Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə26/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   22   23   24   25   26   27   28   29   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Lay flüidləri


Məsaməli mühitdə yerləşən neft, qaz və su lay flüidləri adlanır. Onların strukturlarda yerləşməsi xüsusi çəkilərinin qiymətlərinə müvafiq qeyd olunur: tağın ən hündür hissələrində qaz, ortada neft, daha sonra su yığımları yerləşir (şək. II.25).


Şəkil II.25. Lay flüidlərinin strukturda paylanma sxemi.


Işlənilmə prosesini tənzimli aparmaq üçün lay flüidlərinin fiziki-kimyəvi xarakteristikası, onların dərinliklərlə əlaqədar dəyişmə dərəcələri və s. ətraflı öyrənilməlidir.


Lay neftləri
Kimyəvi tərkib. Neft kimyəvi tərkibinə görə karbohidrogen qarışıqlarından ibarətdir. Burada parafin (CnH2n+2), naften (CnH2n) sıralı qarışıqlar üstünlük təşkil edir. Bəzi hallarda onun tərkibində aromatik sıralı (CnH2n-6) birləşmələrə də rast gəlinir. Bununla əlaqədar olaraq neftlər kimyəvi tərkibinə görə üç sinifə bölünür: metan sıralı (və ya parafin), naften sıralı və aromatik sıralı karbohidrogenlər.
Metan sıralı karbohidrogenlər – CnH2n+2 düsturu ilə ifadə olunur və onlara doymuş karbohidrogenlər deyilir.
Neftin tərkibinə daxil olan alkanlar sırasında CH4-C4H10 – qədər olan karbohidrogenlər qaz halında, C5H12 - C15H32 maye və C16H34 – dən yuxarı isə bərk halda olur.
Qeyd etmək lazımdır ki, neftlərin tərkibində metan sıralı karbohidrogenlərə təsadüf olunursa, onların miqdarı neftin tipindən asılı olaraq kəskin dəyişir. Belə ki, metan sıralı neftlər, adətən, neftin yüngül fraksiyalarında (benzin, kerosin) toplanır.
Naften sıralı karbohidrogenlər. CnH2n düsturu ilə ifadə olunan naften sıralı karbohidrogenlərə doymamış karbohidrogenlər də deyilir. Metan sıralı karbohidrogenlərə nisbətən onların tərkibində hidrogenin miqdarı azlıq təşkil edir. Öz kimyəvi xassələrinə görə naften sıralı karbohidrogenlər alkanlara daha yaxındır.
Aromatik karbohidrogenlər. Bu sıraya daxil olan karbohidrogenlərin ən sadə nümayəndəsi CnH2n-6 düsturu ilə ifadə olunur. Bu birləşmələr olduqca davamlı olmaqla bərabər, metan və naften sıralı karbohidrogenlərə nisbətən çox yüksək kimyəvi aktivliyə malikdir. Aromatik sıralı karbohidrogenlər çox yüksək həlletmə qabiliyyətinə malikdirlər.
Neftlər tərkiblərində olan müxtəlif karbohidrogen qruplarına görə dörd sinifə ayrılırlar:

  1. tərkibində 66%-dən çox metan sıralı karbohidrogenlər olan nisbətən yüngül metanlı neftlər.

  2. tərkibində 66%-dən çox naften sıralı karbohidrogenlər olan naftenli neftlər.

  3. tərkibinin 66%-i metan-naften sıralı karbohidrogenlərdən təşkil olunan naftenli-metanlı neftlər.

  4. tərkibi əsasən aromatik sıralı karbohidrogenlərdən ibarət olan aromatik neftlər (M.M.İvanova və b., 2000).

Yuxarıda göstərilənlərdən əlavə neftlərin tərkibində olan kükürdün, parafinin, qatranın və benzinin miqdarına görə onların sənaye təsnifatı da mövcuddur.
Tərkibində olan kükürdün miqdarına görə neftlər üç qrupa ayrılır:

  1. Kükürdün miqdarı 0,5% - dən az olan neftlər (az kükürdlü).

  2. Kükürdün miqdarı 0,5- 2,0% olan neftlər (kükürdlü ).

  3. Kükürdün miqdarı 2,0%-dən çox olan neftlər (yüksək kükürdlü). Tərkibindəki qatranın miqdarına görə də neftlər 3 qrupa bölünür:

  1. Qatranın miqdarı 18%-dən az olan neftlər (az qatranlı).

  2. Qatranın miqdarı 18-35% olan neftlər (qatranlı).

  3. Qatranın miqdarı 35% - dən çox olan neftlər (çox qatranlı). Neftlər tərkibində olan parafinin miqdarına görə də üç qrupa ayrılır:

  1. Tərkibində parafinin miqdarı 1,5%-ə qədər olan neftlər (az parafinli).

  2. Tərkibində parafinin miqdarı 1,5-6,0% olan neftlər (parafinli).

  3. Tərkibində parafinin miqdarı 6,0%-dən çox olan neftlər (yüksək parafinli).

Benzinin miqdarına və keyfiyyətinə görə neftlər aşağıdakı qruplara ayrılır:

  1. Yüksək oktanlı (oktan ədədi 72-dən artıq olan) benzinli neftlər.

  2. Orta oktanlı (oktan ədədi 67-71 arasında olan) benzinli neftlər.

  3. Aşağı oktanlı (oktan ədədi 67-dən aşağı olan) benzinli neftlər.


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə