Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə29/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   25   26   27   28   29   30   31   32   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Suların kimyəvi tərkibi. Suları öyrənmək üçün əsas üsullardan biri onların tərkibinin kimyəvi analizidir. Adətən, lay suları ilə təmas edən süxurların
tərkibindəki mineral maddələrə, həmin sularda həll olmuş şəkildə rast gəlinir. Sularda həll olmuş mineral maddələrin miqdarı və tərkibi geniş hüdudda dəyişir.
Neft yataqlarının sularının tərkibində ən çox natrium ionları, az miqdarda isə qələvi-torpaq elementləri vardır. Daha sonra xloridlər (Cl ionları), karbonatlar (CO3 ionları), bikarbonatlar (HCO3 ionları), həll olmuş qazlardan isə karbon qazı (CO2), metan (CH4 ), hidrogen-sulfid (H2S) rast gəlinir.
Bəzən neft yataqlarının sularında qiymətli yod, brom və bora təsadüf olunur. Neft yataqlarının sularındakı duzlar, adətən, müsbət və mənfi elektrik yüklü olurlar. Buna görə də suların kimyəvi tərkibinin bir litr və ya 100 q suya görə qramla, yaxud milliqramlarla ion formasında ifadə edilməsi qəbul edilmişdir.
Adətən, neft və qaz yataqlarının sularında aşağıdakı komponentlər iştirak

edir:


həll olmuş duz ionları – anionlardan OH - , Cl - , SO4-2 , CO3- 2, HCO3- ; kationlardan isə H+, K+ , Na+ , NH4+ , Mg+2 , Ca+2 , Fe+2 , Mn+2; mikroelementlər – Br- , J- , B+3, Sr+2;
kolloidlər – SiO2 , Fe2O3 , Al2O3 ; qazlar – CO2, H2S, CH4 , H2, N2 ;
üzvi maddələr – naften turşusu və onun duzları.
Tədqiqatlar göstərir ki, eyni lay daxilində suların kimyəvi tərkibi sabit

qalmır. Süxurlarda suların fasiləsiz hərəkəti zamanı onların bir-birinə təması nəticəsində suların tərkibləri və xassələri dəyişir.
Suların kimyəvi tərkiblərinə görə bir sıra təsnifatları vardır. Bunlardan Palmer və Sulin təsnifatları əsas yer tutur. Qeyd etmək lazımdır ki, bütün kimyəvi təsnifatlar ionların faiz ekvivalent çəki qiymətinə əsaslanır.
Palmer təsnifatı. Bu təsnifatın əsasını Na+ + K+ və Cl-, SO4-2 ionlarının bir- birinə olan nisbətinə görə siniflərə bölünməsi (5 sinif) qanunu təşkil edir. Həmin nisbətdən asılı olaraq sularda bu və ya digər duzluluq (S), yaxud qələvilik (A) iştirak edir.
Əgər (Na+ + K+ ) a ilə, (Cl- + SO4-2) b ilə, (Ca+2 +Mg+2) isə c ilə işarə edilərsə, aşağıdakı siniflər ayrıla bilər:

I sinif - b olduqda suda S1, A1 və A2 ;

  1. sinif - b=a olduqda suda S1 , A2 ;

  2. sinif - aolduqda suda S1 , S2 , A2; IV sinif - b=a+c olduqda suda S1 , S2 , A3;

V sinif - b>a+c olduqda suda S1 , S2 , S3 .
Qeyd etmək lazımdır ki, Palmer təsnifatına görə suların mənşəyini müəyyən etmək mümkün olmur. Odur ki, bu məsələni aydınlaşdırmaq üçün Sulin təsnifatından istifadə edilir.
Sulin təsnifatı. Sulin suların mənşəyini aydınlaşdırmaq üçün üç genetik (mənşə) əmsal təklif edir:
rNa+/rCl- , rNa+ - rCl-/rSO4-2, rCl- - rNa+/rMg+2 .
Bu əmsallara görə suların tiplərinin təyin edilməsi aşağıdakı cədvəldə göstərilmişdir.
Suların təsnifatı (Sulina görə) Cədvəl II.7.



sıra №-
si

Sulinə görə suyun tipi

rNa+ /rCl-

rNa+ - rCl-/rSO4-2

rCl- - rNa+/rMg+2

1

natrium-sulfat suları

>1

<1

<0

2

natrium-karbonat suları

>1

>1

<0

3

kalsium-xlorid suları

<1

<0

>1

4

maqnezium-xlorid suları

<1

<0

≤1

Qeyd: r - analizin ekvivalent şəkildə hesablandığını göstərir.
Cədvəldə birinci iki tip sular kontinental mənşəli, dördüncü tip sular dəniz mənşəli sulara aiddir. Üçüncü tip sular isə istər kontinental, istərsə də dəniz mənşəli suların dərinliklər şəraitində metamorfizləşməsini göstərir.
Suların fiziki xüsusiyyətləri
Suların fiziki xassələri onlarda həll olmuş duzların tərkibindən asılıdır. Neft yataqlarının sularında, adətən, xeyli miqdarda natrium-xloridə, az miqdarda isə başqa duzlar və kimyəvi birləşmələrə rast gəlinir.
Sıxlıq suyun kütləsinin həcminə olan nisbətidir. Sıxlıq vahidi distillə olunmuş suyun 40C -dəki sıxlığı qəbul edilir və q/sm3 ilə ölçülür. Suların sıxlığı onların temperaturu, minerallaşma dərəcəsi, təzyiqi, həll olmuş qazların miqdarından asılıdır.
Özlülük suların minerallaşma dərəcəsindən və temperaturdan asılıdır. Minerallaşma dərəcəsi artdıqca özlülük də artır, temperatur artdıqda isə özlülük azalır. Məsələn, suyu 150C –dən 1000C -ya qədər qızdırıldıqda onun özlülüyü altı dəfə azalır.
Temperatur. Yeraltı suların temperaturu bir sıra geoloji amillərdən asılıdır. Sular temperatura görə çox soyuq (0-50C), soyuq (4-200C ), ilıq (20-370C), isti (37- 420C), çox isti (42-1000C) və qaynar (1000C - dən çox) qruplara bölünür.
Dad. Dadlarına görə sular duzlu, acı, şirin və turş sulara ayrılır. Bəzən sular az da olsa, xlor və metal dadı da verir.
Qoxu. Sular, onlarda həll olan maddələrdən asılı olaraq müxtəlif iyə malikdirlər. Məsələn, suda kükürd olduqda lax yumurta iyi verir. İyin kəskinliyi xüsusi şkala ilə təyin edilir.
Şəffaflıq sularda həll olan, yaxud asılı halda olan mineral və üzvi maddələrin növlərindən asılıdır. Neft yataqları sularının şəffaflığı naften turşusu, neft və qaz qarışıqlarının miqdarından asılıdır. Şəffaflıq hündürlük sütunu ilə (sm ilə) ifadə edilir.
Rəng. Tərkibində dəmir olan sular pas rəngində, kükürd olan sular mavi, və
s. rənglərdə olur.
Elektrik keçiriciliyi. Yeraltı suların elektrik keçiriciliyi onların minerallaşma dərəcəsindən asılıdır. Distillə olunmuş su elektrik cərəyanını keçirmir. Suyun minerallaşma dərəcəsi artdıqca onun elektrik axınına müqaviməti azalır.
Xüsusi elektrik müqaviməti təbii məhlullar üçün müvafiq düsturla hesablanır.



    1. Yüklə 4,05 Mb.

      Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə