135
Xəvaric:–Məqsədimiz bu hədisi səndən eşitmək idi. Allaha and olsun,
səni elə (faciəli şəkildə) öldürəcəyik ki, indiyə kimi heç kimi o cür
öldürməmişik!
Bunu deyib onun əl-ayağını bağladılar və hamilə arvadı ilə birlikdə
xurma ağacının altına gətirdilər. Bu vaxt ağacdan bir xurma düşdü.
Xəvaricdən biri onu götürüb ağzına qoydu, onun həmfikirləri etiraz səslərini
ucaltdılar: "Nə üçün camaatın malını, razılığı olmadan, yaxud pulunu
vermədən yeyirsən?!"
O, dərhal xurmanı ağzından çıxarıb tulladı. Sonra xəvaricdən biri bir
məsihinin oradan keçən donuzunu oxla vurub öldürdü. Bu vaxt başqaları
etiraz edib dedilər ki, bu əməl yer üzündə fəsad salmaqdır! Buna görə də
onun sahibini razı saldılar. Sonra Əbdüllahı əl-qolu bağlı halda çayın
kənarına gətirib başını qoyun başı kimi kəsdilər, arvadını da öldürdülər,
sonra onun qarnını yırtıb uşağını çıxartdılar və onun da başını kəsdilər. Yenə
də kifayətlənməyib başqa üç nəfər arvadı da (onlardan biri səhabə idi)
öldürdülər."
1
Əbdüllahın atası Xubbab ibni Ərrət ilk müsəlmanlardan idi və ölənə kimi
Qüreyşin ona verdiyi işkəncə izləri onun bədənində qalmışdı. O, Imam (ə)
Siffeyndən qayıtmazdan əvvəl vəfat etdi. Imam (ə) qayıdandan sonra onun
qəbri
üstünə gedib rəhmət oxudu, onu təriflədi.
Mübərrəd "Kamil" kitabında Əbdüllahın faciəli şəkildə qətlə
yetirilməsini yazaraq qeyd etmişdir ki, onun qatilini tutandan sonra o (qatil)
dedi: "Mən sizdən istəyirəm ki, Quranın diriltdiyi şeyi dirildin, öldürdüyünü
öldürün."
O, Əbdüllahın atasının Peyğəmbərdən nəql etdiyi hədisi qeyd edəndən
sonra yazır: Xəvaric xurma ağacının meyvəsindən yemək üçün onun
sahibinə təklif etdilər ki, onun pulunu alsın. O dedi ki, ağacımın meyvəsini
sizə bağışladım, lakin onlar qəbul etməyib dedilər: "Onun pulunu hökmən
almalısan!" Bu vaxt məsihi kişi fəryad edib dedi ki, "siz bir müsəlmanın
qanını tökməkdən qorxmursunuz, amma xurma sahibi razı ola-ola onun
meyvəsini yemək istəmirsiniz!"
2
6. Əmirəl-möminin Əli (ə) Əbdüllahın qətlə yetirilməsindən xəbər
tutduqda Haris ibni Mürrəni xəvaricin düşərgəsinə göndərdi ki, bu barədə
düzgün bir xəbər gətirsin. Haris onların içinə gedəndə bütün islam və
insaniyyət qanunlarının əksinə olaraq onu da tutub öldürdülər. Göndərilən
elçinin öldürülməsi Imam (ə)-ı daha da təəssüfləndirdi. Bu zaman Imam (ə)-
ın köməkçilərindən bir dəstə onun hüzuruna gəlib dedilər: "Qulağımızın
dibində belə bir təhlükə ola-ola Şama tərəf gedib, arvad-uşaqlarımızı da
onların (xəvaricin) içində qoymağımız düz bir işdirmi?!"
1
"Əl-imamətu vəs-siyasət", səh.136
2
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.282; "Əl-Kamil", 2-ci
cild, səh.560
136
ƏBDÜLLAHIN
QATILLƏRINDƏN
QISAS
ALINMASINA DAIR QƏRAR
Əbdüllahın qatillərinin camaat arasında yaratdıqları qorxu və vəhşət
Imam (ə)-ı cəhalətin, şəqavətin kökünü kəsməyə məcbur etdi və qərara aldı
ki, Həruraya (Nəhrəvana) tərəf hərəkət etsin. Hərəkət vaxtı o
həzrətin nücum
elmində məşhur olan bir dostu həmin saatda hərəkət etməyi məsləhət
görməyib dedi:–Əgər günün bu saatında hərəkət etsən, sənə ağır xəsarət
dəyəcək!
Imam (ə) onun sözünə əhəmiyyət vermədi, nücum elminin belə işlərə
tətbiq olunmasını tənqid edib buyurdu:–Nücum elmindən qaranlıq çöllərdə
və dəryalarda yolu istiqamətləndirmək üçün istifadə etmək lazımdır.
Təsadüfən bu səfərdə Imam (ə) böyük qələbələrə nail oldu. Imam (ə)
Kufədən təzəcə aralanmışdı ki, dostlarından biri qaça-qaça gəlib dedi:–Ey
Əmirəl-möminin, muştuluq ver! Xəvariclər sizin hərəkətinizdən xəbər tutub
qaçmağa üz qoymuş və çaydan keçmişlər.
Imam (ə) buyurdu:–Onların çaydan keçməsini öz gözlərinlə gördünmü?
Dedi:–Bəli!
Imam (ə) onu üç dəfə and içdirdi, o da üç dəfə and içib dedi ki, xəvaricin
körpüdən keçməsini öz gözləri ilə görmüşdür. Imam (ə) buyurdu:–Allaha
and olsun, onlar suyu keçməmişlər və heç vaxt da keçməyəcəklər. Onların
qətlgahı suyun kənarındadır. Çərdəyi yaran və insanı xəlq edən Allaha and
olsun, (onlar) "Əslas" və "Qəsri-bəvazin" məntəqəsinə də çatmayacaqlar.
1
Onun sözlərini başqa iki nəfər də təsdiq etdi, lakin Imam (ə) onların
sözlərini qəbul etmədi. Necə qəbul edə bilərdi, halbuki məsum Peyğəmbər
(s) o həzrətin üç dəstə ilə müharibə edəcəyini ona xəbər vermişdi. Onların
ikisi ilə müharibə etmişdi, üçüncüsü isə Peyğəmbər (s)-in bəyan etdiyi
əlamətlərə görə elə bunlar idi. Bu zaman bir nəfər şəkkə düşdü və fikirləşdi
ki, görəsən gözləri ilə gördüyü şahidlərin sözünü qəbul etsin, yoxsa Imam
(ə)-ın qeybi xəbərlərini?! Sonra qərara gəldi ki, əgər Imam (ə)-ın sözləri düz
çıxmasa, onun düşmənlərinə qoşulacaq.
Imam (ə) ata mindi, qoşun da onun ardınca hərəkətə başladı. Xəvaricin
ordugahına çatanda məlum oldu ki, onlar hamılıqla qılıncların qınlarını
sındırmış və müharibəyə hazırlaşmışlar. Bu vaxt həmin cavan Imam (ə)-ın
hüzuruna gəlib özünün bəd niyyətinə görə ondan üzr istədi.
Tarix göstərir ki, Imam (ə) Mədaindən keçib Nəhrəvanda düşərgə saldı.
Sonra onlara xəbər göndərdi ki, Əbdüllahın, onun arvadının və oğlunun
qatillərini, qisas alınması üçün təhvil verməlidirlər. Cavabda dedilər ki,
bizim hamımız onların qatilləriyik və onların qanını halal bilmişik! Imam (ə)
onların yaxınlığına gəlib dedi:–Ey (üsyankar) insanlar! Mən sizə xəbərdarlıq
edirəm ki, məbada sabah islam ümmətinin lənətinə gələsiniz və suyun
kənarında heç bir dəlil olmadan öldürüləsiniz! Mən sizi həkəmiyyəti qəbul
etməkdən saxladım və dedim ki, Bəni-Üməyyənin nə dini var, nə də Quranı
istəyirlər. Mən onları, uşaqlarından-böyüyünə kimi yaxşı tanıyıram. Onlar
1
"Şərhi-Nəhcül-bəlağə", (Ibni Əbil-Hədid) 2-ci cild, səh.272