50
təmin edilməsi;
- dəmir yolunun yük və kommersiya isinin təskili və ona rəhbərlik edilməsi,
ümumi istifadə yerlərində dəmir yolu vəsaitləri ilə yükləmə və bosaltma islərinin
təskil edilməsi, yükgöndərən və yükalanlara nəqliyyat-ekspedisiya xidmətinin
göstərilməsi;
- dəmir yolu müəssisələrində dövlət əmlakının mühafizəsinin təmin edilməsi.
ADDY-nin əmlakı dövlət əmlakı hesab edilir. Bu əmlak tam təsərrüfatçılıq
səlahiyyəti-məhdud əsya hüququ əsasında ona məxsusdur. ADDY bu əmlak üzərində
qanunvericiliklə müəyyən edilmis qaydada və hüdudlarda sahiblik, istifadə etmək
vəsərəncam vermək səlahiyyətlərini həyata keçirir.Hava nəqliyyatı müəssisələri hava
yolu ilə yük, sərnisin və baqaj dasımalarını həyata keçirir. Bu müəssisələr
«Azərbaycan Hava Yolları» (AZAL) Dövlət Konserninin tərkibinə daxildir. «AZAL»
Dövlət Konserni Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1992-ci il tarixli
fərmanı ilə keçmis SSRə Mülki Aviasiya Nazirliyinin «Azərbaycan Aviasiyası»
Konserninin bazası əsasında yaraldılmıs və 2008-ci ilin aprel ayında «Azərbaycan
Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinə çevrilmisdir. Cəmiyyət müvafiq
Nizamnamə əsasında fəaliyyət göstərir.«AZAL» Azərbaycan Respublikasının hava
nəqliyyatına, aviasiya dasımaları ilə məsgul olan hava nəqliyyatı müəssisələrinin
fəaliyyətinə edilən rəhbərliyi həyata keçirir. Cəmiyyətin əsas fəaliyyət predmeti də
məhz onun tərkibinə daxil olan bu cür müəssisələrin vasitəsi ilə sərnisin, yük, baqaj
və poçtun daxili və beynəlxalq hava xətləri üzrə dasımalarını həyata keçirməkdən
ibarətdir.
«AZAL» sərnisin, yük, baqaj və poçt hava dasımaları üzrə tarifləri qanunvericiliyə
uygun səkildə müəyyən edir, bu tariflərin tətbiq olunma qaydalarını təsdiqləyir,
habelə hava dasımalarında güzəstli biletlərin verilmə qaydalarını müəyyənləsdirir. O,
vahid qiymət və tarif siyasətini həyata keçirir.Bundan əlavə, Cəmiyyətin dasıdıgı
digər vəzifələrə asagıdakılar aiddir:
- mülki aviasiyanın hərtərəfli inkisafını və təkmilləsdirilməsini təmin etmək;
51
- mülki aviasiyanın inkisafı sahəsində vahid elmi-texniki siyasəti həyata
keçirmək;
- hava gəmilərinin müntəzəm uçuslarını və təhlükəsizliyini təmin etmək;
- beynəlxalq hava dasımalarının həyata keçirilməsinə və inkisafına, habelə mülki
aviasiya sahəsində bərabər hüquqlu və qarsılıqlı fayda prinsipləri əsasında beynəlxalq
elmi-texniki əməkdaslıga yönələn tədbirlər görmək və s.
Avtomobil nəqliyyatı müəssisələri «Azəravtonəqliyyat» Dövlət Konserni-nin
tərkibinə daxil olan müəssisələr idi. Konsern müvafiq Nizamnamə əsasında fəaliyyət
göstərirdi, onun əsas vəzifə və funksiyaları bunlar idi:
iqtisadiyyatın və əhalinin avtonəqliyyat xidmətlərinə olan tələbatının təmin
edilməsinə, istehsal potensialından və əmək ehtiyatlarından tam istifadə olunmasına
yönələn tədbirlər görmək üçün proqram və iqtisadi mexanizmlər isləyib hazırlamaq;
- avtonəqliyyatın inkisafı sahəsində vahid elmi-texniki siyasəti həyata
keçirmək;
- avtonəqliyyat xidmətlərinin azad və rəqabətə əsaslanan bazarının təsəkkülü
üçün sərait yaratmaq və s.
Hal-hazırda bu funksiyaları Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
həyata keçirir
Dəniz nəqliyyatı müəssisələri Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi daxildir.
Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi,
habelə ticarət dənizçiliyi üzrə beynəlxalq konvensiyalar və müvafiq Nizamnamə
əsasında fəaliyyət göstərən dövlət təskilatıdır. Hüquqi səxs statusuna malik olan
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tabedir.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi bir sıra əsas vəzifələr dasıyır:
- basqa sahibkarlardan icarəyə götürülmüs gəmilər, o cümlədən kirayə edilmis xarici
tonnaj və öz donanması vasitəsilə Azərbaycan Respublikası limanları ilə xarici
52
limanlar arasında, həmçinin xarici limanlar arasında yüklərin və sərnisinlərin
dasınmasının həyata
keçirilməsi;
- əmək kollektivinin sosial məsələlərinin həllinə yönəldilən Azərbaycan
Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmus istehsal, kommersiya və xarici
iqtisadi fəaliyyətin həyata keçirilməsi;
- dəniz səfərləri təhlükəsizliyinin, donanmada qəza hallarının maksimum
azaldılmasının, yüklərin mühafizəsinin və vaxtında yerinə çatdırılmasının, habelə
sərnisinlərin təhlükəsizliyinin və onlara göstərilən mədəni xidmətin səviyyəsinin
yüksəldilməsinin təmin olunması sahəsində tədbirlərin islənib hazırlanması, həyata
keçirilməsi və s. Dəniz nəqliyyatı müəssisələri arasında Azərbaycan Respublikası
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm rol oynayır. Hüquqi səxs statusuna
malik olan bu dövlət müəssisəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinə
tabedir. O, öz fəaliyyətində Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsini,
ticarət dənizçiliyi üzrə beynəlxalq konvensiyaları, həmçinin müvafiq Nizamnaməni
rəhbər tutur.
Dəniz nəqliyyatının məhsula, isə və xidmətə olan ictimai ehtiyaclarının ödənilməsinə
xidmət etmək Ticarət Limanının əsas və baslıca vəzifəsini təskil edir.Qarsıya
qoyulmus digər vəzifələri yerinə yetirmək üçün o, asagıdakı isləri yerinə yetirməyə
borcludur:
- gəmiləri yükləmək və bosaltmaq, onlara xidmət etmək;
- yükləri basqa nəqliyyat vasitələrindən dəniz nəqliyyatına və əksinə yükləmək;
- dəniz nəqliyyatı gəmiləri ilə kabotaj və xarici yük, sərnisin və poçt dasınmasına
xidmət etmək, yedək əməliyyatları aparmaq;
- liman akvatoriyasında gəmilərin üzməsinin təhlükəsizliyini təmin etmək;
- görülən islərə və göstərilən xidmətlərə görə müqavilələr və ya təsdiq olunmus
tariflər əsasında hesablasma aparmaq;
- gəmilərin limana gəlisi və gedisi cədvəlini tərtib etmək və s.
Dəniz qanunvericiliyi dəniz hüququnun əsas və baslıca mənbə növü sayılır.
Dəniz qanunvericiliyinə isə asagıdakılar daxildir: