Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə11/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
17 
dürüst və eyni cür əməl olunmasına dövlət nəzarəti Azərbaycan 
Respublikası prokurorluğu tərəfəndən həyata keçirilir. 
Əməyin mühafizəsi sahəsində qüvvədə olan qayda və 
normalara düzgün əməl edilməsinə Dövlət nəzarətini aşağıdakı 
səlahiyyətli orqanlar və müəyyən sahələr üzrə inspeksiyalar 
üzrə həyata keçirirlər. 
1.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində 
Dövlət Əmək Müfəttişliyi. 
2.
Sahə həmkarlar ittifaqının, yaxud Respublika Həmkarlar 
İttifaqları Konfederasiyasının texniki əmək inspeksiyaları 
3.
Dövlət Sənayesdə işlərin Təhlükəsiz Görülməsinə 
Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsi nəzdində 
«Dövlətdağnəzarət» inspeksiyası. 
4.
Respublika Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən 
Dövlət sanitariya nəzarətçiləri 
5.
Respublika Energetika Nazirliyinin Dövlət Energetika 
nəzarətçiləri 
6. Respublika Daxili İşlər Nazirliyində Dövlət Yanğın 
Müfəttişliyi 
7.
Respublika Daxili İşlər Nazirliyi yanında Dövlət 
Avtomobili Müfəttişliyi və başqaları. 
Əmək qanunvericiliyinə uyğun dövlət nəzarət orqanlarının 
hər biri özünün xidməti sahəsində əməyin mühafizəsinə dair 
norma və qaydaların pozulmasına görə təqsiri olan işçini, 
işəgötürəni, müəssisə rəhbərini müəyyən olunmuş formada və 
məbləğdə cərimə etmək hüququna malikdir. 
Dövlət 
Əmək Müfəttişliyi–Vətəndaşların Azərbaycan 
Respublikası Konstitutsiyası ilə nəzərdə tutulmuş əmək 
hüquqlarının 
müdafiəsini 
təmin 
edən 
və 
əmək 
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata 
keçirən orqandır. 


Əmək mühafizəsi 
18 
Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətində Azərbaycan 
Respublikası Konstitutsiyasını, Azərbaycan Respublikası 
Qanunlarını, 
Azərbaycan 
Respublikası 
Prezidentinin 
fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin qərarlarini, Azərbaycan Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarlarını, 
normativ və hüquqi aktlarını, habelə Dövlət Əmək Müfəttişliyi 
haqqında Əsasnaməni rəhbər tutur. 
Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini Azərbaycan 
Respublikasının əməyin mühafizəsi sahəsində sahə nəzarəti 
orqanları, həmkarlar ittifaqı, işəgötürənlərlə sıx əlaqədə durur. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə