On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə63/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

 
125 
çünki  Quran  ayələrində  müxtəlif  ehtimallar,  müxtəlif  yozumlar  vardır, 
xəvaric  də  özlərinə  sərfəli  olan  ehtimalı  seçə  bilərdilər.  Belə  ki,  o  həzrət 
buyurdu:  "Xəvariclə  Quran  ayələri  əsasında  müzakirə  etmə;  çünki 
Quranda çoxlu ehtimallar vardır, bu surətdə sən bir söz deyəcəksən, onlar 
da başqa söz deyəcəklər (və müsbət bir nəticə alınmayacaq). Amma sünnə 
əsasında  onlara  dəlil  gətir,  bu  halda  onu  qəbul  etməkdən  başqa  bir 
çarələri olmayacaq."
1
 
IMAM  (Ə)  ŞƏXSƏN  XƏVARICIN  DÜŞƏRGƏSINƏ 
GEDIR 
Imam  (ə)  Səsəə  ibni  Suhan  Əbdi,  Zeyd  ibni  Nəzir,  Ibni  Abbas  kimi 
şəxsləri  göndərməklə  onların  hidayət  olunmasından  məyus  olduqda  şəxsən 
gedib  onlarla  görüşmək  qərarına  gəldi  ki,  bəlkə  həkəmeyn  məsələsini  və 
onun müqəddiməsini şərh etməklə, həmçinin bu işə məhz onların özlərinin 
bais  olduqlarını  onlara  anlatmaqla  hamısını,  yaxud  bir  qismini  qiyamdan 
saxlaya  bilsin.  Imam  (ə)  hərəkət  edəndə  Səsəədən  soruşdu  ki,  qiyamçılar 
xəvaricin  başçılarından  hansının  tabeçiliyindədirlər.  O,  "Yəzid  ibni  Qeys 
Ərcinin" - deyə cavab verdi. 
Imam (ə) öz atına minib düşərgənin arasından keçdi, Yəzidin xeyməsinin 
qabağında  atdan  düşdü,  iki  rəkət  namaz  qılıb  öz  kamanına  dayandı,  sora 
üzünü  xəvaricə  tutub  sözünü  belə  başladı:–Sizin  hamınız  Siffeyndə  iştirak 
edirdinizmi? 
Dedilər:–Yox! 
Imam (ə) buyurdu:–Iki dəstəyə ayrılın, hər iki dəstə ilə söhbət edəcəyəm. 
(Sonra  uca  səslə  buyurdu:)  Sakit  olun  və  pıçıldaşmayın,  sözlərimə  qulaq 
asın!  Hər  kəsdən  şahidlik  etməsini  istəsəm,  öz  bildiklərinə  uyğun  olaraq 
şəhadət versin. 
Imam  onlarla  danışığa  başlamazdan  qabaq  özü  Allahın  dərgahına  üz 
tutdu,  hamının  nəzər-diqqətini  Allah  dərgahına  yönəldərək  dedi:–Ilahi,  bu 
elə  bir  məqamdır  ki,  hər  kəs  onda  qələbə  çalsa,  qiyamət  günündə  də  qalib 
olacaq,  hər  kəs  bu  məqamda  məhkum  olunsa,  o  dünyada  da  kor  və  azmış 
olacaq.  Ey  camaat!  Məgər  siz  Quranlar  nizəyə  vurulanda,  hiyləgərlik 
məqsədilə demədinizmi ki,  "onlar bizim qardaşlarımızdır, biz bir dindəyik, 
onlar  öz  keçmiş  işlərini  unutmuş,  peşman  olmuşlar,  indi  Allahın  Kitabına 
pənah gətirmişlər, gərək onların rəylərini qəbul edib qəm-qüssələrini aradan 
qaldıraq!"  (Və  mən  də  sizə  cavab  vermədimmi  ki,)  sizin  bu  təklifinizin 
zahiri  iman,  batini  isə  ədavət  və  kin-küdurətdir;  onun  əvvəli  mərhəmət  və 
ürəyəyatan,  axırı  isə  peşmançılıqdır.  Öz  yerinizdə  qalın,  tutduğunuz  yolu 
buraxmayın, düşmənlə cihad etmək üçün dişlərinizi sıxın, heç kəsin nərəsinə 
əhəmiyyət  verməyin;  çünki  əgər  onunla  razılaşılsa,  yoldan  azdırar  və  öz 
halına buraxılsa, xar və zəlil olar. Axırda bu iş (onların istəkləri qarşısında 
təslim  olmaq)  mənim  təsdiq  etdiyimin  əksinə  oldu  və  gördüm  ki,  siz 
                                              
1
 "Nəhcül-bəlağə", 73-cü məktub 


 
126 
düşmənə belə bir fürsət verdiniz.
1
 
Ibni  Əbil-Hədid  36-cı  xütbənin  şərhində  yazır:  "Xəvaric  Imam  (ə)-a 
dedilər ki, dediklərinin hamısı düzdür, amma nə etmək olar ki, biz böyük bir 
günaha  mürtəkib  olmuş  və  ondan  tövbə  etmişik.  Sən  də  gərək  tövbə 
edəsən!"  Imam  xas  bir  günaha  işarə  etmədən  ümumi  şəkildə  buyurdu: 
"Əstəğfirullahə Rəbbi və ətubu iləyh." Bu vaxt xəvaricin düşərgəsindən altı 
min nəfər ayrılıb Imama qoşuldu." 
Ibni  Əbil-Hədid  bu  istiğfarın  izahında  yazır:  "Imamın  bu  tövbəsi 
"müharibə  məkrdir"  qəbilindən  olan  siyasət  idi.  O  heç  bir  günahı  iqrar 
etmədən bütün peyğəmbərlərin dediyi müəmmalı bir söz dedi və düşmən də 
onunla razılaşdı."
2
 
DOST  CILDINDƏ  OLAN  DÜŞMƏNLƏRIN  TÖRƏTDIYI 
FITNƏ-FƏSADLAR 
Imam  (ə)  xəvaric  düşərgələrindən  Kufəyə  qayıtdıqdan  sonra,  camaat 
arasında  belə  bir  şayiə  yayıldı  ki,  o,  həkəmiyyəti  ləğv  etmiş,  onu  zəlalət 
saymışdır;  o  həm  də  camaatın  Müaviyə  ilə  müharibə  etməsi  üçün  döyüş 
sursatı  hazırlamaq  və  həkəmlərin  rəyi  elan  olunandan  sonra  hərəkət  etmək 
istəyir. Bu vaxt Əşəs ibni Qeys (onun həm həyatı, həm də Imam (ə)-a hansı 
məqsədlə qoşulması tamamilə şübhəli idi) zahirdə dostluq göstərdi, batində 
isə Müaviyənin xeyrinə olaraq sözə başlayıb dedi:–Camaat deyir ki, Əmirəl-
möminin öz əhdindən dönmüş, həkəmiyyəti küfr və zəlalət  hesab etmişdir. 
O, müqavilə müddətinin axırına qədər gözləməyi qanunsuz hesab edir. 
Əşəsin sözləri Imam (ə)-ı həqiqəti açıb söyləməyə məcbur etdi. O həzrət 
dedi:–Hər  kəs  mənim  həkəmiyyət  müqaviləsini  qüvvədən  salmağımı 
fikirləşirsə, yalan deyir. Hər kəs onu zəlalət hesab edirsə, özü zəlalətdədir. 
Həqiqətin aşkar edilməsi xəvaricə elə ağır gəldi ki, "la hukmə illa lillah" 
şüarını  verərək  məscidi  tərk  etdilər  və  yenidən  öz  düşərgələrinə  qayıtdılar. 
Ibni  Əbil-Hədid  burada  qeyd  edir  ki,  Imam  (ə)-ın  hökumətində  baş  verə 
biləcək hər növ xələl və iğtişaş Əşəsin əlində idi, çünki o bu məsələni ortaya 
atmasaydı,  Imam  (ə)  həqiqəti  deməyə  məcbur  olmaz  və  elə  həmin  ümumi 
tövbə  ilə  qane  olan  xəvaric  Imam  (ə)-la  birlikdə  Müaviyəyə  qarşı 
müharibəyə gedərdilər. Amma o, Imam (ə)-ın tövriyəni açıb həqiqəti bəyan 
etməsinə səbəb oldu. 
XƏVARICI HIDAYƏT ETMƏK ÜÇÜN YENI SƏYLƏR 
Mübərrəd "Kamil" kitabında Imam (ə)-ın əvvəlki ilə tamamilə fərqlənən 
digər  bir  mübahisəsini  qeyd  edir  ki,  o  həzrətin  xəvariclə  etdiyi  ikinci 
mübahisəsi olmasına ehtimal verilir. Onun xülasəsi belədir:  
Imam  (ə):–Yadınızdadırmı,  onlar  Quranları  nizələrə  vurub  qaldıranda 
mən dedim ki, bu iş hiylə və məkrdir. Əgər onlar Quranın qəzavət etməsini 
istəsəydilər yanıma gəlib mənim qəzavət etməyimi tələb edərdilər. Bir nəfər 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 1-ci cild, səh.280 
2
 Yenə orada 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə