15 dekabr 2017-ci il
3
OĞUZ YURDU
D
ekabrın 4-də Azərbaycan Respublika-
sının Milli Məclisi yanında Toponimiya
Komissiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri,
akademik İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhə-
rindən və 14 rayonundan bəzi yaşayış məntəqə-
lərinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra ha-
kimiyyətlərinin müraciətləri Toponimiya Komissi-
yasına daxil olub. Həmin müraciətlərdə, həmçinin
addəyişmə məsələsi ilə bağlı yerli əhalinin keçirdiyi
yığıncaqların protokollarında bu komissiyadan
ümumilikdə 27 yaşayış məntəqəsinin adının dəyiş-
dirilməsi təklifinə rəy verilməsi xahiş olunur.
Azərbaycan dilinin qloballaşma şəraitində istifa-
dəsi və inkişafına, saflaşdırılması və zənginləşdi-
rilməsinə göstərilən dövlət qayğısından söz açan
İsa Həbibbəyli ölkəmizdə bu istiqamətdə müxtəlif
qurumlarda görülən işlərdən bəhs edib. Bildirib ki,
yer adları ya tarixi adın, ya da yerli toponimin bər-
pası prinsipi ilə dəyişdirilə bilər.
Sonra iclasda Yevlax şəhərindəki, Ağsu, Astara,
Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba,
Masallı, Oğuz, Saatlı, Samux və Şəmkir rayonla-
rındakı bəzi yaşayış məntəqələrinin adlarının dəyiş-
dirilməsinə dair təkliflərə baxılıb.
İşgüzar müzakirələrdə dilçi alimlər, Toponimiya
Komissiyasının üzvləri, deputatlar ətraflı fikir müba-
diləsi aparıblar. Əsasən çar Rusiyası dövründə və
sovet hakimiyyəti illərində dəyişdirilmiş yer adla-
rının əvvəlki tarixi adlarla əvəzlənməsi, həmçinin
XX əsrdə sovet ideologiyasının daşıyıcısı olan
şəxslərin adları ilə adlandırılmış məntəqələrin yerli
toponimlərlə adlandırılması məqsədəuyğun sayılıb.
Bir təklif yenidən baxılmaq üçün müvafiq icra haki-
miyyətinə qaytarılıb.
Dostları ilə paylaş: |