On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə64/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

 
127 
tanıyırsınızmı ki, həkəmiyyəti mən hesab etdiyim dərəcədə pis bir iş saysın? 
Xəvaric:–Yox. 
Imam (ə):–Təsdiq edirsinizmi ki, siz məni tam ikrahlı olduğum halda bu 
işə  vadar  etdiniz,  mən  də  məcbur  qalıb  sizin  tələbinizi  qəbul  etdim,  şərt 
qoydum ki, hakimlər yalnız Allahın hökmü əsasında qəzavət etdikdə onların 
hökmü qüvvədə olacaq. Hamınız da bilirsiniz ki, Allahın hökmü məndən o 
yana keçməz (və mən haqq imam, mühacir və ənsarın seçdiyi xəlifəyəm.) 
Əbdüllah  ibni  Kəvva:–Düzdür,  o  iki  nəfəri  bizim  israrımızla  Allah 
dinində  qazi  seçdin,  amma  indi  biz  iqrar  edirik  ki,  bu  əməlimizlə  kafir 
olmuşduq, indi də ondan tövbə edirik. Sən də bizim kimi  öz küfrünü iqrar 
edib tövbə et, sonra isə hamımızı Müaviyə ilə döyüşə göndər. 
Imam  (ə):–Bilirsinizmi  ki,  Allah  ərlə-arvad  arasında  ixtilaf  yarandıqda 
iki  nəfər  həkəmə  (qaziyə),  həmçinin  ehram  halında  şikar  öldürüldükdə 
kəffarə  təyin  etmək  üçün  iki  nəfər  ədalətli  şəxsə  müraciət  olunmasını  əmr 
etmişdir?! 
Ibni Kəvva:–Sən "Əmirəl-möminin" ləqəbini öz adından silməklə özünü 
hökumətdən saldın. 
Imam  (ə):–Peyğəmbər  (s)  bizim  üçün  (hər  bir  şeydə)  örnəkdir. 
"Hüdeybiyyə"  qəzvəsində,  Peyğəmbərlə  Qüreyş  arasında  bağlanan 
sülhnamədə  "Rəsulullah"  yazılmışdı.  Qüreyşdən  olan  nümayəndə  buna 
etiraz  edib  "Əgər  sənin  Allahın  Rəsulu  olduğunu  iqrar  etsəydim,  onda 
səninlə müxalifət etməzdim. Gərək "Rəsulullah" ləqəbini öz adının yanından 
götürəsən!"  -  deyəndə  Peyğəmbər  mənə  buyurdu:  "Ya  Əli,  "Rəsulullah" 
ləqəbini  adımın  yanından  sil."  Dedim:  "Ya  Rəsuləllah,  qəlbim  belə  bir  iş 
görməyə  icazə  vermir."  Peyğəmbər  öz  əli  ilə  onu  pozdu,  təbəssüm  edərək 
mənə buyurdu: "Bu iş sənin də başına gələcək." 
Imam (ə)-ın sözləri tamam olandan sonra Hərurada yığışanların içindən 
iki  min  nəfər  ayrılıb  o  həzrətin  tərəfinə  gəldilər.  Orada  yığışdıqlarına  görə 
onlara "həruriyyə" adı verildi.
1
 
BAŞQA BIR MÜBAHISƏ 
Xəvaric  barəsində  Imam  (ə)-ın  siyasəti  belə  idi:  Onlar  nahaq  qan 
axıtmayınca, qarətçilik və soyğunçuluq etməyincə Kufədə və onun ətrafında 
azad şəkildə yaşaya bilərlər–hətta gecə-gündüz onların inkar səsləri məscidi 
doldursaydı və onun əleyhinə şüar versəydilər də belə. Buna görə də Imam 
(ə) yenidən Ibni Abbası Hərura kəndinə göndərdi. Ibni Abbas onlara dedi:–
Nə istəyirsiniz? 
Dedilər:–Gərək  Siffeyndə  olanların  və  həkəmiyyətə  razılıq  verənlərin 
hamısı Kufədən çıxsınlar, hamılıqla Siffeynə gedib üç gecə orada qalaq və 
öz  əməlimizdən  tövbə  edib  sonra  Müaviyə  ilə  müharibə  etmək  üçün  Şama 
gedək! 
Bu  sözlərdə  inadkarlığın  və  nadanlığın  əlamətləri  tamamilə  aşkardır, 
çünki əgər həkəmiyyət məsələsi günah və qanunsuz bir iş olsaydı belə, ona 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  1-ci  cild,  səh.274-275;  "Kamil" 
(Mübərrəd), səh.45 


 
128 
görə  tövbənin  mütləq  günahın  baş  verdiyi  yerdə,  özü  də  orada  üç  gecə 
qalmaq  şərti  ilə,  icra  olunması  lazım  deyildi.  Tövbə  elə  bir  an  qəlbdə 
peşman olmaqla və istiğfar etməklə gerçəkləşir. Imam (ə) onların cavabında 
dedi:–Bu  sözü  nə  üçün  indi,  iki  nəfər  qazi  təyin  olunub  göndəriləndən  və 
tərəflər əhd-peyman bağladıqdan sonra deyirsiniz? 
Dedilər:–O vaxt təzyiq çoxalmışdı, yaralılar da həddindən artıq çox idi. 
Bizim  çoxlu  silahımız  və  atımız  tələf  olmuşdu.  Buna  görə  də  həkəmiyyəti 
qəbul etdik. 
Imam  (ə)  buyurdu:–Təzyiqin  şiddətləndiyi  bir  gündə  qəbul  etdinizmi?! 
Peyğəmbər (s) müşriklərlə bağladığı müqaviləni möhtərəm sayır, amma siz 
isə mənə deyirsiniz ki, öz əhdimi pozum! 
Onlar daxilən xəcalət hissi keçirdilər, lakin öz əqidələrinə olan təəssübə 
görə bir-bir gəlib "la hukmə illa lillah" şüarını verdilər. Bir gün onlardan biri 
məscidə daxil oldu və elə həmin şüarı verdi, camaat onun ətrafına yığışdı. O, 
öz şüarını təkrar etdi. Bu dəfə dedi:–Allahdan başqa heç bir kəs üçün hökm 
yoxdur, Əbül-Həsən (Əli (ə)) üçün ikrahlı olsa da belə. 
Imam (ə) buyurdu:–Mən heç vaxt Allahın hökmünə ikrahla yanaşmıram, 
lakin sizin barənizdə Allahın hökmünü gözləyirəm. 
Camaat  Imam  (ə)-a  dedi:–Nə  üçün  bunlara  bu  qədər  möhlət  və  azadlıq 
verirsən?! Nə üçün onların kökünü kəsmirsən?! 
Buyurdu:–Onlar  məhv  olmayacaqlar;  onlardan  bir  qrupu  ataların 
sülbündə, anaların bətnində qalıb qiyamətə kimi elə bu halda olacaqlar.
1
 
İYİRMİ ÜÇÜNCÜ FƏSİL 
XƏVARICIN MÜXALIFƏT SƏBƏBLƏRININ TƏHLILI 
Xəvaricin  Imam  (ə)-la  müxalifətçilik  səbəbləri  Müaviyənin  o  həzrətlə 
müxalifətçilik  səbəblərindən  tamamilə  fərqli  idi.  Müaviyə  Ömərin  xilafəti 
dövründən  etibarən  Şamın  muxtariyyətinin  müqəddiməsini  hazırlamışdı  və 
özünü  Şamın  mütləq  hakimi  hesab  edirdi.  Osmanın  qətlindən  sonra  Imam 
(ə)-ın  onu  Şamın  hakimiyyətindən  kənarlaşdırmaq  istədiyini  bildikdə, 
onunla  müxalifətə  başladı,  əvvəlcə  Təlhə  və  Zübeyri  təhrik  etməklə,  sonra 
isə  Siffeyn  müharibəsini  başlamaqla  Imam  (ə)-ın  qabağında  dayandı,  son 
anlarda  Quranları  nizəyə  vuraraq  fitnə  ilə  Imam  (ə)-ın  ordusunda  dərin 
ixtilaf və ikitirəlik yaratdı. 
Amma xəvaric zahirpərəst, başqa sözlə "quru müqəddəslər" idilər. Onlar 
islamın əsaslarından xəbərsiz olduqlarına, ona səthi baxdıqlarına görə Imam 
(ə)-la müxalifətə qalxdılar, puç bəhanələrə istinad edərək ilahi hidayət çırağı 
qarşısında  cəbhələşmə  yaratdılar,  o  hidayət  çırağını  söndürmək  üçün,  hətta 
özlərinin məhv olmaları qiymətinə belə, irəlilədilər. 
Xəvariclə  Müaviyə  arasında  olan  məhz  bu  bariz  fərqə  görə  Imam  (ə) 
onlara  qələbə  çaldıqdan  sonra  buyurdu:  "Məndən  sonra  xəvariclə 
vuruşmayın,  çünki  haqqı  axtararaq  müəyyən  səbəblərə  görə  xəta  yolu 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə", (Ibni Əbil-Hədid) 2-ci cild, səh.310-311 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə