Mehriban Abbasova,
Oğuz Rayon Heydər Əliyev
Mərkəzinin direktoru
HEYDƏR ƏLİYEV MÜSTƏQİL
AZƏRBAYCANIN MEMARI
VƏ QURUCUSUDUR
11 dekabr 2017-ci il tarixdə Oğuz Ra-
yon Heydər Əliyev Mərkəzində Ulu ön-
dər Heydər Əliyevin anım günü ilə əlaqə-
dar “Heydər Əliyev irsi: Elmi-praktik se-
minarlar” layihəsi çərçivəsində “Heydər
Əliyev və Müstəqil Azərbaycan“ mövzu-
sunda elmi-praktik seminar keçirilmişdir.
Seminarı Heydər Əliyev Mərkəzinin di-
rektoru M.Abbasova aparmışdır. Ulu ön-
dər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik
sükutla yad edilmişdir.
Muzeyin direktoru çıxışında Ulu öndər
Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikası tarixində oynadığı roldan,
Heydər Əliyevin azərbaycançılıq ideolo-
giyası, Azərbaycan dili, Azərbaycan
gəncliyi, Azərbaycan mədəniyyəti sahə-
sində həyata keçirdiyi islahatlardan söh-
bət açılmışdır.
Seminarda “Heydər Əliyev fenomeni-
müdriklik və qətiyyət örnəyi”, “Heydər Əli-
yev və Azərbaycançılıq məfkurəsi”,
“Heydər Əliyev və Azərbaycan dili”,
“Heydər Əliyev və mədəniyyət”, “Heydər
Əliyev və Azərbaycan gəncliyi” mövzu-
sunda videoçarxlar təqdim edilmişdir.
Oğuz Rayon İcra Hakimiyyətinin nü-
mayəndəsi T.Daşdəmirov və YAP Oğuz
rayon təşkilatı Gənclər Birliyinin sədri
M.Ramazanov çıxışlarında bildirmişlər ki,
Heydər Əliyev Azərbaycanda milli ruhun
dirçəlməsinə nail olmuş, xalqın milli də-
yərlərini, insanların mənəvi sağlamlığını,
özünə inamını qoruyub saxlamış, ölkənin
siyasi, iqtisadi və ictimai həyatını müəy-
yənləşdirən bir çox problemlərin həlli yol-
larını tapmışdır. Heydər Əliyevin dərindən
düşünülmüş, Azərbaycanın inkişafına və
müasirləşməsinə hədəflənmiş səmərəli
dövlətçilik siyasəti Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir və bütün
bunlar Azərbaycan cəmiyyətini inkişafın
daha yüksək pillələrinə aparır.
“Heydər Əliyev və müstəqil Azərbaycan”
mövzusunda elmi-praktik seminar
Dekabrın 9-da Oğuz Rayon İcra Haki-
miyyətində rayon ərazisində Dünya Azər-
baycanlılarının Həmrəylik Günü və Yeni
il bayramlarına hazırlıq görülməsi ilə bağ-
lı yaradılmş komissiyanın iclası keçiril-
mişdir.
Rayon icra hakimiyyəti başçısının mü-
avini, komissiyanın sədri Yusif Naxçı-
vanski aid idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə keçirilən iclası
açaraq qarşıdan gələn bayramlara ciddi
hazırlıq görülməsinin vacibliyindən da-
nışmış, iclas iştirakçılarını hazırlanmış
tədbirlər planı ilə tanış etmişdir. Tədbirlər
planında Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramları ilə
əlaqədar şəhərdə, rayon ərazisində apa-
rılacaq bəzəmə işlərinə dair tapşırıqlar,
keçiriləcək tədbirlər, konfranslar, yarışlar,
müsabiqələr, bayram ticarətinin təşkilinə
aid məsələlər öz əksini tapmışdır.
Komissiya üzvləri və iclas iştirakçıları
çıxış edərək bayram tədbirlərinin yüksək
səviyyədə təşkil edilməsi ilə bağlı təkliflə-
rini söyləmişlər.
Bayramların keçirilməsi üçün şəhid
ailələrinə və imkansız adamlara köməklik
göstərilməsi ilə əlaqədar bələdiyyələrə və
yerli icra nümayəndələrinə tapşırıq veril-
mişdir.
Dostları ilə paylaş: |