On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ


gedənlərlə batili axtaran və onu əldə edənlər bərabər deyildirlər."



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə65/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

 
129 
gedənlərlə batili axtaran və onu əldə edənlər bərabər deyildirlər."
1
 
Xəvaricin  müxalifət  səbəblərinin  təhlil  olunması  göstərir  ki,  onlar 
şamlıların  əksinə  olaraq  cah-cəlal,  məqam  istəmirdilər.  Onlara  düzgün 
olmayan  təfəkkür  və  xas  bir  gerilik  hökm  sürürdü.  Indi  isə  onların 
etirazlarının ən mühümlərini qeyd edirik
1-ŞƏXSLƏRIN DINƏ HAKIMIYYƏTI 
Onlar daim etiraz edib deyirdilər ki, bir-biri ilə müxalif olan qrupdan iki 
nəfərin  öz  şəxsi  fikirləri  əsasında  müsəlmanların  müqəddəratını  əllərinə 
alması,  öz  şəxsi  rəylərini  müsəlmanların  tanınmış  rəhbərlərinin  rəylərinə 
hakim  etməsi  necə  mümkün  ola  bilər?!  Onlar  deyirdilər:  Şəxslər  özlərinin 
naqis əqlləri ilə müsəlmanların müqəddəratına, dininə hökm edə bilməzlər. 
Onların həmişəki sözləri bu idi: "Əli şəxsləri Allah dinində hakim etmişdir!"  
Bu sual göstərir ki, onlar qazilərin qəzavətə seçilmə şərtlərindən xəbərsiz 
olub  belə  təsəvvür  edirdilər  ki,  Imam  (ə)  müsəlmanların  taleyini  həll 
etməkdə  onları  tam  ixtiyar  sahibi  etmişdir  ki,  istədikləri  kimi  qərar  qəbul 
etsinlər,  hansısa  qərəzli  işlər  görsünlər.  Imam  (ə)  bu  etiraza  cavab  verib 
buyurdu:  "Biz  Allahın  dininə  adamları  deyil,  Quranı  hakim  etmişik.  Bu 
Quran iki cildin arasında yerləşən, dil açıb söz danışmayan bir xətdir. Onu 
bəyan  edən  bir  adam  lazımdır.  Bəyan  edənlər  ondan  söz  açırlar:  Şamlılar 
"Quranı hakim seçək" - deyəndə, biz ondan üz çevirmədik. Çünki Quranda 
buyurulur:  "Əgər  bir  şeydə  ixtilafınız  olsa,  onu  Allaha  və  Onun 
Peyğəmbərinə  qaytarın  (onlara  müraciət  edin)."  Allaha  müraciət  etmək 
Qurana,  Peyğəmbərə  müraciət  etmək  isə  onun  sünnəsinə  qayıtmaq 
deməkdir. Əgər qazilər Allahın Kitabına uyğun qəzavət etsələr, onda biz onu 
hamıdan  qabaq  qəbul  edərik;  əgər  Peyğəmbər  sünnəsinə  müvafiq  şəkildə 
qəzavət etsələr, yenə də biz onu hamıdan əvvəl qəbul edərik."
2
 
Imam (ə) digər bir xütbədə həmin cavabı başqa ibarələrlə bəyan edərək 
buyurur: "Hər iki həkəm (qazi) buna görə seçilmişlər ki, Quranın dirçəltdiyi 
şeyləri  dirçəltsinlər,  onun  öldürdüyü  şeyləri  də  öldürsünlər  (yəni  haqqı 
dirçəldib, batili məhv etsinlər). Quranın  dirçəltdiyi şeyləri dirçəltmək onun 
ətrafına  yığışmaq,  Quranın  öldürdüyü  şeyləri  öldürmək  də  onlardan 
uzaqlaşmaqdır. Əgər Quran bizi şamlılara tərəf sövq etsə, gərək onlara tabe 
olaq; əgər onları bizə tərəf sövq etdirsə, gərək onlar bizə tabe olsunlar. Mən 
sizə  heç  bir  şər  gətirməmiş,  sizi  aldatmamış  və  heç  nəyi  sizdən 
gizlətməmişəm."
3
 
2-MÜDDƏTIN TƏYIN OLUNMASI 
Onların  ikinci  etirazları  bu  idi  ki,  nə  üçün  qəzavət  üçün  müddət  təyin 
olunmuş  və  qərara  alınmışdır  ki,  hər  iki  qazi  bitərəf  yerdə  (Dumətül-
cəndəldə), Ramazan ayının axırına qədər müzakirə edib iki dəstənin ixtilafı 
                                              
1
 "Nəhcül-bəlağə", 58-ci xütbə 
2
 "Nəhcül-bəlağə", 125-ci xütbə  
3
 "Nəhcül-bəlağə", 17-ci və 123-cü xütbələr 


 
130 
barədəki  rəylərini  bildirməlidirlər?  Həmçinin  nə  üçün  bu  iş  elə  oradaca–
Siffeyn səhrasında, Quranlar nizə ucunda qaldırılan vaxt yerinə yetirilmədi? 
Doğrusu,  görəsən  belə  yersiz  iradlar  tutmaq  onların  cəhalətinə  dəlalət 
etmirmi?! Məgər hər iki tərəfin əlləri dirsəyə qədər qana batan bir halda belə 
bir  böyük  qəzavət  işi  o  qədər  də  asan  idimi  ki,  bir-iki  gündə  həll  olunub 
qurtarsın  və  tərəflər  də  onu  qəbul  etsinlər?  Bu  işdə  mümkün  qədər  səbirli 
olsaydılar, cahillər ayılar, ümmət arasında sülhün bərqərar olunmasına daha 
yaxşı şərait yaranardı. 
Imam  (ə)  bu  etirazın  cavabında  buyurdu:  "Siz  deyirsiniz  ki,  nə  üçün 
sizinlə  onların  arasında  müəyyən  bir  vaxt  təyin  etdim  və  qəzavət  işini 
sürətləndirmədim.  Mən  ona  görə  belə  etdim  ki,  xəbərsizlər  agah  olsunlar, 
xəbəri olanlar da (öz əqidələrində) daha möhkəmlənsinlər ki, bəlkə Allah bu 
müddətdə ümmətin işini islah edə." 
3-INSAN 
HAKIMIYYƏTININ 
"HAKIMIYYƏTIN 
YALNIZ ALLAHA MƏXSUS OLMASI" ILƏ ZIDDIYYƏTI 
Xəvaric  Imam  (ə)-la  müxalifət  etdikləri  müddət  ərzində  "la  hukmə  illa 
lillah" ayəsinə istinad edərək o həzrətin işinin  Qurana zidd  olduğunu iddia 
edir, öz şüarlarında deyirdilər: "Ya Əli! Hakimiyyət sənə və sənin dostlarına 
yox, yalnız Allaha məxsusdur!" 
Yuxarıda  da  qeyd  olunduğu  kimi,  bu  şüar  Qurani-Kərimin  "Yusif" 
surəsinin  40  və  67-ci,  həmçinin  başqa  ayələrdən  əxz  edilmişdir.  Onun 
məfhumu hakimiyyətin əsil bir haqq kimi Allaha məxsus olduğunu, heç bir 
insanın  başqası  üzərində  belə  bir  haqqa  malik  olmadığını  göstərən  tövhid 
prinsipidir.  Amma  hakimiyyət  haqqının  Allaha  həsr  edilməsi  bir  qrup 
insanın  Allahın  izninin  gərəkli  etdiyi  müəyyən  qanunlar  əsasında  hökumət 
etməsi və Allah hakimiyyətinin haqq təzahürünə çevrilməsi ilə zidd deyildir. 
Heç  bir  ağıllı  insan  iddia  edib  ictimai  həyatın  hökumət  olmadan  mümkün 
olduğunu  deyə  bilməz.  Çünki,  ictimai  vəzifələrin  yerinə  yetirilməsi, 
ziddiyyətli  və  münaqişəli  məsələlərin  həll  edilməsi  yalnız  bir  hakimiyyət 
sayəsində mümkün olur. 
Imam  (ə)  onların  şüarını  eşidəndə  buyurdu:  "Bəli,  hakimiyyət  haqqı 
Allahındır.  (Və  heç  bir  bəndə  Allahın  izni  olmadan  hökumət  edə  bilməz), 
lakin  xəvaric  öz  şüarlarında  başqa  məqsəd  güdürlər;  o  da  budur  ki, 
cəmiyyətdə  ümumiyyətlə  heç  bir  hökumət  olmasın.  (Istər  Allahın  izni  ilə 
olsun,  istərsə  də  olmasın.)  Halbuki  camaat  üçün  bir  hakimin  olması–istər 
yaxşı  əməl  sahibi  olsun,  istərsə  də  pis  əməl  sahibi–zəruridir  ki,  onun 
hökuməti  sayəsində  mömin  öz  yaxşı  işlərinə  məşğul  olsun,  kafir  də  öz 
maddi həyatından bəhrələnsin."
1
 
Hökumətin  olmaması  təhlükəsizliyin  aradan  getməsinə  səbəb  olar,  bu 
halda  nə  mömin  xeyir  işlər  görməyə  müvəffəq  olar,  nə  də  kafir  maddi 
həyatdan  bəhrələnər.  Əgər  məqsəd  doğrudan  da  hökumətin  bərqərar 
olunmasını  rədd  etməkdirsə,  bu  halda  Peyğəmbər  (s)-in  və  şeyxeynin 
                                              
1
 "Nəhcül-bəlağə", 40-cı xütbə 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə