Ön söz 5 GiriĢ


Layların geoloji müxtəlifliyinin müqayisəli təhlili



Yüklə 4,05 Mb.
səhifə25/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   21   22   23   24   25   26   27   28   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Layların geoloji müxtəlifliyinin müqayisəli təhlili


Neft və qaz yataqlarının kəsilişi və sahəsi üzrə lay parametrlərinin paylanmasının sadə formasına rast gəlinmir: onların ölçü qiymətləri laydan laya, sahədən sahəyə doğru müəyyən dəyişmələrin olduğunu göstərir. Onların hər birində təzahür edən müxtəliflik göstəricilərinin təhlili fərdi yataqlarda istifadə edilməlidir. Lakin burada növbəti, çox vacib bir geoloji-mədən tədqiqatının da aparılma tələbatı qarşıya çıxır. Bu da parametrlərin müxtəliflik dərəcələrinin laylar arasında və ya yatağın tektonik sahələri üzrə müqayisə edilməsi ilə əlaqədardır.
Belə qoyuluşlu məsələnin həlli yataqlarda işlənilmə prosesinin effektli aparılması üçün səmərəli yolların seçilməsinə və əsaslandırılmasına imkan verir. Geoloji müxtəliflik dərəcəsinin müqayisəli analizi məsələnin qoyuluşundan asılı olaraq iki səviyyədə aparılır: sadə və mürəkkəb.
Sadə səviyyə. Bu halda lay parametrlərinin cüt (qoşa) müqayisəsi həyata keçirilir. Layın bölünməsinin, süxur məsaməliyinin və s. təyin olunmuş qiymətlərinin kəsilişin iki layında (A və B) paylanmasının müqayisə edilmə prosesi aşağıda verilir.

Şəkil II.23. Süxur məsaməliyinin və layın bölünməsinin A və B yatağında paylanması


(surətdə - quyu nömrəsi, məxrəcdə parametrin qiyməti)
Süxur məsaməliyinin A və B laylarında qiymət variantları
Cədvəl II.3.
A B





Quyuların nömrəsi



X

_ ( X X )

_
( X X ) 2

1

4

-1,2

1,44

2

6

0,8

0,64

3

5

-0,2

0,04

4

5

-0,2

0,04

5

6

0,8

0,64

6

5

-0,2

0,04

7

6

0,8

0,64

8

5

-0,2

0,04




X =5,2










Quyuların nömrəsi



X

_ ( X X )

_
( X X ) 2

1

5

0,4

0,16

2

5

0,4

0,16

3

4

-0,6

0,36

4

4

-0,6

0,36

5

4

-0,6

0,36

6

5

0,4

0,16

7

5

0,4

0,16

8

5

0,4

0,16




X =4,6









Layın bölünməsinin A və B laylarında qiymət variantları A B
Cədvəl II.4.

A və B laylarının məsaməlik və bölünməsi üzrə statistik müqayisə


Cədvəl II.5.



Parametrlər



Laylar

Statistik göstəricilər

Parametrik meyarlar, =0,05



X

2



V,%

thes.

tcədv.

Fhes.

Fcədv.

Süxürların
məsaməliyi, %

A

22,1

0,98

0,99

4,48

0,47

2,36

38,2

3,44

B

21,0

37.42

6,12

29,14

Layların
bölünməsi

A

5,2

0,5

0,71

13,65

1,82

2,36

1,85

3,44

B

4,6

0,27

0,52

11,30

Tutaq ki, hər iki layı açmış quyularda lay parametrlərindən bölünmə əmsalı və məsaməliyin ölçüləri əldə edilmişdir. Bu parametrlərin laylardakı qiymətlərini müqayisə etmək üçün əməliyyat bu ardıcıllıqla həyata keçirilir.

    1. Xəritələrdə quyuların yeri göstərilməklə parametrlərin qiymətləri qeyd edilir (şək.II.23)

    2. Parametrlərin paylanmasını səciyyələndirən cədvəllər tərtib edilir (cədv. II.3., II.4.).

    3. Baxılan parametrlərin A və B laylarında fərqlənmə dərəcələrini müəyyən etmək üçün parametrik meyarlardan istifadə edilir (cədv. II.5).

Alınan nəticələrin öyrənilməsi göstərir ki, A və B laylarının bölünməsi və süxurların məsaməliyi arasında fərqlənmə dərəcəsi müxtəlif cür təzahür edir. A və B layları süxur məsaməliyinin orta qiymətlərinə görə az fərqlənirsə (thes=0,47, tcədv=2,36), qeyri-bircinslilik dərəcəsinə görə isə fərqlənmə kəskin səviyyədə özünü göstərir (Fhes=38,2, Fcədv=3,44). Layların bölünməsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, hər iki statistik meyyara görə müqayisə olunan laylar bir-birindən cüzi fərqlənirlər. Belə ki, thes<tcədFhes< Fcədv olmuşdur (meyarların cədvəl qiyməti 95% etibarlılıqla əks edilmişdir).
Alınan nəticələr bu layların işlənilmə layihələrin tərtibində istifadə edilə
bilər.
Mürəkkəb səviyyə
Təcrübədə bəzən 2-dən artıq geoloji cisim hər hansı bir parametrin müxtəliflik dərəcəsinin öyrənilməsi lazım gəlir. Bu tələbatın ənənəvi üsullarla həlli çox vaxt birmənalı nəticələr vermir. Odur ki, burada riyazi statistikanın müvafiq üsullarının tətbiqinə müraciət olunur.
Qeyd olunanları aşağıdakı misalda izah edək.
Tutaq ki, hər hansı bir yataq sahəsi tektonik qırılmalarla 6 hissəyə bölünmüş və sərbəst istismar obyektləri kimi işlənilir. Bütün hissələrdə quyuların ümumi hasilatında müəyyən qədər su da iştirak edir. Buradakı hidrokimyəvi tədqiqatlar bu yatağın sularının ümumi minerallaşmasının müxtəlif dəyişmələrini göstərir. Bölünmüş bloklarda onların oxşarlığının olub-olmamasının təyini tələb edilir. Belə ki, qoyulan
məsələnin həlli yatağa daxil olan suyun mənşəyi, aktivlik dərəcəsi və s. haqqında məlumatlar əldə etməyə imkan verir.
Bu məsələni həll etmək üçün lay sularının ion-duz göstəricilərinin qiymətləri tektonik bloklar üzrə təyin edilmişdir. Misal üçün burada istismar edilən quyulardan su analizlərindən ümumi minerallaşma (a+k) qiymətləri təsvir edilmişdir (cədv. II.6, şək. II.24.).


Tektonik qırılmalarla mürəkkəbləşmiş yataqda suların ümumi minerallaşmasının statistik qiymətləndirilməsi


Cədvəl II.6.



Tektonik sahələr

Analizlərin sayı

a+k -nın orta qiyməti, mq/ekv,
X

Dispersiya, σ2

Orta kvadratik meyl, σ



Variasiya əmsalı,
%

Meyarlar, =0,05

Fişer

Bartlet



Fhes.



Fcədv.



Bhes.



2cədv.

I


21


70,9


178,6


13,4


0,19














II

23

70,2

80,0

13,4

0,19













III
IV

8
22

65,6
61,3

48,3
114,5

6,95
10,7

0,11
0,17

7,94

2,30

44,93

11,1

V

19

52,3

15,9

3,98

0,08













VI

8

54,3

3,9

1,97

0,04













Şəkil II.24. Tektonik qırılmalarla mürəkkəbləşmiş yataqda suların ümumi minerallaşmasının paylanma sxemi


Bu cədvəlin qiymətlərindən istifadə edərək lay sularının müxtəliflik dərəcəsi Fişer və Bartlet meyarlarının köməyi ilə aşkar edilmişdir.
Hesablama nəticələri belə olmuşdur: Fişer meyarının 95% etibarlılıqla böhran qiyməti 2,30 olduğu halda, hesablanmış qiyməti 7,94 təşkil edir. Bartlet meyarının 95% etibarlılıq səviyyəsində böhran qiyməti 11,1 olduqda isə, hesablanmış qiyməti 44,9 olmuşdur.
Beləliklə, lay sularında (ümumi minerallaşmaya görə) ayrılmış tektonik bloklarda heç bir oxşarlıqdan söz gedə bilməz. Belə ki, baxılan geoloji-statistik şərait üçün hər iki meyarın hesablanmış qiymətləri 95% etibarlılıqla onların böhran qiymətlərindən xeyli çoxdur. Bu da o deməkdir ki, yatağı parçalamış tektonik qırılmalar ekran xarakterli olmuş, yatağın bir hissəsindən digərinə maye axımının qarşısını almışdır. Layda tətbiq olunan işlənilmə prosesi (xüsusilə müxtəlif intensivliklə tətbiq olunan suvurma) buradakı ilkin hidrokimyəvi şəraiti daha da mürəkkəbləşdirmişdir.
Beləliklə, lay parametrlərinin oxşarlıq dərəcələrinin müxtəlif səviyyələrdə müqayisəli analizi neft yataqlarının işlənilməsinin təcrübi məsələlərinin həllində istifadə oluna bilər.


Geoloji müxtəlifliyin öyrənilməsində məlumatların tələb olunan sayının təyini


Məlum olduğu kimi, geoloji obyektlərin öyrənilməsinin etibarlılığı həmin obyektlərdən alınmış məlumatların sayı və paylanma xüsusiyyətlərindən asılıdır: onların sayı artdıqca və bərabər sahəvi paylanması təmin olunduqca yataqların öyrənilən parametrləri haqqında dolğun məlumatlar əldə edilə bilər. Lakin neft geologiyasında bu sahədə müxtəlif hallara rast gəlinir: bəzi yataqlarda quyuların sayı məhdud olduğundan (axtarış və kəşfiyyat mərhələsində) onların geoloji müxtəliflik dərəcəsinin öyrənilməsi istənilən səviyyədə olmur. Belə halın əksinə də rast gəlmək olar: məsələn, Abşeronun mərkəzində yerləşən strukturlarda uzun müddət işlənilmədə olan quyuların sayı o qədər çoxdur ki, onların hamısının məlumatlarından eyni zamanda istifadə etmək müsbət nəticələr vermir.
Bütün hallarda yataqların geoloji müxtəliflik dərəcəsini aşkar etmək üçün məlumatların tələb olunan (optimal) sayının müəyyən edilməsi aktuallıq kəsb edir. Bu məqsədlə müxtəlif riyazi üsullardan istifadə edilir.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu üsullar arasında entropiya daha çevik olmaqla qoyulan məsələnin etibarlı həllinə imkan verir.
Entropiyanın riyazi qoyuluşu hazırkı kitabın “Əlavələr”ində verilir.

    1. Yüklə 4,05 Mb.

      Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə