15 dekabr 2017-ci il
2
OĞUZ YURDU
L
ider-cəmiyyətin əsas aparıcı qüv-
vəsi, milli inkişafın zəruri amilidir.
Bu baxımdan ötən əsrin 90-cı il-
lərinin əvvəllərində, müstəqilliyini yeni-
dən əldə edən və tarixdən gələn dövlət-
çilik ənənələri üzərində bir dövlət quran
Azərbaycana Heydər Əliyev kimi müdrik
liderin, uzaqgörən siyasətçinin, mahir
dövlət xadiminin rəhbərlik etməsi dövlət-
çilik tariximizdə öz əhəmiyyəti ilə seçilir.
Heydər Əliyev iki əsrin ayırıcında öz öl-
kəsini qlobal təhdidlər dövründən uğurla
keçirərək, ölkənin milli dəyərlərinin, in-
sanların mənəvi sağlamlığının, özlərinə
inamının qorunub saxlanmasına müvəf-
fəq olmuşdur. Siyasət meydanında oldu-
ğu illər ərzində Ulu öndər XX və XXI əsr-
lərin gökəmli siyasətçilərindən biri və
müasir dövrün böyük siyasi lideri kimi
bütün dünyada tanınmışdır. Daim Azər-
baycan maraqlarından çıxış edən gör-
kəmli şəxsiyyət Moskvaya yüksək vəzi-
fəyə irəli çəkiləndən sonra Azərbaycanın
milli dövlətçilik maraqlarını daha da yük-
sək səviyyədə müdafiə etmişdir. Res-
publikamızın bir müstəqil dövlət kimi var-
lığı məhz Ulu öndərin hakimiyyətə ikinci
qayıdışı, 1993-cü ilin iyunu dövründə qo-
runub saxlanıldı. Heydər Əliyevin uzaq-
görən siyasəti nəticəsində 1994-cü ilin
mayında Ermənistanla atəşkəs barədə
razılıq əldə edildi. 1994-cü ilin sentyabr
ayının 20-də xarici ölkələrin neft şirkətləri
ilə Xəzərin neft və qazla zəngin struk-
turlarının işlədilməsi barədə tarixi sənəd
imzalandı. Bununla da Azərbaycanın iq-
tisadi cəhətdən daha da inkişaf etdiril-
məsinin və onun təhlükəsizliyinin təmin
edilməsi üçün daha uğurlu tədbirlərin
həyata keçirilməsinə imkan yarandı. Xə-
zər neftinin dünya bazarına nəqlinə im-
kan verən Bakı-Tbilisi-Ceyhan, həmçi-
nin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri-
nin işə düşməsi Azərbaycanın dövlət
müstəqilliyinə verilən töhfə oldu. Ulu ön-
dər dünyanın ən nüfuzlu təşkilatlarının
tribunasından Azərbaycan həqiqətlərini,
Dağlıq Qarabağ probleminin əsl mahiy-
yətini beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırdı, erməni yalanları faktlarla ifşa
olundu. Heydər Əliyev görkəmli dövlət
xadimi, müdrik lider, praqmatik siyasətçi
olmaqla yanaşı həm də çox sadə və tə-
bii insan, uğurlu lider formulunun əsl nü-
munəsi idi. Dahi şəxslərə məxsus olan
mərdlik, cəsarət, səmimiyyət, qətiyyət,
müdriklik kimi faktorlar Ulu öndərdə bir-
ləşmişdi. Azərbaycan dövlətçiliyinə, döv-
lətçiliyimizin inkişafına verilən əvəzolun-
maz töhfələr məhz Heydər Əliyev şəx-
siyyətində ən yüksək zirvəyə çatdı.
Heydər Əliyevin zəngin dövlətçilik təc-
rübəsi bu gün bütün dünyada etiraf olu-
nur, hörmətlə qarşılanır və yüksək qiy-
mətləndirilir. Ümummilli lider bizim üçün
elmi prinsiplərə və zəngin intellektual
potensiala əsaslanan mükəmməl bir
dövlətçilik konsepsiyası yaratmış, döv-
lət idarəçiliyi sahəsində zəngin elmi-nə-
zəri və praktiki irs qoymuşdur. Onun
dövlətçilik ideyalarının elmi-nəzəri əsas-
ları təkcə bugün üçün deyil, gələcək
üçün də əhəmiyyətlidir.
Heydər Əliyev tarixin amansız və sərt
sınaqları dövründə dünyanın ayrı-ayrı
ölkələrinə səpələnərək yaşamaq məc-
buriyyətində qalmış azərbaycanlıların
birlik və həmrəyliyini yaratdı, onların təş-
kilatlanması işini gördü, bir Vətən-Müs-
təqil Azərbaycan ətrafında birləşməsini
təmin etdi. Heydər Əliyevin azərbaycan-
çılıq məfkurəsi dünya azərbaycanlıların
birliyi üçün fəlsəfi-nəzəri əsas oldu. Hey-
dər Əliyev dünyaya ölkəmizi Azərbaycan
dövləti, xalqımızı Azərbaycan milləti və
dilimizi Azərbaycan dili kimi tanıtdı. Xü-
susi vurğulanmalı məqam-Heydər Əliye-
vin hədsiz səyi bahasına hər bir azər-
baycanlının düşüncəsində məmləkətinə
yiyəlik hissinin dirçəlməsi oldu. Bu təkcə
yaşadığımız müəyyən zaman üçün deyil,
əbədi və əzəli Azərbaycan naminə, biz-
dən sonra gələcək nəsillərin şüurunda
mütləq cücərəcək əzəmətli bir ağacın
toxumu idi.
Heydər Əliyev Azərbaycan tarixində
qeyri-adi qabiliyyətlə onu idarə edən,
milli kimliyi olan bir rəhbər idi. O, dağıl-
maqda olan bir dövləti yenidən quran bir
nüfuzlu dövlət xadimi kimi bu millətin ta-
rixinə yazıldı. Nə qədər zaman keçir keç-
sin, bütün ictimai şüur Heydər Əliyevi
mənəvi şəxsiyyət, məharətli siyasətçi və
xalqının etibar etdiyi ata kimi tanıyacaq.
Heydər Əliyev millətinin atası rolunu oy-
nayaraq gələcək üçün də zəmin yaratdı.
Zamanın dəyişən qaydalarına baxma-
yaraq Heydər Əliyev yolunun qüdrəti
azalmır. Ulu öndərin layiqli davamçısı,
Azərbaycan Prezidenti İlham Əliyev
dünyanın onun ölkəsinə kiçik miqyasla
baxmağına imkan vermir və bu, nəticəni
əvvəlcədən görə bilən ümummilli qələbə-
yə doğru gedən yolda inkar edilməz
mütləq qələbədir. Azərbaycan xalqı heç
zaman Heydər Əliyevi unutmayacaq.
Müstəqil Azərbaycan dövləti var olduq-
ca Heydər Əliyev də xalqın qəlbində
yaşayacaqdır!
Dostları ilə paylaş: