Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə2/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
 



GİRİŞ 
Həyat fəaliyyətinin təhlükəsizliyi - insanın həyati 
maraqlarına ziyan vurmadan reallaşdırdığı həyat fəaliyyətini 
təmin edən vəziyyətdir. 
İllər boyu alimlər təhlükəsizlik problemlərini tədqiq etmiş, 
bu 
tədqiqatlar 
əsasında 
"Təhlükəsizlik 
nəzəriyyəsi" 
yaranmışdır. "Təhlükəsizlik nəzəriyyəsinin" tədqiqat obyekti 
insan və onu əhatə edən mühit, tədqiqat predmeti isə insanın 
təhlükəsizliyidir. 
"Təhlükəsizlik nəzəriyyəsinin" əsas anlayışlarından biri 
"Təhlükə" anlayışıdır. Təhlükə - İnsanın həyati maraqlarına 
ziyan vura biləcək hər hansı bir hadisədir. 
Təhlükəsizlik" dedikdə isə çoxları onu, səhvən təhlükənin 
olmadığı bir vəziyyət kimi başa düşürlər. Bu, kökündən yanlış 
bir fikirdir. Təcrübə göstərir ki, təbiətdə "Mütləq təhlükəsizlik" 
anlayışı mövcud deyildir. Təhlükəsizlik yalnız nisbi ola bilər.
Təhlükəsizlik - təhlükə ehtimalının minimal olduğu bir 
vəziyyətdir. 
İnsanların böyük bir hissəsi təbii bioloji yaş həddinə qədər 
yaşamır. İnsan həyatının fərdi uzunluğu onun həyatdakı 
gündəlik davranışından, meydana çıxan təhlükələrdən irəli 
gələn problemlər hesabına get-gedə qısalır. Sağlam həyat 
prinsiplərini gözləməyən, təhlükəni əvvəlcədən görüb ondan 
qaçmağı, rasional həyat sürməyi bacarmayan şəxs ömrünün 
uzun olacağına ümid edə bilməz. 
Lakin bununla yanaşı, şəxsin təhlükəsizliyinə yalnız onun 
cəmiyyətdəki davranışı deyil, həm də onu əhatə edən ətraf 
mühitin (təbii, sosial və texnogen) doğurduğu təhlükə və 
hədələrin miqdarı və gücü də təsir edir. Ətraf mühitin vəziyyəti 
isə, öz növbəsində, insanın ona dəyişdirici təsir göstərən həyat 
fəaliyyəti ilə bağlıdır. 



“Həyat fəaliyyətinin təhlükəsizliyi” dərsliyi Azərbaycan 
Respublikası Prezidentin 17.04.1998- ci il tarixli 700 saylı 
fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
25.09.1998-ci il tarixli 193 saylı qərarı, Azərbaycan 
Respublikası Prezidentinin Fövqəladə Hallar Nazirliyinin 
yaradılması haqqında 16.12.2005-ci il tarixli 1182 saylı fərmanı 
və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 
əsasnaməsi (19 aprel 2006-cı il №394) əsasında işlənilib 
hazırlanmışdır. Azərbaycan Respublikası “Hər kəsin təhlükəsiz 
və sağlam şəraitdə işləmək” hüququnu özündə təsbit edir. 
Konstitusiyada vətəndaşların əmək, istirahət, təhsil, ictimai 
təminat hüquqları və onların vəzifələri müəyyən edilmişdir. 
İstehsalatda sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdan 
ibarətdir.
Əmək mühafizəsinin əsas vəzifəsi işçilərin daim 
sağlamlığını qorumaq, icra ediləsi işlərin təhlükəsizliyi üçün 
şərait yaratmaqdır. Mülki müdafiənin öyrədilməsinin əsas 
vəzifəsi sülh və müharibə dövrlərindəki fövqəladə fallarda 
fəaliyyət göstərmək və orta ixtisas məktəblərində aldıqları 
ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi 
üsullarını öyrətməkdir. Mülki müdafiənin məqsədi əhali, onun 
əmlakı və təbii mühit üçün mövcud olan təhlükəni, qorxulu 
halların növlərini və xüsusiyyətlərini dəqiq müəyyən etməkdir. 
Tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda 
əməli olaraq tibbi yardım göstərməyi bacarmaqdır. 
Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət 
Rabitə 
və 
Nəqliyyat 
Kollecində 
“Həyat fəaliyyətinin 
təhlükəsizliyi” fənni mövcud ixtisaslara uyğun olaraq müstəqil 
xüsusi fənn kimi tədris olunur. 
“Həyat fəaliyyətinin təhlükəsizliyi” fənninin tədrisi forması 
mühazirə, məşğələ şəklində keçirilir. 




Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə