Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə8/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
14 
“Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ 
vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, 
Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57-
ci konvensiyasının (o cümlədən əməyin mühafizəsi və 
təhlükəsizliyinə dair 21-ci konvensiyasının) əsas prinsipləri 
Əmək Məcəlləsində öz əksini tapmışdır. 
Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin 
mühafizəsi normalarını, qayda və prinsiplərini, hüquqi, 
təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə
işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin 
olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən 
edilməsinə həsr olunmuşdur. 
Əməyin 
mühafizəsi 
haqqında 
hər 
bir 
işçi 
maarifləndirilməlidir, bundan əlavə, hər bir gənc işləməzdən 
öncə bu mövzuda hər hansı bilgiyə sahib olmalıdır. Yalnız bu 
zaman peşəsini yerinə yetirən şəxslərin təhlükəsizliyi qorunar. 
Əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi 
ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti 
orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə 
Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı 
beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi 
üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi 
normaları, standartları, qaydaları əmək münasibətlərinin 
tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Hər 
bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin 
mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi 
gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.
Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri 
Azərbaycan Respublikası Prezidentinin 01 fevral 1999-cu il 
tarixdə imzaladığı 618-1Q nömrəli Qanununa əsasən, 1999-cu 
ilin iyul ayının 1-dən qüvvəyə minmiş Azərbaycan 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə