Ön söz 5 GiriĢ


Fərdi yataqlarda geoloji müxtəliflik



Yüklə 4,05 Mb.
səhifə23/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   19   20   21   22   23   24   25   26   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Fərdi yataqlarda geoloji müxtəliflik


Fərdi yataq dedikdə işlənilmə məqsədi ilə ayrılmış geoloji-istismar obyekti nəzərdə tutulur. Belə geoloji cisimlərdə parametrlərin müxtəliflik dərəcəsinin təyini burada işlənilmə prosesini düzgün aparmağa imkan verir.
Aşağıda konkret neftli strukturda müxtəliflik məsələsinin həlli yolları verilmişdir. Misal olaraq makro-müxtəliflikdən məhsuldar layın bölünməsi, mikro-müxtəliflikdən isə lay neftlərinin özlülüyünün dəyişmə xarakteri verilmişdir (cədv.II.2, şək.II.20).
Göründüyü kimi, bu lay braxiantiklinal formadadır. Burada 9 quyu qazılmış və hər iki parametrin ölçüləri əldə edilmişdir.
İlkin öyrənilmələrə görə layın bölünməsi neftin özlülüyünə nisbətən daha dəyişkəndir. Belə ki, hərgah quyuların kəsilişində bu göstəricinin qiyməti strukturun tağ hissəsində 3-dürsə (quyu №1), qanadlara doğru artır: şimalda 7 (quyu № 2), cənubda - 9 (quyu №6), uzaq periklinallarda isə hətta 14-ə çatır (quyu №3 və №9).

Layın bölünməsi və neftin özlülüyünün quyular üzrə paylanması və statistik göstəriciləri


Cədvəl II.2.



Quyu- ların nömrəsi

Koordinatlar

Layın bölünməsi

Neftin özlülüyü, mPa·s

X

Y

1

10.0

10.8

3

25

4

6.8

5.5

8

27

2

9.6

15.5

7

26

3

11.5

7.5

14

25

6

13.9

12.2

9

28

5

15.3

11.0

8

26

7

16.3

16.0

10

28

8

18.6

16.0

13

27

n=8




_

_




X1  9.55

X 2  26.66




2  13,2

2  1,5




1

2




1  3,64

2  1,22




V1 = 38

V2 = 5

Neftlərin laboratoriya analizi burada dəyişmələrin daha kiçik miqyaslarda getdiyini göstərir (25-28 mPa·s).


Beləliklə, eyni bir layda lay parametrlərinin dəyişmələrinin müxtəliflik dərəcələri qeyd olunur. Bu da statistik göstəricilərin qiymətləri ilə təsdiqlənir (cədv.II.2): hərgah layın bölünməsində kəskinlik qeyd olunursa (variasiya əmsalının qiyməti V=38%), neftin özlülüyünün sahəvi paylanmasında müxtəliflik dərəcəsi kiçik miqyasda baş vermişdir (V=5).
Fundamental riyazi statistikaya görə (Е.С.Вентцель,1988; В.Е.Гмурман,1972) variasiya əmsalının qiyməti V>33% olduqda baxılan cəmlərdə kəskin müxtəliflik mövcuddur. Bizim göstərdiyimiz misala nəzər yetirsək, deyə bilərik ki, baxılan layda bölünmə müxtəlifliyi əhəmiyyətlidir və bu fakta mütləq diqqət yetirilməlidir. Məsələn, işlənilmə prosesində suvurmanı əsaslandırarkən konturarxası variantın effektli olacağı hər tərəfli tədqiq olunmalıdır. Belə ki, qanad və xüsusilə periklinal hissələrdə bölünmə dərəcəsinin yüksəkliyi şəraitində yatağın kontur arxasına vurulan suyun, onun mərkəz hissələrinə eyni dərəcədə təsiri müşahidə olunmur.



Şəkil II.20. Geoloji müxtəliflik parametrlərinin (a-layın bölünməsi; b – lay neftinin özlülüyü) paylanma xəritələri





Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə