

fəyə irəli çəkiləndən sonra Azərbaycanın

milli dövlətçilik maraqlarını daha da yük-

sək  səviyyədə  müdafiə  etmişdir.  Res-

publikamızın bir müstəqil dövlət kimi var-

lığı məhz Ulu öndərin  hakimiyyətə ikinci

qayıdışı, 1993-cü ilin iyunu dövründə qo-

runub saxlanıldı. Heydər Əliyevin uzaq-

görən siyasəti nəticəsində 1994-cü ilin

mayında Ermənistanla atəşkəs barədə

razılıq əldə edildi. 1994-cü ilin sentyabr

ayının 20-də xarici ölkələrin neft şirkətləri

ilə  Xəzərin  neft  və  qazla  zəngin  struk-

turlarının işlədilməsi barədə tarixi sənəd

imzalandı. Bununla da  Azərbaycanın iq-

tisadi  cəhətdən  daha  da  inkişaf  etdiril-

məsinin və onun təhlükəsizliyinin təmin

edilməsi  üçün  daha  uğurlu  tədbirlərin

həyata keçirilməsinə imkan yarandı. Xə-

zər neftinin dünya bazarına nəqlinə  im-

kan verən  Bakı-Tbilisi-Ceyhan, həmçi-

nin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri-

nin    işə  düşməsi  Azərbaycanın  dövlət

müstəqilliyinə verilən töhfə oldu. Ulu ön-

dər dünyanın ən nüfuzlu təşkilatlarının

tribunasından Azərbaycan həqiqətlərini,

Dağlıq Qarabağ probleminin əsl mahiy-

yətini beynəlxalq ictimaiyyətin diqqətinə

çatdırdı,  erməni  yalanları faktlarla ifşa

olundu.  Heydər  Əliyev  görkəmli  dövlət

xadimi,  müdrik lider, praqmatik  siyasətçi

olmaqla yanaşı  həm də çox sadə və tə-

bii insan, uğurlu lider formulunun əsl nü-

munəsi idi. Dahi şəxslərə məxsus olan

mərdlik,  cəsarət,  səmimiyyət,  qətiyyət,

müdriklik kimi faktorlar Ulu öndərdə  bir-

ləşmişdi. Azərbaycan dövlətçiliyinə, döv-

lətçiliyimizin inkişafına  verilən əvəzolun-

maz töhfələr məhz   Heydər Əliyev şəx-

siyyətində ən yüksək zirvəyə çatdı.  

Heydər Əliyevin zəngin dövlətçilik təc-

rübəsi bu gün bütün dünyada etiraf olu-

nur, hörmətlə qarşılanır və yüksək qiy-

mətləndirilir. Ümummilli lider bizim üçün

elmi  prinsiplərə  və  zəngin  intellektual

potensiala  əsaslanan  mükəmməl  bir

dövlətçilik konsepsiyası  yaratmış, döv-

lət idarəçiliyi sahəsində zəngin elmi-nə-

zəri  və  praktiki    irs  qoymuşdur.  Onun

dövlətçilik ideyalarının elmi-nəzəri əsas-

ları  təkcə  bugün  üçün  deyil,  gələcək

üçün də əhəmiyyətlidir.

Heydər Əliyev tarixin amansız və sərt

sınaqları dövründə  dünyanın ayrı-ayrı

ölkələrinə  səpələnərək  yaşamaq  məc-

buriyyətində  qalmış  azərbaycanlıların

birlik və həmrəyliyini yaratdı, onların təş-

kilatlanması işini gördü,  bir Vətən-Müs-

təqil Azərbaycan  ətrafında birləşməsini

təmin etdi. Heydər Əliyevin azərbaycan-

çılıq məfkurəsi dünya azərbaycanlıların

birliyi üçün fəlsəfi-nəzəri əsas oldu. Hey-

dər Əliyev dünyaya ölkəmizi Azərbaycan

dövləti, xalqımızı Azərbaycan milləti və

dilimizi  Azərbaycan dili kimi tanıtdı. Xü-

susi vurğulanmalı məqam-Heydər Əliye-

vin  hədsiz  səyi  bahasına  hər  bir  azər-

baycanlının düşüncəsində məmləkətinə

yiyəlik hissinin dirçəlməsi oldu. Bu təkcə

yaşadığımız müəyyən zaman üçün deyil,

əbədi və əzəli Azərbaycan naminə, biz-

dən  sonra  gələcək  nəsillərin  şüurunda

mütləq  cücərəcək  əzəmətli  bir  ağacın

toxumu idi. 

Heydər  Əliyev  Azərbaycan  tarixində

qeyri-adi  qabiliyyətlə  onu  idarə  edən,

milli kimliyi olan bir rəhbər idi. O, dağıl-

maqda olan bir dövləti yenidən quran bir

nüfuzlu dövlət xadimi kimi bu millətin ta-

rixinə yazıldı. Nə qədər zaman keçir keç-

sin,  bütün  ictimai  şüur  Heydər  Əliyevi

mənəvi şəxsiyyət, məharətli siyasətçi və

xalqının etibar etdiyi ata kimi  tanıyacaq.

Heydər Əliyev millətinin atası rolunu oy-

nayaraq gələcək üçün də  zəmin yaratdı.

Zamanın  dəyişən qaydalarına baxma-

yaraq    Heydər  Əliyev  yolunun  qüdrəti

azalmır.  Ulu  öndərin  layiqli  davamçısı,

Azərbaycan  Prezidenti  İlham  Əliyev

dünyanın onun ölkəsinə kiçik miqyasla

baxmağına imkan vermir və bu, nəticəni

əvvəlcədən görə bilən ümummilli qələbə-

yə  doğru  gedən    yolda  inkar  edilməz

mütləq qələbədir.  Azərbaycan xalqı  heç

zaman  Heydər  Əliyevi  unutmayacaq.

Müstəqil Azərbaycan dövləti var olduq-

ca  Heydər  Əliyev  də  xalqın  qəlbində

yaşayacaqdır! 




Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə