Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il bayramları ilə bağlı həyata keçiriləcək
tədbirlər müzakirə edilmişdir
A
zərbaycan vətəndaşlarının 81
faizi hökumətə etibar edir. Siya-
si partiyalar rəyi soruşulanların
45 faizinin, Milli Məclis isə 65 faizinin eti-
barını doğruldur.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar
ING maliyyə holdinqinin (Niderland) anali-
tik məruzəsində yer alıb. Azərbaycanda
araşdırmaları bu holdinqin tərəfdaşı olan
ACT LLC humanitar tərəfdaşlıq təşkilatı
aparıb.
Məruzəyə əsasən vətəndaşların 80 fai-
zə qədəri ölkənin gələcəyini nikbin qiy-
mətləndirir, şəxsi gələcəyinə isə rəyi soru-
şulanların 83 faizə yaxını nikbinliklə baxır.
ACT LLC-nin sosioloqları vətəndaşla-
rın həyatında ən böyük problemlər haq-
qında suallar da verib. Araşdırma zamanı,
həmçinin, Azərbaycanda iqtisadi vəziyyət
təhlil olunub. 2018-ci il üçün inflyasiyanın
səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd
edilir ki, 2018-ci ildə manatın dollara nis-
bətində orta illik məzənnənin 1,59 (hazırda
1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə
neftin bir barelinin qiymətinin 51 dollar ola-
cağı proqnozlaşdırılır. Analitiklər daxili tələ-
batın daha da sabitləşəcəyini gözləyirlər.
Ekspertlər kənd təsərrüfatında və qeyri-
neft sektorunda artım olduğunu qeyd
edirlər, amma inşaata investisiyaların ki-
fayət qədər olmadığını hesab edirlər.
Bildirilir ki, ötən il pərakəndə satışların
artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı
və gəlirlərin artması istiqamətində ilk dönüş
əlamətləri qeydə alınıb.
Araşdırmanın sifarişçisi Avropa İtti-
faqının “Şərq Tərəfdaşlığı” proqramıdır.
Azərbaycan vətəndaşlarının 80 faizə
Azərbaycan vətəndaşlarının 80 faizə
qədəri ölkənin gələcəyini nikbin
qədəri ölkənin gələcəyini nikbin
qiymətləndirir
qiymətləndirir
|