On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə59/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

 
117 
ki, külək onun üstünə torpaq tökür. 
Zərqət:–Qoy belə olsun! 
Əli (ə):–Şeytan sizin ikinizi də yoldan azdırmışdır! 
Hərqusun  həm  Peyğəmbər  (s)-lə,  həm  də  Əli  (ə)-la  olan  həyasızcasına 
mübahisələri onu adi bir müsəlman hesab etdiyimiz vaxt gözlənilməz olardı. 
Halbuki islam müfəssirlərinin fikrincə, o, münafiq idi və "Tövbə" surəsinin 
58-ci  ayəsi  onun  barəsində  nazil  olmuşdur:  "Münafiqlərdən  bəziləri 
qənimətin  bölüşdürülməsində  sənə  irad  tuturlar.  Əgər  onlara  bir  pay 
verilsə, razı olar, əgər məhrum olsalar, gözlənilmədən qəzəblənərlər."
1
 
XƏVARICIN DIGƏR BAŞÇILARI 
Xəvaricin başçılarından biri də Zussədyədir. Rical kitablarında onun adı 
Nafe qeyd olunur. Hədisçilərin çoxu belə təsəvvür ediblər ki, Zul-Xüveysirə 
adı  ilə  məşhur  olan  Hərqus  elə  Zussədyədir.  Amma  Şəhristani  özünün 
"Miləl  və  nihəl"  kitabında  (1-ci  cild,  səh.116)  bunun  əksini  deyərək  yazır: 
Onların  hər  ikisinin  Peyğəmbər  (s)-ə  etirazı  eyni  şəkildə  idi,  hər  ikisi 
Peyğəmbər  (s)-ə  "ədalətli  ol"  demiş,  həzrət  də  hər  ikisinə  eyni  cavab 
vermişdi.
2
 
Buna  görə  də  çoxları  bu  iki  adın  bir  adamın  adı  olduğunu  təsəvvür 
etmişdir.  Amma  Zussədyənin  tarixdə  gələn  və  Peyğəmbər  (s)-in  dilindən 
olan  vəsfi  Zul-Xüvəysirədə  olduğu  kimi  deyildir.  Ibni  Kəsir  mariqinlər 
barəsində  olan  rəvayətləri  toplayaraq  qeyd  etmişdir  ki,  Peyğəmbər  (s) 
buyurmuşdur: "Bir dəstə, kamandan atılan ox kimi dindən çıxacaq və bir 
daha  ona  qayıtmayacaqlar.  Əlamətləri  də  budur  ki,  onların  arasında 
qarayanız,  əli  naqis  olan  bir  kişi  vardır.  Onun  əlinin  axırında  arvad 
döşünə oxşar uzanıb-yığılan ət parçası vardır."
3
 
Nəhrəvan müharibəsi qurtardıqdan sonra Imam (ə) əmr verdi ki, ölülərin 
içindən  Zussədyənin  cəsədini  tapıb  onun  əlinin  necə  olduğunu  yoxlasınlar. 
Onun cəsədini tapıb gətirdilər, əli eynilə Peyğəmbər (s)-in buyurduğu kimi 
idi. 
XƏVARIC ARASINDA ƏQIDƏ MƏKTƏBLƏRI 
Xəvaric əvvəldə həkəmiyyət üstündə Imam (ə)-la müxalifətə qalxdılar və 
onu Quranın əksinə təsəvvür etdilər. Bu işin başqa bir səbəbi yox idi, lakin 
zamanın keçməsi ilə bu cərəyan əqidəvi bir məktəb şəklinə düşüb şaxələndi, 
"mühəkkimə"dən  savayı  yaranan  başqa  məktəblər,  o  cümlədən,  Əzariqə, 
Nəcdat,  Beyhəsiyyə,  Ücaridə,  Süalibə,  Əbaziyyə,  Səfriyyə  aradan  getdi, 
onlardan Əbaziyyə firqəsi (bunlar Əbdüllah ibni Əbazın ardıcılları idilər və 
Bəni-Mərvan dövlətinin axırlarında qiyam etmişdilər) mötədil olan xəvaric 
hesab olunurdu. Hal-hazırda  yalnız bu firqə qalmaqdadır. Onlar Əmmanda, 
Fars  körfəzində  və  Əlcəzairdə  yayılmışlar.  Xəvaricin  tarixi  Nəhrəvan 
                                              
1
 "Məcməul-bəyan", 3-cü cild, səh.40 
2
 "Kamil" (Mübərrəd), 3-cü cild, səh.919 (Hələb çapı) 
3
 "Əssiyrə" (Ibni Hişam), 2-ci cild, səh.496 


 
118 
hadisəsindən  başqa  yerlərdə  də  islam  tarixçilərinin  diqqət  mərkəzində 
olmuşdur.  Bu  barədə  Təbəri  özünün  "Tarix"ində,  Mübərrəd  "Kamil"də, 
Bilazəri  "Əl-isabə"də  və  s.  xəvaricə  aid  olan  hadisələri  toplamışlar.  Son 
zamanın  tarixçiləri  arasında–istər  islami  olsun,  istərsə  də  qeyri-islami–bu 
barədə çoxlu təhlil kitabları yazılmışdır, o cümlədən: 
1-"Müləxxəsu-tarixi xəvaric"; Müəllif: Məhəmməd Şərif Səlim (1342-ci 
ildə Qahirədə çap olunmuşdur). 
2-"Əl-Xəvaricu  fil-islam";  Müəllif:  Ömər  Əbünnəsr  (1949-cu  ildə 
Beyrutda çap olunmuşdur.) 
3-"Vəqətü Nəhrəvan"; Müəllif: Xətib Haşimi (1372-ci ildə Tehranda çap 
olunmuşdur.) 
4-"Əl-Xəvaricu  fi  əsril-əməvi",  Müəllif:  Doktor  Nəyyif  Məhmud  (Bu 
kitab Beyrutda iki dəfə çap olunmuşdur.) 
(Şərqşünaslardan  da  bəziləri  bu  mövzuya  diqqət  yetirmiş,  bu  barədə 
kitablar yazmışlar, o cümlədən:) 
5-Müəllif:  Alman  şərqşünası  Füluzenin  yazdığı  "Əl-Xəvaric  vəş-şiə" 
kitabı  (1902-ci  ildə  alman  dilində  yazılmışdır,  Əbdürrəhman  Bədəvi  onu 
ərəb dilinə tərcümə etmişdir.) 
6-Zəhir  Qılmavinin  1930-1940-cı  illərdə  dissertasiya  müdafiəsi 
məqsədilə  yazdığı  "Ədəbul-xəvaric"  kitabı.  (Bu  kitab  1940-cı  ildə  nəşr 
olunmuşdur.) Müəllif bu kitabda xəvaric şairlərindən olan Imran ibni Hiytan 
barəsində  söz  açmış  və  xəvaricin  tarixindəki  hadisələri  təhlil  edərkən  əsil 
islami mənbələrə müraciət etmişdir. Həmçinin, bu mövzunu islam tarixinin 
təhlilində olan xas bir üslub ilə izləmişdir. 
XƏVARICIN RÜSVAYÇI NÜMAYIŞI 
"Xəvaric"  kəlməsi  kəlam  elmində  və  tarixdə  çox  işlənən  sözlərdəndir. 
Ərəb dilində hökumətlərə qarşı qiyam edən, dövrün hökumətinə qarşı çıxıb 
onu qanuni bilməyənlərə xəvaric deyirlər. Amma kəlam və tarix alimlərinin 
terminologiyasında bu kəlmə Əli (ə) qoşununda azlıq təşkil edən, Əbu Musa 
və  Əmr  Asın  həkəmiyyətini  qəbul  qəbul  etdiyinə  görə  Imam  (ə)-dan 
ayrılanlara  deyilir.  Bu  şəxslər  "la  hukmə  illa  lillah"  sözünü  öz  şüarları 
seçmişdilər. Məhz bu şüara görə miləl və nihəl (dinlərdən və məzhəblərdən 
bəhs edən) elmində onları "mühəkkimə" adlandırırlar. 
Imam (ə) qəbul etdirilən müqavilədən sonra döyüş meydanını tərk edib 
Kufəyə  qayıtmaq  və  Əbu  Musa  ilə  Əmr  Asın  qəzavətinin  nəticəsini 
gözləməyi  məsləhət  gördü.  O  həzrət  Kufəyə  daxil  olanda  öz  ordusunda 
parçalanma  ilə  qarşılaşdı.  Sayı  on  iki  min  nəfərə  çatan  bir  qoşun  bölməsi 
Kufəyə daxil olmaqdan imtina etdilər və həkəmiyyətə etiraz əlaməti olaraq 
bəziləri  Hərura  adlı  bir  kəndə  getdilər,  bəziləri  isə  Nüxeylə  düşərgəsində 
məskən saldılar. 
Xəvaric  həkəmiyyəti  bir  növ  "Osmanın  qanlı  köynəyi"  kimi  əldə  əsas 
tutaraq  onun  Imam  (ə)-ın  üzünə  çəkirdilər.  Halbuki  elə  onların  özləri 
"Quranlar nizə başına vurulan gün"də həkəmiyyəti qəbul etmək üçün Imam 
(ə)-ı  təzyiqə  məruz  qoydular,  hətta  onu  ölümlə  belə,  təhdid  etdilər.  Amma 
çox keçmədən bəhanə axtarmaq və iğtişaş salmaq niyyəti ilə öz fikirlərindən 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə