Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə17/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
26 
şəkildə pozan şəxslər Azərbaycan Respublikasının Cinayət 
məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş 
qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.
Əmək qanunvericiliyinin qəsdən pozulmasında, işçilərin 
qeyri-qanuni 
işdən çıxarılmasında, qeyri-qanuni işdən 
çıxarılmış işçilərin işə qaytarılması haqqında məhkəmənin 
qərarı pozulduqda, işə qəbulun inkar edilməsində, hamilə 
qadınların və yaxud südəmər uşağı olan qadınların işdən 
qanunsuz azad edilməsində rəhbər və s. işçilər cinayət 
məsuliyyətinə cəlb olunurlar.
Əməyin mühafizəsi qaydalarının pozulması ilə bədbəxt 
hadisələr yarandıqda, yaxud yarana bilərsə, habelə ağır nəticəli 
hallar baş verdikdə vəzifəli şəxslər cinayət məsuliyyəti 
daşıyırlar. Cinayət məsuliyyətində təqsirkar vəzifəli şəxslərə 
cəza formaları müəyyən edilir: cərimə, işdən çıxarmaq, bir ilə 
qədər azadlıqdan məhrum edilmə, islah-əmək işlərinə cəlb 
edilmə, vəzifədən kənar edilmə.
Əməyin mühafizəsi qaydalarının pozulması işçinin 
zədələnməsinə və ya əmək qabiliyyətinin itirilməsinə səbəb 
olmuşdursa, üç ilə qədər azadlıqdan məhrum edilmə və ya bir 
ilə qədər islah əmək cəzası verilir. Əməyin mühafizəsi 
tələblərinin pozulması ölüm və bir neçə şəxsin ağır 
zədələnməsi ilə nəticələnmişdirsə, beş ilə qədər azadlıqdan 
məhrum edilmə cəzası nəzərdə tutulur. 
Vəzifəsi olmayan şəxsin əmək mühafizəsi qaydalarını 
pozması nəticəsində işçi bədbəxt hadisəyə düçar olmuşdursa
həmin şəxs müqəssir kimi cinayət məsuliyyətinə cəlb edilə 
bilər.
Maddi məsuliyyət
. Əmək məcəlləsinin 191-ci maddəsinə 
müvafiq əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə 
işə götürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin 
digərinə vurduğu ziyana görə Əmək məcəlləsinə və ya müvafiq 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə