Ön söz 5 GiriĢ


Neft və qaz yataqlarının enerji xüsusiyyətləri



Yüklə 4,05 Mb.
səhifə31/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   27   28   29   30   31   32   33   34   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Neft və qaz yataqlarının enerji xüsusiyyətləri


Neftin və qazın hasil edilməsi üçün onların məsaməli mühitdə hərəkətetmə qabiliyyəti olmalıdır. Layda hərəkəti (axımı) reallaşdıran amil isə hər şeydən əvvəl onun təzyiqidir: yataqda təzyiqin yüksək olması flüidlərin quyu dibinə aktiv hərəkətinə gətirirsə, az olduqda isə, əksinə, onların yerdəyişməsini çətinləşdirir.
Layın temperaturunun da neftin hərəkətinə təsiri vardır. Bu təsir, hər şeydən əvvəl, neftin özlülüyünün dəyişməsi ilə əlaqədardır: layda temperaturun yüksəkliyi şəraitində neftin özlülüyü az olur ki, bu da onun hərəkətinə müsbət təsir edir.
Yataqların enerji xüsusiyyətlərini formalaşdıran amil lay rejimi adlanır. Lay rejimi yatağın işlənilmə effektivliyini müəyyənləşdirən əsas göstəricidir. Məsələn, layın qanad hissələrində yerləşən sular işlənilmə prosesində onun sahəsi üzrə aktiv hərəkət edə bilirsə, burada yerləşən neft yığımlarını tədricən quyulara doğru sıxışdırır. Layda belə şərait olmadıqda isə, onun ilk lay təzyiqləri işlənilmə prosesində kəskin azalır ki, bu da məsaməli mühitdə yerləşən neftin hərəkətini məhdudlaşdırır.
Neft-qaz mədən geologiyasının qeyd olunan müddəalarının ətraflı şərhi ardıcıl olaraq aşağıda verilir.

Lay təzyiqi


Lay təzyiqinin karbohidrogen yataqlarının işlənilməsində rolunu qeyd etməzdən əvvəl onun yaranma xüsusiyyətlərinin sadə halına baxaq.
Beləliklə, dənizin dayaz hissələrində toplanmış qumlu məsamələr su ilə tam doymuş olur. Sonralar geoloji proseslər baş verir və dənizin dibi tədricən çökməyə (enməyə) məruz qalır, qumlu çöküntülərin toplanması davam edir. Müəyyən həddə (qalınlığa) çatdıqdan sonra hövzədə kəskin enmə prosesi baş verir ki, bu da qum çöküntülərinin üstündə gillərin toplanmasına səbəb olur. Sonrakı epeyrogenik (qalxıb-enmə) prosesləri hövzədə çöküntü laylarının növbələşməsini yaradır. Onu da qeyd edək ki, qum laylarının daban və tavanında yatan gil layları çox hallarda onların təcrid (izolyasiya) olunma
şəraitini yaradır. Sonralar strukturun əmələgəlməsi və miqrasiya prosesləri nəticəsində müxtəlif təzyiqli neft və qaz yataqları əmələ gəlir. Həmin yataqlarda ilk lay təzyiqin qiyməti onun yerləşdiyi hövzənin geoloji xüsusiyyətlərindən, layların yatma dərinliklərindən, tektonik qırılmaların mövcudluğu və funksiyasından (ekran və keçirici) və s. amillərdən asılıdır. Ümumiyyətlə, ilk lay təzyiqinin qiyməti onun hidrostatik durumuna müvafiq olur və aşağıdakı düsturla hesablanır:
Play= H
10
Bu o deməkdir ki, normal yatma şəraitində dərinliyin hər 10 metr artması ilə təzyiq 0,1 MPa artır. Lakin, yataqəmələgəlmə prosesindən asılı olaraq lay təzyiqinin yuxarıda qeyd olunan dərinlik amili ilə uzlaşma halına az rast gəlinir: bəzi yataqlarda lay təzyiqi hidrostatik sütunun qiymətindən çox, digərlərində isə az ola bilər.
Birinci qrup yataqlara anomal yüksək lay təzyiqli, ikincisinə isə anomal aşağı lay təzyiqli yataqlar deyilir.
Lay təzyiqinin ölçü vahidi meqapaskaldır (MPa) .
Lay təzyiqini ölçmək üçün dərinlik manometrlərindən istifadə edilir.
Neft və qaz yataqlarının işlənilməsində lay təzyiqinin iki göstəricisinin qiymətlərindən istifadə edilir: ilk (yataqdan mayenin hasil edilmə anına qədər) və cari (dinamik).
Lay təzyiqinin qiymətlərini almaq üçün təcrübədə aşağıdakı düsturdan istifadə edilir.
Play= h
S
Burada h – maye sütunun hündürlüyü; ρ – quyudakı mayenin sıxlığı;
S - əmsaldır (102-yə bərabərdir).
Yataqların işlənilmə proseslərinin müxtəlif dövrləri üçün lay təzyiqinin sahəvi dəyişməsini tədqiq etmək məqsədilə həmin dövrlər üçün müvafiq izobar xəritələri tərtib olunur.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə