On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə66/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

 
131 
hökumətini necə izah etmək olar? 
Xəvaric əqidə və əməldə bir-biri ilə daim çəkişmədə idilər. Bir tərəfdən 
ictimai  həyatın  nüfuzlu  bir  rəhbər  olmadan  qeyri-mümkün  olmasını  bilir, 
digər  tərəfdən  isə  düzgün  olmayan  çıxarışlar  nəticəsində  hər  hansı  bir 
hökumətin  bərqərar  edilməsini  hakimiyyətin  Allaha  məxsus  olması  ilə 
müxalif hesab edirdilər. Maraqlıdır ki, xəvaric əvvəldə öz dəstələri üçün bir 
başçı  da seçmişdilər. Təbəri  yazır: "38-ci  ilin  şəvval  ayında xəvaricdən  bir 
dəstəsi  Əbdüllah  ibni  Vəhəb  Rasibinin  evində  yığışmışdı.  Bu  zaman 
Əbdüllah öz çıxışında dedi:–"Bir dəstə adamın Allaha iman gətirib Quranın 
hökmünü  qəbul  etməsi,  amma  dünya  həyatının  onların  nəzərində  əmr  be 
məruf və nəhy əz münkərdən üstün olması heç də yaxşı deyildir." 
Ondan  sonra  Hərqus  ibni  Züheyr  və  Həmzə  ibni  Sənan  da  danışdı. 
Həmzə  öz  sözünün  sonunda  dedi:–"Işlərinizi  bir nəfərə  tapşırın.  Həqiqətdə 
sizin üçün bir sərkərdə, etimad olunacaq bir şəxs mütləq lazımdır ki, ondan 
soruşub, ona müraciət edəsiniz."
1
 
HƏKƏMIYYƏT–AXIRINCI ÜMID 
Siffeyn müharibəsindən  əvvəl  də,  sonra da müsəlmanlar arasında əsaslı 
məsələlər  qarşıya  qoyulmuşdu  ki,  onların  həlli  yollarından  biri  hakimlərin 
seçilməsi idi. Bu hakimlər çətin məsələləri həqiqətgörən nəzərlə araşdırmalı, 
onların  barəsində  dürgün  rəy  verməli  idilər.  Bu  məsələlər  aşağıdakılardan 
ibarət idi: 
1-Osmanın qətli; 
2-Imam (ə)-ın dostlarının xəlifənin qətli ilə müttəhim olunması. 
3-"Osmanın qəyyumu olmaq" barədə Müaviyənin iddiası. 
Siffeyn  müharibəsində  irəli  çəkilən  bu  məsələlərin  həlli  üçün  iki  yol 
vardı: Birincisi bu idi ki, tərəflər öz ixtilaflarını mühacir və ənsarın seçdiyi 
Imama təqdim etsinlər, Imam da tam azad bir məhkəmədə onların barəsində 
ilahi hökmü icra etsin. Imam (ə) da Siffeyn müharibəsindən əvvəl məhz bu 
yola  təkid  edərək  Müaviyəyə  yazmışdı:  "Osmanın  qatilləri  barəsində  çox 
danışdın. Camaatın cərgələrinə daxil olub mənimlə beyət et, bundan sonra 
şikayət  məsələsini  ortaya  at.  Mən  hamınızı  Allahın  Kitabına  tərəf  sövq 
edirəm!"
2
 
Bu  yol,  Müaviyənin  inadkarlığı  və  onun  Şama  hakim  olmaq  üçün 
göstərdiyi  hərisliyə  görə  tamamilə  bağlandı  və  Siffeyn  müharibəsi  ilə 
nəticələndi. 
Ixtilafların həll edilməsinin ikinci düzgün yolu bu idi ki, işi səlahiyyətli 
bir  məhkəməyə  təqdim  etsinlər,  orada  bitərəf  və  həqiqəti  görən  hakimlər 
ixtilafı  həll  etsinlər,  qəzavət  işində  islamın  və  müsəlmanların  həqiqi 
mənafeyini nəzərdən qaçırmasınlar, (Əmr Asda olduğu kimi) hər növ şəxsi 
mənafeyi və (Əbu Musada olduğu kimi) kin-küdurəti kənara qoysunlar. Belə 
bir məhkəmədə Imam (ə) öz məqsədlərinə çatıb çətinlikləri həll edə bilərdi. 
Xəlifənin  qətli  də  müəmmalı  bir  məsələ  deyildi.  Onun  səbəbləri  uzun 
                                              
1
 "Tarixi-Təbəri", 6-cı cild, səh.55 
2
 "Nəhcül-bəlağə", 64-cü xütbə 


 
132 
illər  öncə  yaranmışdı  və  günbəgün  də  kəskinləşməkdə  idi.  Nəhayət 
təzyiqlərin güclənməsi və irticaçı vəziyyətin şiddətlənməsi, layiqli və saleh 
şəxslərin  döyülüb  təhqir  edilməsi,  xeyirxah  insanlara  əzab-əziyyət  və 
işkəncə  verilməsi  elə  bir  güclü  partlayış  yaratdı  ki,  hətta  Əli  (ə)  da  onun 
qarşısını ala, xəlifəni ölümdən qurtara bilmədi. 
Osmanın  xilafət  aparatına  bağlı  olanların  və  Müaviyənin  iddiası 
səlahiyyətli  bir  məhkəmədə  irəli  çəkilməli,  haqq  batildən  seçilməli  idi. 
Dünyanın  heç  bir  yerində  qətlə  yetirilən  bir  nəfərin  intiqamını  almaq  üçün 
qoşun  çəkməyi  rəva  görmürlər.  Halbuki  bu  müharibədə  bir  nəfərin 
intiqamını almaq üçün böyük bir qoşun  yeridildi, nəticədə təqribən 65 min 
nəfər həlak oldu. 
Əgər  Dumətül-cəndəldə  təşkil  olunan  məhkəmə  düz  işləsəydi,  bu 
məsələləri  həll  edərək  müsəlmanların  baş  verən  hadisələr  qarşısındakı 
vəzifələrini  ayırd  edə  bilərdi.  Amma  təəssüflər  olsun  ki,  orada  müzakirə 
olunmayan  yeganə  şey–ixtilafın  köklərini  araşdırıb  tapmaq  idi.  Əmr  As  öz 
rəqibinin  əqlini  oğurlamaqla  onun  imzası  ilə  Imam  (ə)-ı  xilafətdən  salmaq 
və  Müaviyənin  xilafətini  qanuniləşdirmək  istəyirdi.  Əbu  Musa  isə  özü  ilə 
həmfikir olan Əbdüllah ibni Öməri xilafətə keçirmək istəyirdi, çünki deyirdi 
ki, onun əli tərəflərdən heç birinin qanına batmamışdır. 
Məhkəmənin rəyi elan olunandan sonra Əli (ə) onu rəsmi şəkildə qəbul 
etmədi və buyurdu ki, qazilər iltizam verdikləri sözün əksinə əməl etmişlər. 
Imam (ə) ki, bir ordu təşkil edərək Şama yola düşməyi qərara almışdı, lakin 
xəvaric hadisəsi onun Müaviyəni təqib etməsinə mane oldu. 
FƏSADIN KÖKÜNÜN KƏSILMƏSI 
Imam  (ə)  xəvariclə  mülayim  münasibətdə  idi,  onlara  buyurduğu 
sözlərində  dostluq  yaradan  və  hidayətedici  xəbərdarlıqlardan  başqa  bir  şey 
eşidilmədi.  Həzrət  onlarla,  özünün  inadkar  və  sözəbaxmayan  övladını  yola 
gətirmək istəyən bir ata kimi rəftar edirdi; onların maaşlarını beytül-maldan 
verir,  məsciddə  və  onun  ətrafında  yaratdıqları  iğtişaşlara  etina  etmir  və 
çalışırdı  ki,  onları  ram  etməklə  vəhdəti  bir  daha  cəmiyyətə  qaytarsın, 
Şamdakı  əsl  xəvaricin  kökünü  kəssin.  Siffeyndəki  əhdnamə  də  Imam  (ə)-a 
bu  səlahiyyəti  vermişdi.  Çünki  müqavilədə  qeyd  edilmişdi  ki,  əgər 
həkəmeyn  Quran  və  Peyğəmbər  (s)-in  sünnəsinin  əksinə  olaraq  qəzavət 
etsələr, Imam (ə) əvvəlki mövqeyində qalacaqdır.
1
 
Imam  (ə)  Müaviyə  ilə  yenidən  müharibəyə  başlamağın  Siffeyn 
əhdnaməsinə  zidd  olmadığını,  elə  ona  müvafiq  olaraq  müharibəni  başlayıb 
düşməni  məhv  etməyin  zəruri  olduğunu  camaata  başa  salmaq  üçün  çoxlu 
çıxışlar  etdi.  Onların  birində  buyurdu:  "Biz  onlarla  şərt  bağlamışdıq  ki, 
ədalət  əsasında  qəzavət  edələr,  haqqa  əməl  edələr.  Hər  iki  qazi  də  öz 
zülmkar qəzavətlərindən qabaq, bizim qoyduğumuz şərti qəbul etmişdilər. 
Indi isə haqq ilə müxalifət etmiş, batil hökm çıxarmışlar. Haqq bizimlədir 
və fitnə odunu söndürmək üçün cihadı əvvəldən başlamalıyıq."
2
 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.234 
2
 "Nəhcül-bəlağə", (Əbdühün şərhi), 172-ci xütbə 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə