On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə57/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

 
113 
Şüreyh  ibni  Hani  ayağa  qalxıb  Əmr  Asın  kəlləsinə  bir  qamçı  vurdu.  Əmr 
Asın  oğlu  da  atasının  köməyinə  gəlib  Şüreyhə  bir  qamçı  vurdu.  Nəhayət 
camaat  onları  ayırdı.  (Şüreyh  ibni  Hani  sonralar  deyirdi:  "Çox  peşmanam! 
Nə üçün qamçı yerinə onun başına qılınc endirmədim!)
1
 
Ibni Abbas:–Allah Əbu Musanın üzünü qara eləsin! Mən onu Əmr Asın 
hiyləsindən agah etmişdim, amma o buna məhəl qoymadı. 
Əbu  Musa:–Düz  deyir.  Ibni  Abbas  mənə  bu  fasiqin  hiyləsi  barədə 
xəbərdarlıq  vermişdi,  lakin  mən  ona  (Əmr  Asa)  arxayın  oldum.  Heç  vaxt 
fikrimə gəlməzdi ki, o mənə xeyirxahlıqdan başqa bir şey desin. 
Səid  ibni  Qeys  hər  iki  qaziyə  dedi:–Nəinki  zəlalətdə  fikir  birliyinə 
çatmağınız, heç düzgün bir fikrə gəlməyiniz belə, bizim üçün fərq etməzdi! 
Sizin rəyinizi icra etmək bizim üçün vacib deyildir. Bu günkü vəziyyətimiz 
elə əvvəlki kimidir; qiyamçılarla müharibəni davam etdirəcəyik!
2
 
Bu hadisələrdə hamıdan çox Əbu Musa və Əşəs ibni Qeys (həkəmiyyət 
səhnəsinin oyunçuları) məzəmmət olundu. Əbu Musa hey Əmr Ası söyürdü, 
lakin  Əşəsin  dili  tutulmuşdu  və  heç  nə  demirdi.  Axırda  Əmr  Asla 
Müaviyənin  havadarları  şələ-şülələrini  yığışdırıb  Şama  yola  düşdülər, 
hadisəni  ətraflı  şəkildə  Müaviyəyə  dedilər  və  ona,  müsəlmanların  xəlifəsi 
ünvanı  ilə  salam  verdilər.  Ibni  Abbas  və  Şüreyh  ibni  Hani  də  Kufəyə 
qayıdaraq  hadisəni  nəql  etdilər.  Əbu  Musa  da  yol  verdiyi  xətaya  görə 
qorxudan qaçıb Məkkəyə sığındı.
3
 
Nəhayət Siffeyn müharibəsi və həkəmiyyət hadisəsi 45 min nəfər (başqa 
bir rəvayətə görə 90 min) nəfər şamlının və 20-25 min iraqlının öldürülməsi 
ilə  38-ci  ilin  şəban  ayında  sona  çatdı.
4
  Bu  hadisə  Əmirəl-möminin  (ə)-ın 
hökuməti  və  islam  xilafəti  üçün  çoxlu  çətinliklər  yaratdı  ki,  bunların  çoxu 
hal-hazırda da davam etməkdədir.
5
 
İYİRMİ İKİNCİ FƏSİL 
NƏHRƏVAN  MÜHARIBƏSI,  YAXUD  QURANLARIN 
NIZƏYƏ  VURULMASI  SIYASƏTININ  ÖZ  ARDINCA 
GƏTIRDIYI XOŞAGƏLMƏZ NƏTICƏLƏR 
Müaviyə və onun "ayrılmış əqli" olan Əmr Asın namərdcəsinə və alçaq 
siyasətləri  çox  acı  nəticələr  verdi.  Bu  siyasəti  tökən  elə  ilk  gündən  onun 
dəhşətli nəticəsini bilirdi və həkəmiyyətdə qələbə çalacağına tam  əmin idi. 
Bu siyasəti qiymətləndirməkdə yalnız bunu bilmək kifayətdir ki, məhz onun 
sayəsində  düşmən  öz  qədim  arzularına  çataraq  bəzi  nəticələr  əldə  etdi  ki, 
                                              
1
  "Vəqətu-Siffeyn",  səh.546;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.168;  "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.40 
2
 "Vəqətu-Siffeyn", səh.547 
3
  "Əl-imamətu  vəs-siyasət,  1-ci  cild,  səh.118;  "Təcaribus-sələf",  səh.49;  "Kamil" 
(Ibni Əsir), 3-cü cild, səh.168; "Əl-əxbarüt-tival", səh.200 
4
 "Murucuz-zəhəb", 2-ci cild, səh.404 
5
 "Murucuz-zəhəb", 2-ci cild, səh.406; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.40 
(Təbəri bunu Vaqididən nəql etmişdir); "Təcaribus-sələf", səh.50 


 
114 
onlardan bir neçəsini qeyd etmək olar: 
1-Müaviyənin  Şama  hakimliyi  təsbit  olundu  və  o  əyalətin  ətraf 
məntəqələrindəki  bütün  valilər  ona  itaət  etməyi  səmimi-qəlbdən  qəbul 
etdilər,  bəzi  səbəblərə  görə  Əli  (ə)-a  azacıq  meyilli  olanlar  da  ondan 
tamamilə ayrılıb Müaviyəyə qoşuldular. 
2-Imam  qələbənin  bir  addımlığında  ola-ola  qələbədən  kilometrlərlə 
uzaqlaşdı  və  onu  yenidən  qazanmaq  o  qədər  də  asan  deyildi.  Çünki,  o 
həzrətin  ordusunda  cihad  ruhiyyəsi  tamamilə  sönmüşdü,  onlarda  əvvəlki 
kimi cihada qarşı şövq və şəhadət arzusundan heç bir əsər-əlamət yox idi. 
3-Müaviyənin süqut etməkdə olan ordusu yenidən təşəkkül taparaq, necə 
deyərlər,  "ikinci  nəfəs"  əldə  etdi  və  Iraq  əhalisinin  ruhiyyəsini  zəiflətmək 
üçün  kütləvi  şəkildə  qarətçiliyə,  soyğunçuluğa  başladı  ki,  bununla  da 
məntəqənin  təhlükəsizliyini  aradan  aparıb  mərkəzi  hökuməti  ölkə 
təhlükəsizliyini təmin etməyə qadir olmamaqda müttəhim etsin. 
4-Hər  şeydən  də  pisi  Iraq  ordusunda  ikitirəliyin  yaranması  idi:  bəziləri 
həkəmiyyəti qəbul  etdi,  bəziləri isə onu küfr və  günah hesab  edərək  Imam 
(ə)-ın tövbə etməsinin vacib olduğunu, əks halda ona itaət etməkdən boyun 
qaçırıb  onunla–Müaviyəyə  qarşı  olduğu  kimi–mübarizəyə  qalxacaqlarını 
dedilər. 
5-Məhz  bu  tərzi-təfəkkür  sayəsində  Imam  (ə)  Kufəyə  gələndən  sonra, 
həkəmiyyətlə  müxalif  olanlar  (o  dövrün  hökumətinin  müxalifləri  kimi)  bu 
şəhəri  tərk  edərək  Kufədən  iki  mil  məsafədə  bir  yerə  yığışdılar.  (Halbuki 
əvvəldə özləri  həkəmiyyətin tərəfdarı idilər və  Imam  (ə) da onların təzyiqi 
altında,  həmçinin  öz  batini  əqidə  və  meylinin  əksinə  olaraq  ona  rəy 
vermişdi.) 
Hələ  Siffeyn  müharibəsinin  ağır  yaraları  sağalmamış  "Nəhrəvan"  adlı 
digər bir fitnəli müharibə başladı. Bu qrupun zahirdə darmadağın edilməsinə 
baxmayaraq,  onun  tör-töküntüləri  ara-sıra  qiyamlara  əl  atırdılar.  Bu 
təhriklərin  nəticəsində  40-cı  ilin  Ramazan  ayının  19-cu  gecəsində  Əli  (ə) 
xəvaricin  hiyləsinin  qurbanı  oldu  və  ibadət  mehrabında  şəhid  edildi. 
Beləliklə, Imam (ə) öz xilafəti dövründə üç böyük və dəhşətli müharibə ilə 
qarşılaşdı. 
Birinci müharibədə əks-tərəf Təlhə və Zübeyr kimi əhd-peyman pozanlar 
idi. Onlar Ümmül-möminin  Ayişənin  heysiyyətini  (və əslində Peyğəmbərin 
heysiyyətini) oyun-oyuncağa çevirərək qanlı bir müharibə törətdilər, axırda 
da  darmadağın  edildilər.  Ikinci  müharibədə  əks-tərəf  Müaviyə  idi.  O  da 
Osmanın  intiqamını  almağı  bəhanə  edərək  Imam  (ə)-ın  itaətindən  çıxdı  və 
mühacirlə ənsarın seçdiyi mərkəzi hökumətə qarşı qiyam edərək haqq-ədalət 
yolundan  azdı.  Üçüncü  müharibədə  əks-tərəf  Imam  (ə)-ın  qədim  dostları 
idilər.  Belə  ki,  onların  alınları  çoxlu  ibadət  etməkdən  qabar  bağlamışdı, 
Quran tilavəti səsləri hər yerə yayılırdı. Bu qrupla aparılan müharibə əvvəlki 
iki  müharibədən  qat-qat  çətin  idi.  Lakin  Imam  (ə)  aylarla  səbir  etdikdən, 
çıxış edib müzakirə üçün tanınmış şəxsiyyətləri göndərdikdən sonra onların 
islah olunmalarından ümidini tamamilə kəsdi və onlarla müharibəyə başladı, 
o həzrətin öz ifadəsi ilə desək, "Fitnənin gözünü hədəqədən çıxartdı." 
Müqəddəslik  donu  geyən  bu  insanlarla  müharibə  etmək  qüdrəti  Imam 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə