On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə61/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

 
121 
Ibni Kəvva da bu ayəni tilavət etməklə tam həyasızlıqla Peyğəmbər (s)-
dən sonrakı ilk mömini müşrik hesab edərək deyirdi ki, o, Allahdan qeyrisini 
hökmdə  şərik  qərar  vermişdir!  Biz  sonralar  "ilahi  hakimiyyət"  barəsində 
ətraflı şəkildə söhbət edəcəyik. 
3-"La hukmə illa lillah" şüarının verilməsi. 
Xəvaric  öz  mövcudiyyətini  elan  etmək  və  Imam  (ə)-ın  hökuməti  ilə 
müxalifətçiliyini  bildirmək  üçün  dəfələrlə  həm  məsciddə,  həm  də  kənarda 
bu şüarı verirdilər. Qurandan götürülən bu şüar bir neçə ayədə gəlmişdir:  
1)  "Hökm  yalnız  Allaha  məxsusdur.  O,  haqqa  əmr  edir  və  O,  qəzavət 
edənlərin ən yaxşısıdır."
1
 
2) "Agah ol ki, hökm yalnız Ona məxsusdur və O, hesab çəkənlərin ən 
sürətlisidir."
2
  
3) "Hökm yalnız Allaha məxsusdur. Əmr etmişdir ki, Ondan qeyrisinə 
ibadət etməyəsiniz."
3
  
4)  "Hökm  yalnız  Allaha  məxsusdur.  Ona  təvəkkül  etmişəm,  təvəkkül 
edənlər də yalnız Ona təvəkkül etməlidirlər."  
5)  "Həmd  və  sitayiş  dünya  və  axirətdə  yalnız  Ona  məxsusdur,  hökm 
Onunkudur və Ona tərəf qayıdacaqsınız."
4
 
6) "Əgər Ona iman gətirsəniz, (bilin ki,) hökm böyük və əzəmətli olan 
Allaha məxsusdur." 
Bu ayələrdən "hökm"ün yalnız Allaha məxsus olduğu, Ondan qeyrisinə 
aid etməyin isə şirk hesab olunması düşünülür. Amma başqa bir ayədə qeyd 
edilir  ki,  "Biz  Bəni-Israilə  kitab,  hökm  və  nübüvvət  verdik."
5
  Digər  bir 
ayədə  Allah-Taala  Peyğəmbərə  əmr  edir  ki,  haqq  əsasında  hökm  etsin: 
"Onların  arasında,  Allahın  nazil  etdiyi  hökm  əsasında  qəzavət  et  və 
onların  həvayi-nəfslərinə  tabe  olma."  Başqa  bir  yerdə  Allah-Taala  həzrət 
Davuda əmr etmişdir ki, camaatın arasında haqq ilə hökm (qəzavət) etsin. 
Çox  acınacaqlı  və  kədərləndirici  haldır  ki,  Imam  (ə)  bir  ovuc  cahil  və 
nadanların  arasına  düşmüşdü.  Onlar  ayələrin  zahiri  mənalarına  əsaslanaraq 
hay-küy qoparır, camaatı yoldan azdırırdılar. Xəvaric əsas etibarı ilə Quran 
qariləri  və  Quran  hafizləri  idi.  Lakin  Peyğəmbər  (s)-in  buyurduğu  kimi 
"Quran  onların  sinə  və  boğazlarından  uzağa  getmir,  onların  ruhlarına 
hopmurdu."  Onlar  Imam  (ə)  kimi  həqiqi  Quran  təfsirçilərinin,  yaxud  da  o 
həzrətin tərbiyə  etdiyi  şagirdlərin  yanına  gedib  ilahi  ayələrin düzgün məna 
və  məfhumlarını  öyrənmək,  hansı  mənada  olan  hökmün  yalnız  Allaha 
məxsus olduğunu bilmək istəmirdilər.  
Qeyd etdiyimiz kimi, hökmün çoxlu mənaları var ki, onları qısa şəkildə 
qeyd edirik: 
1-Yaradılış  aləmində  tədbir,  eləcə  də  ilahi  istəyin,  məşiyyətin  nüfuzlu 
                                              
1
 "Ənam" surəsi,, 57 
2
 "Ənam" surəsi,, 64 
3
 "Yusif" surəsi,, 40 
4
 "Qəsəs" surəsi,, 70 
5
 "Casiyə" surəsi,, 16 


 
122 
olması;
1
 
2-Şəriət və qanun qoyma;
2
 
3-Cəmiyyətə  haqq  olan  bir  üsul  surətində  hakimiyyət  edib  onlara  istila 
tapmaq.
3
 
4-Camaatın ixtilaflı məsələlərində ilahi qanun əsasında qəzavət etmək.
4
 
5-Bir ilahi əmanətdar kimi cəmiyyətə rəhbərlik etmək.
5
 
Deməli,  "hökm"  sözünün  müxtəlif  mənaları,  daha  doğrusu,  müxtəlif 
işlənmə  yerləri  vardır.  Belə  isə,  bir  ayənin  sadəcə  zahiri  mənasına  istinad 
edərək Siffeyndə həkəmeynə müraciət  etməyi ayə ilə müxalif hesab  etmək 
olarmı?!  Əvvəlcə  hansı  hökmün  yalnız  Allaha  məxsus  olmasını,  sonra  isə 
Imam (ə)-ın əməlini araşdırıb onu Quranla müqayisə etmək lazımdır. Imam 
(ə)  yerindəcə  özünün  məxsus  səbir  və  hövsələsi  ilə  bəzi  dəlillər  gətirərək 
ayələrin həqiqi məna və məqsədlərini onlara başa salırdı. Lakin bütün ilahi 
peyğəmbərlər və dünya islahatçıları inadkarlıq və  nadanlıq dərdini müalicə 
etməkdə  aciz  qalmışlar.  Biz  qeyd  olunan  ayələrin  məfhumlarını  təhlil 
etməzdən  öncə,  xəvaricin  inadkarlıqları  və  öz  başınaçılıqları  yaxşıca 
aydınlaşsın deyə, onların bəzi kəskin rəftarlarını nəql edirik. 
IMAM (Ə)-IN ALICƏNABLIĞI 
Əli (ə)-ın  yerinə hər bir  qüdrət  sahibi olsaydı,  ölkə başçısını  müşrik  və 
kafir  adlandıran  bu  ədəbsizləri  tənbeh  edərdi.  Lakin  Imam  (ə)  qüdrət 
sahiblərinin  əksəriyyətinin  əksinə  olaraq  onlara  tam  açıqürəklilik  göstərir, 
onlarla alicənablıqla davranırdı. Bir gün Imam (ə) xitabə kürsüsündə oturub 
camaata  nəsihət  edirdi.  Birdən  xəvaricdən  olan  bir  nəfər  məscidin 
küncündən  fəryad  çəkib  dedi:–"La  hukmə  illa  lillah!"  Onun  sözü 
qurtaranda başqa birisi durub həmin şüarı təkrar elədi, sonra bir dəstə adam 
qalxıb  xorla  həmin  şüarı  təkrar  etdilər.  Imam  (ə)  onlara  cavab  verərək 
buyurdu:–Zahirdə  haqq  sözdür,  amma  onlar  batili  nəzərdə  tuturlar  (Sonra 
buyurdu:)  Bizimlə  olduğunuz  vaxta  qədər  sizə  üç  hüquq  verilir  (nalayiq 
hərəkətləriniz bu hüquqları almağınıza mane olmayacaqdır):  
1-Sizin namaz qılmaq üçün məscidə gəlməyinizə maneçilik törətmirik. 
2-Bizimlə  əlbir  olduğunuz  (və  düşmənlərə  qoşulmadığınız)  vaxta  qədər 
sizi beytül-maldan məhrum etmirik. 
3-Nə qədər ki, müharibəyə başlamamısınız, sizinlə vuruşmayacağıq.
6
 
Başqa  bir  gün  Imam  (ə)  məsciddə  nəsihət  etməyə  məşğul  ikən, 
xəvaricdən bir nəfər şüar verdi və camaatın diqqətini özünə cəlb etdi. Imam 
(ə) buyurdu:–Haqq sözdür, lakin batil  məqsədlə deyilir. (Sonra əlavə etdi:) 
Əgər  sükut  etsələr,  onlarla  başqaları  kimi  rəftar  edəcəyik,  yox  əgər  yenə 
danışsalar, cavablarını verəcəyik. Əgər qiyam etsələr, onlarla vuruşacağıq. 
                                              
1
 "Yusif" surəsi,, 67 
2
 "Ənam" surəsi,, 57 
3
 "Yusif" surəsi,, 40 
4
 "Maidə" surəsi,, 49 
5
 "Casiyə" surəsi, 16 
6
 "Tarixi-Təbəri", 4-cü cild, səh.53 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə