Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə5/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
 
 
 
 
I BÖLMƏ 
 
ƏMƏK MÜHAFİZƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Əmək mühafizəsi 

§
1. ƏMƏK MÜHAFİZƏSİ ANLAYIŞI 
 
Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər 
normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, 
təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik 
tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti 
prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş 
qabiliyyətinin qorunmasını təmin edir. 
İşçilərin sağlamlığını qorumaq, təhlükəsiz əmək şəraitini 
təmin etmək, habelə istehsalat zərərçəkmələrinin qarşısını 
almaq məsələləri Dövlətin başlıca qayğılarından biri olmuş və 
olmaqdadır. Əmək mühafizəsi qarşısında duran əsas məsələlər 
müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitusiyasına 
uyğun, qanunvericilik əsasları, Əmək Məcəlləsi xüsusi qayda 
və normalar əsasında tənzim edilir. Əmək mühafizəsi üzrə 
qanun Azərbaycan Respublikasında 1992-ci il dekabr ayında 
təsdiq edilmişdir 
Əmək mühafizəsi məsələlərinin düzgün həllində həmkarlar 
təşkilatları mühüm rol oynayır, təsərüffat rəhbərləri onlarla 
birlikdə əmək şəraitinin yaxşılaşdırılması sahəsində böyük 
tədbirlər həyata keçirirlər. 
İstehsal şəraitində insanlar tərəfindən görülən iş, sərf 
olunan əzələ və zehni enerjilərinin qiyməti ilə təyin olunur. Bir 
sıra hallarda zehni enerjisi əzələ enerjisindən çox sərf edilir. 
Məsələn, kommunikasiya aparatları ilə distansion (uzaqdan) 
idarəetmədə çox cüzi fiziki qüvvə tələb olunduğu halda, 
elektrik şəbəkələrində mürəkkəb əməliyyatlar apardıqda böyük 
zehni enerji sərf olunur. Əmək şəraitini düzgün təşkil 
etmədikdə, adam tez yorulur, onun diqqəti azalır və xəsarət 
almaq təhlükəsi artır. 
Normal iş şəraitinin yaradılmasına əsas təsir göstərən 
faktorlar: iş yerinin işıqlandırılması, havanın vəziyyəti (nəmlik, 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə