Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə27/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   23   24   25   26   27   28   29   30   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Neftin fiziki xüsusiyyətləri
Neftin sıxlığı - əsas xüsusiyyətlərindən biri hesab olunur və tərkibindəki qarışıqlardan asılı olaraq 0,750-1,0 q/sm3 arasında dəyişir. Bununla belə qeyd etmək lazımdır ki, təbiətdə sıxlığı 0,750 q/sm3 -dan az və 1,0-dən çox olan neftlərə
də rast gəlinir. Məsələn, Azərbaycanda Suraxanı yatağından alınan ağ neftin sıxlığı 0,710 q/sm3, İranda və Kaliforniyada çıxarılan ağır neftin isə bu göstəricisi uyğun olaraq 1,016 və 1,010 q/sm3 təşkil edir. Ümumiyyətlə, xüsusi çəkisinə görə neftlər iki kateqoriyaya bölünür: yüngül (xüsusi çəkisi - 0,900 q/sm3 qədər) və ağır ( 0,900 q/sm3- dan yüksək) neftlər.
Neftin özlülüyü – lay şəraitində onun hərəkətetmə dərəcəsini göstərir. Odur ki, yataqların işlənilmə prosesində özlülüyün həm sahəvi və həm də dərinliklər üzrə paylanmasına xüsusi diqqət yetirilir.
Neftin özlülüyü onun sıxlığından asılıdır: yüngül neftlərin özlülüyü azdır və ya əksinə.
Neftin özlülüyü millipaskal saniyə (mPa∙s) ilə ölçülür. Bu göstəricinin qiymətinə görə neftlər aşağıdakı kimi qruplaşdırılır: cüzi özlülüklü ≤1 mPa∙s; az özlülüklü -1-5 mPa∙s; özlülüklü – 5-25 mPa∙s və yüksək özlülüklü  25 mPa∙s.
Təcrübədə adətən nisbi özlülüyü təyin edirlər. Bunun üçün kapillyardan axan eyni həcmli neft ilə suyun axma müddətləri viskozimetr adlanan cihazda tutuşdurulur. Qeyd edək ki, bu məqsədlə ən çox Enqler viskozimetrindən istifadə edilir.
Neftlərin özlülüyü onların kimyəvi tərkibindən və yatım şəraitindən asılı olaraq böyük hüdudlarda dəyişir. Neftin molekulyar çəkisi artdıqca onun özlülüyü də artır, temperatur artdıqca - özlülüyü azalır. Özlülüyə əks olan kəmiyyət axıcılıq adlanır.
Neftin rəngi və flüoressensiyası. Neftlər şəffaf rəngdən tutmuş tünd qara- qəhvəyi rəngə kimi dəyişir. Adi şəraitdə neftin müxtəlif rənglərdə görünməsinə onun flüoressensiyası deyilir. Təbiətdə rast gələn neftlərin rəngi, onların tərkibində olan asfalt və qatranların miqdarından asılıdır: bu maddələrin miqdarı artdıqca neftin rəngi tündləşir.
Neftin səthi gərilməsi – mayenin öz səthini böyütməsinə göstərdiyi müqavimət qüvvəsinə deyilir. Səthi gərilmə qüvvəsi təzyiqin artması ilə düz, temperaturun artması ilə tərs mütənasibdir.
Neftin buxarlanması və qaynama temperaturu. Neftin buxarlanması onun səthində əmələ gələn buxarın olması ilə ifadə olunur. Neftin tərkibindən asılı olaraq qaynama temperaturu müxtəlif olur. Neftin qaynama temperaturu yüngül neftlərdə aşağı, ağır neftlərdə isə yüksək olur.
Neftin alışma alovlanma temperaturu. Alışma temperaturu elə temperatura deyilir ki, bu halda neftin buxarı ilə hava qarışığına od yaxınlaşdırdıqda buxar alışır.
Əgər yanma buxarla yanaşı mayedə də gedərsə, onda buna alışma və bu hala uyğun olan temperatura isə alışma temperaturu deyilir. Benzinin alışma temperaturu 20-250C, sürtkü yağlarında isə bu temperatur 3000C və daha yüksək olur.
Neftin istilik tutumu 1q nefti 10C qızdırmaq üçün sərf olunan istiliyin miqdarına deyilir. Neftin istilik tutumu ilə sıxlığı arasında tərs mütənasib asılılıq mövcuddur.
Neftin xüsusi yanma istiliyi 1 kq neftin yandırıldıqda verdiyi istiliyə deyilir. Neftin xüsusi yanma istiliyi onun sıxlığı ilə tərs mütənasib olub 10000-11250 kkal arasında dəyişir. Məsələn, sıxlığı 0,793 q/sm3 olan Suraxanı neftinin yanma istilik qabiliyyəti 10916 kkal, sıxlığı 0,923 q/sm3 olan Binəqədi neftinin isə 10430 kkal təşkil edir (M.M. Ivanova və b., 1985).
Neftin elektrikkeçirmə qabiliyyəti. Neftlər dielektrik xüsusiyyətinə malik olduğuna görə elektrik cərəyanını keçirmir. Məhz onun bu xüsusiyyətindən istifadə edərək geofiziki tədqiqat üsullarında süxurların müqavimətinin ölçülməsi üsulu yaradılmışdır.
Neftin həllolma həlletmə qabiliyyəti. Neft həm həlledici və həm də həllolma qabiliyyətinə malikdir. Belə ki, o benzin, xloroform, benzol, efir və s. kimi həlledicilərdə yaxşı həll olunduğu kimi, özü də qazları, yodu, kükürdü, kauçuku, qatranı və başqa bitki, heyvan yağlarını özündə həll edir.
Lay qazları

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə