On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə58/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

 
115 
(ə)-dan  başqa  heç  kimdə  yox  idi.  Lakin  Əli  (ə)-ın  islamdakı  dəyərli 
xidmətləri, hicrəti, Peyğəmbər (s) dövründə döyüş meydanlarında canından 
keçməsi, həyatı boyu zöhd və paklığı, dərin elm və biliyi və güclü məntiqi 
ona,  tam  qətiyyətlə  və  tərəddüdə  yol  vermədən  fəsadın  kökünü  kəsmək 
səlahiyyəti verirdi. 
Bu  üç  qrup  islam  tarixində  "nakisin"  (əhd-peyman  pozanlar),  "qasitin" 
(haqq  yolundan  çıxanlar,  zülm  edənlər),  "mariqin"  (haqdan  azanlar  və 
dindən  çıxanlar)  adı  ilə  tanınmışlar.  Bunlara  belə  ad  qoyulmasının  səbəbi 
Peyğəmbər  (s)-in  dövrünə  qayıdır.  Məhz  o  həzrətin  özü  bu  üç  qrupu  belə 
vəsf  etmiş,  Əli  (ə)-a  və  başqalarına  xatırlatmışdı  ki,  Əli  (ə)  bu  üç  qrupla 
vuruşacaqdır. Peyğəmbər (s)-in bu sözləri onun qeybi xəbərlərindən biridir. 
Islam  mühəddisləri  o  həzrətin  sözlərini  müxtəlif  kitablarda  qeyd  etmişlər. 
Biz  də  nümunə  olaraq  onlardan  birini  qeyd  edirik:  Əli  (ə)  buyurur: 
"Peyğəmbər  (s)  mənə  əmr  etmişdir  ki,  nakisinlər,  qasitinlər  və 
mariqinlərlə müharibə aparam." 
Ibni Kəsir (774-cü h.q ilində vəfat etmişdir) özünün "Tarixi-Bağdad" adlı 
kitabının  8-ci  cildinin  340-cı  səhifəsində  bu  rəvayətlərdən  bir  qismini 
toplamış,  o  cümlədən  qeyd  etmişdir  ki,  Peyğəmbər  (s)  Ümmü  Sələmənin 
evinə daxil oldu. Sonradan Əli də gəldi. Peyğəmbər üzünü Ümmü Sələməyə 
tutub  dedi:–"Ey  Ümmü  Sələmə,  Allaha  anda  olsun  ki,  bu  (yəni  Əli) 
məndən sonra nakisinlər, qasitinlər və mariqinlərlə müharibə edəcəkdir."
1
 
Hədis  və  tarix  kitablarına  müraciət  etməklə  yuxarıdakı  hədisin 
düzgünlüyü  tamamilə  isbat  olunur.  Buna  görə  də  bu  barədə  yalnız  bunu 
qeyd  edirik  ki,  böyük  tədqiqatçı  mərhum  Əllamə  Əmini  "Əl-Qədir" 
kitabında  (3-cü  cild,  səh.188-195)  "Minhacus-sünnə"  kitabından  nəqlən  bu 
hədisin mənbəyinin bir hissəsini cəm etmişdir.  
Mariqinlərin  tarixi  sübut  edir  ki,  onlar  həmişə  dövrün  hökumətlərinə 
qarşı müharibə aparmış,  heç bir hökumətə tabe olmamış, nə bir hakimi, nə 
də  bir  hökuməti  rəsmiyyətlə  tanımamışlar.  Onların  nəzərində  Əli  (ə)  kimi 
adil hakimlə Müaviyə kimi fasiq və azğın bir hakimin heç bir fərqi yox idi. 
Həmçinin  onlar  Yəzid  (lənətullah  əleyh)  və  Mərvanla  Ömər  ibni  Əbdül-
əzizə eyni münasibət bəsləyirdilər. 
XƏVARICIN KÖKLƏRI 
Xəvaricin  kökü  müəyyən  mənada  Peyğəmbər  (s)  dövrünə  gedib  çıxır. 
Bunlar  o  həzrətin  dövründə  öz  fikir  və  ideyalarını  bildirir,  itaətsizlik  və 
təslim olmamaq ruhiyyələrini göstərən müəyyən sözlər deyirdilər. Onlardan 
bir  neçə  nümunə  qeyd  edirik:  Peyğəmbəri  Əkrəm  (s)  "Hüneyn" 
müharibəsinin qənimətlərini müəyyən məsləhət üzündən bölüşdürdü və uzun 
illər  boyu  islama  qarşı  müharibə  etdikdən  sonra  təzəcə  müsəlman  olan 
müşriklərlə  ülfət  yaratmaq  üçün  onlara  daha  çox  qənimət  verdi.  Bu  vaxt 
Hərqus ibni Züheyr etiraz edib ədəbsizliklə Peyğəmbər (s)-ə dedi:–"Ədalətlə 
böl!" Onun bu sözü Peyğəmbər (s)-i narahat etdi, buyurdu: "Vay olsun sənə! 
Əgər mən ədalətli olmasam, bəs kim olacaq?!" Bu vaxt Ömər onun boynunu 
                                              
1
 "Əlbidayətu vən-nihayə", 4-cü cild, səh.305 


 
116 
vurmağı  təklif  etdi,  lakin  Peyğəmbər  (s)  qəbul  etmədi,  onun  təhlükəli 
gələcəyindən  xəbər  verərək  buyurdu:  "Onu  boşlayın!  Onun  elə  ardıcılları 
olacaqdır ki, onlar din işlərinə həddindən artıq baş soxacaq, oxun kamandan 
çıxması kimi dindən çıxacaqlar."
1
 
Buxari "Əl-müəllifətül-qülub" kitabında bu hadisəni ətraflı şəkildə bəyan 
edərək yazır: Peyğəmbər onun (Hərqusun) özü və onun dostlarının barəsində 
belə buyurdu: "Onlar dindən oxun kamandan çıxdığı kimi çıxacaqlar." 
Peyğəmbər  (s)  "oxdan  atılmaq"  mənasını  verən  "mərq"  sözünü 
işlətmişdir.  Yəni,  bu  qrup  dini  dolaşıq  və  əyri  şəkildə  dərk  edərək  elə  bir 
yerə çatdılar ki, dinin həqiqətindən uzaq düşdülər və müsəlmanlar arasında 
onlara "mariqin" ləqəbi verildi.
2
 
Hərqus  özünün  etirazçı  və  üsyankarlıq  ruhiyyəsi  ilə  şeyxeynin  xilafəti 
dövründə  sükut  möhrünü  sındırıb  onların  seçki  üsuluna  və  tutduqları  yola 
etiraz  etməli  idi,  lakin  bu  barədə  tarixdə  heç  bir  şey  nəql  edilməmişdir. 
Yalnız  Ibni  Əsir  "Kamil"də  bunu  qeyd  etmişdir  ki,  Əhvaz  fəth  olunanda 
Hərqus  xəlifə  tərəfindən  islam  ordusunun  sərkərdəliyini  öhdəsinə  almışdı. 
O, Əhvaz və Dovrəq fəth olunandan sonra Ömərin ona yazdığı məktubu öz 
kitabında  qeyd  etmişdir.
3
  Təbəri  yazır  ki,  35-ci  hicri  ilində  başda  Hərqus 
olmaqla bəsrəli qiyamçılar Mədinəyə  gəlmiş,  misirli və kufəli qiyamçılarla 
birgə Osmanın hökumətinə etiraz etmişdir.
4
 
Bundan sonra tarixdə onun adı və əlamətləri barədə daha başqa heç bir 
şey  qeyd  olunmamışdır.  Amma  Imam  (ə)  Əbu  Musanı  qazi  ünvanı  ilə 
göndərmək istəyəndə Hərqus gözlənilmədən Zərqət ibni Nuh Tai ilə birlikdə 
Imam (ə)-ın yanına gəldi və onların arasında kəskin mübahisələr baş verdi. 
Biz o mübahisələri qeyd edirik: 
Hərqus:–Etdiyin  xətadan  tövbə  et  və  həkəmeyni  qəbul  etmək  fikrindən 
qayıt! Bizi düşmənlə mübarizəyə göndər, onlarla döyüşüb Allahın görüşünə 
nail olaq. 
Imam  (ə):–Həkəmiyyət  məsələsi ortaya  atılanda  bunu sizə dedim, lakin 
siz  mənimlə  müxalifət  etdiniz.  Indi  ki,  əhdnamə  bağlandı,  bizdən 
qayıtmağımızı  istəyirsiniz?!  Halbuki  Allah-Taala  buyurur:  "Ilahi  əhd-
peymanlara,  əhd-peyman  bağladığınız  vaxt  vəfalı  qalın  və  öz  andlarınızı 
möhkəmlədəndən sonra sındırmayın, halbuki Allahı bu andlarınıza zamin 
seçmisiniz. Allah etdiklərinizdən agahdır." 
Hərqus:–Bu bir günahdır, gərək ondan tövbə edəsən! 
Imam  (ə):–Heç  bir  günah  olmamışdır,  yalnız  fikirdə  və  əməldə  bir  növ 
süstlük baş vermişdir ki, bu da sizin tərəfinizdən mənə qəbul etdirildi. Mən 
elə o vaxt onu sizə dedim və qarşınızı aldım. 
Zərqət  ibni  Nuh:–Əgər  həkəmiyyətdən  əl  çəkməsən,  Allahın  razılığını 
kəsb etmək üçün səninlə vuruşacağıq! 
 Əli (ə):–Yazıq bədbəxt! Sənin ölü cəsədini döyüş meydanında görürəm 
                                              
1
 "Əs-siyrə" (Ibni Hişam), 2-ci cild, səh.497 
2
 "Əttənbihu və vərrədd", səh.50 
3
 "Kamil", 2-ci cild, səh.545 
4
 "Tarixi-Təbəri", 3-cü cild, səh.386 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə