AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Qarayeva Günel Əyyub qızı
"AZƏRBAYCANIN TRANZİT POTENSİALI VƏ BEYNƏLXALQ TRANZİT
MÖVQEYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ"
Mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060401 - "Dünya İqtisadiyyatı"
İxtisaslaşma: "Beynəlxalq İqtisadi Münasibətlər"
Elmi rəhbər
Magistr proqramının rəhbəri
i.e.d., prof. E.M.Hacızadə
i.e.d., dos. M.R.Cəmilov
______________________
________________________
Kafedra müdiri
i.e.d., prof. Ş.H. Hacıyev
________________________
Bakı-2016
2
MÜNDƏRİCAT
Giriş..............................................................................................................................
5
I Fəsil. Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri.......6
1.1.Ölkələrin geosiyasi və geoiqtisadi mövqeyinin təyinatının elmi-nəzəri əsasları............6
1.2.Dünyanın əsas beynəlxalq nəqliyyat dəhlizləri və onların iqtisadi əhəmiyyəti........ ....17
1.3.Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat koridoru – TRACECA..........................21
1.4.Tranzit daşımalarını tənzimləyən sazişlər və beynəlxalq konvensiyalar.......................32
II Fəsil. Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit potensialının
qiymətləndirilməsi....................................................................................................46
2.1.Azərbaycanın nəqliyyat infrasrukturu kompleksi və texniki-iqtisadi dəyərləndirilməsi
....................................................................................................................................... .46
2.2.Azərbaycanın tranzit potensialı və onun qiymətləndirilməsi......................................58
III Fəsil. Azərbaycanın tranzit potensialının reallaşdırılması: Beynəlxalq
nəqliyyat dəhlizləri sistemində əməkdaşlıq və rəqabət...................................... 62
3.1.Müasir Böyük İpək Yolu konsepsiyası: Avropa-Asiya nəqliyyat əlaqələrinin
genişləndirilməsində Bakı-Tibilis Qars yeni dəmir yolu xətti layihəsinin əhəmiyyəti........62
3.2.‖Şimal-Cənub‖ Beynəlxalq nəqliyyat dəhlizi və ondan istifadinin genişləndirilməsində
Azərbaycanın iqtisadi mənfəətləri.................................................................................... 74
3.3.Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının
artırılması perspektivləri................................................................................................... 81
Nəticə və təkliflər......................................................................................................88
İstifadə olunmuş ədabiyyat siyahısı...................................................................... 94
Summary...................................................................................................................95
Резюме…………………………………………………………………………....96
3
Bizim məqsədimiz “Azərbaycanı regionun ən vacib tranzit
ölkəsinə çevirməkdir. Azərbaycan xalqı naminə, bizdən sonra gələcək
nəslin naminə əlimizdən gələni əsirgəməməliyik”.
İlham Əliyev
GİRİŞ
Mövzunun aktuallığı - XX əsrdə dünya iqtisadiyyatının dinamik inkişafında
nəqliyyat sektoru sürətlə inkişaf etmiş,əhəmiyyətli infrastruktur kimi formalaşmış və
bütövlükdə iqtisadiyyatın ən aktual mövzusuna çevirilmişdir.Qloballaşan dünyanın
ən dinamik strukturlarından olan nəqliyyat sektoru müstəqilliyin qorunmasının əsas
faktoru kimi götürülür və inteqrasiya proseslərinin inkişafında böyük rol oynayır.
"Azərbaycanıntranzit potensialı və beynəlxalq tranzit mövqeyinin qiymətləndirilməsi"
mövzusunda dissertasiya işində , müasir dövrdə ölkələrin tranzit potensialının
geosiyasi və geoiqtisadi aspektləri,milli iqtisadiyyatın əsas sahələrindən olan
nəqliyyat infrastrukturunun texniki-iqtisadi dəyərləndirilməsi və tranzit potensialının
beynəlxalq mövqeyinin qiymətləndirilməsi ,Azərbaycanın tranzit potensialının
beynəlxalq nəqliyyat dəhlizləri sistemində əməkdaşlığın və rəqabətin reallaşdırılması
və beynəlxalq nəqliyyat layihələrin həyata keçirilməsi istiqamətində iqtisadi
mənfəətləri və gələcək perspektivlərinin tədqiqi mühüm əhəmiyyət kəsb edir. Bütün
bunlar dissertasiya mövzusunun aktuallığını müəyyənləşdirmiş və tranzit
potensialından düzgün istifadəsi üçün qarşısına mühüm tələblər qoymuşdur.
Son zamanlar dünya iqtisadiyyatında baş verən devalivasiya və neftin qiymətindəki
kəskin düşmələr dünya ölkələrinin iqtisadiyyatına ciddi zərbə vurmaqdadır.Xüsusilə
gəliri neftdən asılı olan ölkələr ciddi problemlərlə qarşılaşmaqdadır.Bundan başqa
mövzunun hal hazırdakı aktuallığına uyun olaraq demək olar ki,Müstəqil Azərbaycan
Respublikasının sahib olduğu transit potensialı və ondan istifadəsinin ugurlu siyasəti
nəticəsində inkişafının artması ölkənin qeyri-neft sektoru sahəsinin inkişafına təkan
verir.Buna səbəb Azərbaycanın SİMAL-CƏNUB və ŞƏRQ-QƏRB beynəlxalq