22
kəsisməsində yerləsən Azərbaycan hər növ nəqliyyat dasımaları üçün əhəmiyyətli
strateji mərkəzdir. Respublikamız çox qütblü nəqliyyat-kommunikasiya səbəkəsi
formalasdırmaqla, özünün geosiyasi mövqelərini daha da gücləndirir
.
1 .3.Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat koridoru - TRACECA
Qafqaz regionu dünyada strateji, geoiqtisadi, geosiyasi movqeyinə görə əhəmiyyətli
rola malikdir. Bu region Qərblə Şərq, Cənubla Şimal arasında körpü rolunu oynayır.
Lakin bununla belə regionda mövcud olan separatçı münaqişə ocaqları həm region
dövlətləri, həm də regionla əlaqədə olan dünya ölkələri üçün ciddi təhlükə yaradır,
davamlı sülhə, milli təhlükəsizliyə, xalqlar və dövlətlər arasında sosial-iqtisadi və
mədəni inteqrasiyaya maneçilik törədir. Bütün bu problemləri həll etmək üçün bu
regionda yerləşən ölkələrin öz aralarında eləcə də dünya ölkələri ilə qarşılıqlı
əməkdaşlığı məqsədəuyğundur.
Hal-hazırda reallaşmaqda olan bir sıra beynəlxalq layihələr region ölkələri ilə
Şərq və Qərb ölkələri arasında əməkdaşlığa, böyük gələcəyi olan perspektivlərlə
hesablanmışdır. Belə ki, böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizinin – TRASEKA proqramının həyata keçirilməsi, Xəzərin enerji
ehtiyyatlarından birgə istifadəyə dair ―Əsrin müqaviləsi (24 sentyabr 1994) ünvanı
almış neft kontraktlarının ―Bakı-Tbilisi-Ceyhan‖ əsas ixrac neft kəməri, ―Bakı-
Tbilisi-Ərzurum‖ qaz kəməri layihələrinin əsas məqsədi Qafqazın, o cümlədən
Azərbaycanın milli təhlükəsizliyinin qorunması və regionda sülhün, sabitliyin
möhkəmlənməsinə nail olmaq və iqtisadi inteqrasiya proseslərində daha fəal iştirak
etməkdən ibarətdir. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası
ölkənin iqtisadi inkişafında həlledici rol oynayır. Bu istiqamətdə atılmış ilk addım
1993-cü ilin mayında Brüsseldə Avropa İttifaqı ilə Cənubi Qafqaz və Mərkəzi
Asiya ölkələrinin nəqliyyat nazirləri arasında keçirilmiş görüş idi. Bu görüşdə
23
Avropa-Asiya nəqliyyat dəhli-zinin yaradılması üçün TRASEKA proqramının
təklif edildi. Qeyd etmək lazımdır ki, TRASEKA proqramında 35 ölkənin iştirak
etməsi iştirakçı ölkələrin inteqrasiya proseslərində böyük əhəmiyyət kəsb edir. Bu
proqramın keçid dövrü şəraitində respublika üçün əhəmiyyətini göstərməklə, qeyd
etməkdır ki, resbublikaya göstərilən bütün texniki yardımların və köməyin əsas
hissəsi TASİS xətti ilə həyata keçirilmişdir və bu proqram Aİ-nin Şərqi Avropa,
Qafqaz və Orta Asiya ölkələri ilə iqtisadi və siyasi əlaqələrinin ardıcıl inkişaf
etdirilməsi üçün təmənnasız maliyyələşdirmə yolu ilə reallaşdırılmışdır.
TRASEKA proqramı üzv ölkələrin siyasi və iqtisadi müstəqilliyini onların Avropa və
dünya bazarlarına alternativ nəqliyyat marşrutları vasitəsilə çıxmaq imkanlarını
genişləndirmək yolu ilə dəstəkləyir. Bu proqram regional əməkdaşlığın
genişlənməsinə kömək edir, beynəlxalq maliyyə qurumlarının və özəl
sərmayədarların yardımını təşiq edir. TRASEKA poqramının əsas məqsədi müasir
nəqliyyat sistemi, infrastrukturlar və daşınma sistemləri yaradılmasıdan, bu sistemləri
Transavropa şəbəkələri ilə birləşdirməkdən ibarədir. Bu proqram Avropa İttifaqı
komissiyasının fəal köməyi sayəsində üzv ölkələrdə kommunikasiya obyektlərinin
modernləşdirilməsini və tikintisini, müvafiq qanunvericilik aktlarının hazırlanmasını,
gömrük və tarif siya- sətlərinin təkmilləşdirilməsini, kadrlarin hazırlanmasını nəzərdə
tutur.TRASEKA-nın qəbul edilməsindən keçən dövr ərzində sadaladığımız
istiqamətlərdə bir sıra işlər görülmüş və proqram Aİ-nin ən müvəffəqiyyətli
proqramlarından birinə çevrilmişdir. Bu müvəffəqiyyət həyata keçirilən konkret
investisiya və texniki yardım layihələrində üz əksini tapır. Hazırda bu proqramın
çərçivəsində 20-dən artıq layihə həyata keçirilir. Bunlara kadrların təlimi, nəqliyyat
qanunvericiliyin hazırlanması, avtomobil yollarının yaxşılaşdırılması, regional
hərəkətin proqnozlaşdırılması, multimodal nəqliyyat sistemləri və s. aiddir.
Belə ki, TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər
ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra
tədbirlər görülmüş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin
bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman
24
qurğularının təmiri üzrə müəyyən işlər görülmüşdür.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi TRASEKA Proqramının
məqsədlərinin reallaşdırılmasını yaxından izləyir və bu prosesdə fəal iştirak
etməkdədir. XİN-in bu sahədə fəaliyyəti iki istiqamətdə həyata keçirilir:
Əsas Çoxtərəfli Sazişin Depozitoru funksiya- larını yerinə yetirərək Xarici İşlər
Nazirliyi Üzv- Dövlətlərlə Sazişin işi ilə bağlı yazışma aparır, iştirakçıları Sazişə
aidiyyatı olan sənədlər, məlumatlar və bildirişlər haqqında xəbərdar edir;
Azərbaycan Respublikasının Diplomatik Xidmət haqqında Qanununa uyğun olaraq,
ölkəmizi digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil etmə
funksiyasını həyata keçirən Xarici İşlər Nazirliyi tərəfindən TRASEKA Proq-
ramının inkişaf etdirilməsi ilə bağlı məsələlər xarici siyasətin prioritet
istiqamətlərindən biri kimi əsas tutulur, aparılan görüşlər və danışıqlar zamanı,
ikitərəfli əlaqələr səviyyəsində və beynəlxalq təşkilatlar çərçivəsində TRASEKA-
nın maraqlarının müdafiə edilməsi istiqamətində iş aparılır, Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizinin fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş təkliflər irəli
sürülür.
Azərbaycan Respublikasında və Əsas Çoxtərəfli Sazişin başqa Üzv-Dövlətlərində
TRASEKA nəqliyyat dəhlizinin cəlbediciliyinin artırılması istiqamətində son illər
ərzində görülən işlərin nəticəsində gözə çarpan nailiyyətlər əldə edilmiş, marşrut
üzrə yük daşımalarının həcmi xeyli artmışdır.
TRASEKA proqraminin səmərəliliyinin artırılmasında Azərbaycan, Gürcüstan,
Türkmənistan və Özbəkistan arasında tranzit daşımalarinin tənzimlənməsi haqqında
1996-cı ilin may ayında imzalanmış ―Sərəxs sazişi‖ mühüm rol oynayır. Bu sazişin
nəticəsində həm Transqafqaz dəhlizi vasitəsilə Avropa və Asiya arasında mal
mübadiləsinin həcmi əhəmiyyətli dərəcədə artmışdır.
TASİS proqramı çərçivəsində hazırlanan layihələr əsasən struktur islahatlarına,
dövlət idarəetmə sistemimim təkmilləşdirilməsinə, kiçik və orta sahibkarlığın
kreditləşdirilməsinə, infrastrukturun inkişafına və idarəetmənin yaxşılaşdırılma-
sına, telekommunikasiya sahələrinə, kənd təsərrüfatının kreditləşdirilməsinə
Dostları ilə paylaş: |