Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə16/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
25 
hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən 
edilmiş öhdəlikləri, vəzifə funksiyalarını yerinə yetirməməyə 
görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi
intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
İnzibati məsuliyyət.
Əmək məcəlləsinin 312-ci maddəsinə 
müvafiq əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər 
fiziki şəxslər, inzibati hüquq pozmalar haqqında nəzərdə 
tutulmuş hallarda və müəyyən edilmiş qaydada məsuliyyətə 
cəlb edilirlər.
İnzibati məsuliyyət vəzifəli şəxsin müəyyən edilmiş 
qaydada cərimə olunmasıdır. Dövlət əmək müfəttişləri, 
həmkarlar ittifaqının texniki əmək müfəttişləri, Dövlət 
dağnəzarət, sanitariya nəzarəti orqanları inzibati qaydada 
cərimə etmək hüququna malikdirlər.
Dövlət nəzarəti orqanları əməyin mühafizəsi qaydalarının 
pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə 
cərimə edə bilərlər. Cərimə olunmuş vəzifəli şəxs on gün 
müddətində xalq məhkəməsinə şikayət edə bilər. Məhkəmənin 
şikayətlər barədə hökmü qətidir və bu hökmdən şikayət verilə 
bilməz. 
Əmək qanunvericiliyinə görə inzibati məsuliyyətə yalnız 
istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına 
cavabdeh olan vəzifəli şəxslər kimi müəssisə rəhbərliyi, sahə 
rəhbərəri, baş mütəxəssislər, iş icraçıları, briqadirlər və 
başqaları cəlb olunurlar.
İnzibati cəzalar əməyin mühafizə qaydalarının pozulması 
faktı aşkara çıxarılan vaxtdan bir ay keçənə qədər verilə bilər.
Cinayət məsuliyyəti
. Əmək məcəlləsinin 313-cü maddəsinə 
görə müvafiq ictimai – təhlükəli əməlləri ilə qanunvericiliklə 
müəyyən edilmiş əməyin mühafizəsi qaydalarını və ya 
işçilərin, işə götürənlərin hüquqlarını və qanuni mənafelərini
habelə Əmək məcəlləsinin tələblərini hər hansı formada kobud 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə