Ön söz 5 GiriĢ


Karbohidrogen yataqlarının ehtiyatları və onların hesablanması



Yüklə 4,05 Mb.
səhifə38/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   34   35   36   37   38   39   40   41   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Karbohidrogen yataqlarının ehtiyatları və onların hesablanması


Yataqlarda neft, qaz və kondensat yığımlarının həcmi onları xalq təsərrüfatı baxımından qiymətləndirməyə imkan verir. Odur ki, ayrı-ayrı
layların və bütövlükdə mədənin ehtiyatları haqqında məlumatların alınması ən vacib problem kimi qiymətləndirilməlidir. Problemin həlli müxtəlif çətinliklərlə qarşılaşır. Belə ki, flüidlərin toplandığı geoloji mühit hər hansı bir həndəsi formaya uyğun gəlmir, daxili quruluşu isə lay parametrlərinin müxtəlifliyi və tektonik qırılmalarla səciyyələnir. Lakin yatağın axtarış və kəşfiyyat işlərinin sonunda belə ən vacib elementlər haqqında ətraflı məlumatlar olmur. Belə şəraitdə lay flüidlərinin ehtiyatlarını hesablamaq üçün müvafiq elm sahələrinin, o cümlədən, geologiya, geofizika, riyazi statistika, ehtimal nəzəriyyəsi və s. imkanlardan geniş istifadə edilir.
Problemin vacibliyini nəzərə alaraq tələbələrə “Neft, qaz və kondensat ehtiyatlarının hesablanması” fənni tədris olunur. Bu səbəbdən də hazırkı dərslikdə yataqların ehtiyatlarının hesablanması haqqında yalnız ümumi təsəvvür verilir.
Beləliklə, lay süxurlarında toplanmış neft, qaz və kondensatın miqdarına ehtiyat deyilir. Ehtiyat dəqiqlik dərəcəsinə görə xüsusi təsnifat əsasında qiymətləndirilir. Yataqların ehtiyatları öyrənilmə dərəcəsinə görə aşağıdakı kateqoriyalara ayrılır – A, B, C1və C2 kateqoriyaları.
A kateqoriyası. Yataqlar istismar edilən dövrdə onların informasiyası tam əldə edilibsə, onun ehtiyatı A kateqoriyasına aid edilir. Bu halda yatağın forma və qalınlığı, kollektor xassələri, neft və qazın fiziki-kimyəvi tərkibi, quyuların hasilatı ilə yanaşı onların təbii rejimləri haqqında dəqiq məlumatların olması tələb olunur. Bundan əlavə A kateqoriyalı ehtiyata malik yataqların sahəsi tamamilə quyu şəbəkəsi ilə əhatə olunmalı və həmin quyulardan yatağın geoloji-texnoloji parametrləri haqqında kompleks məlumatlar əldə edilməlidir.
B kateqoriyası. Yataqların ehtiyatının B kateqoriyasına aid edilməsi üçün aşağıdakı amillər tələb olunur: yatağın müxtəlif hipsometrik hissələrində qazılan quyulardan sənaye əhəmiyyətli neft və qaz hasil edilməli; lay neftinin və qazının tərkibi dəqiq öyrənilməli və yatağın forma və ölçüləri,
süxurlarının kollektorluq qabiliyyəti haqqında müəyyən (təxmini) məlumatlar olmalıdır.
C1 kateqoriyası. Yataqların geoloji və geofiziki öyrənilməsi kifayət qədər olmadıqda onun ehtiyatı C1 kateqoriyasına aid edilir. Lakin burada yataq üçün ən azı aşağıdakı məlumatlar olmalıdır: yataqda qazılan bəzi quyularda sənaye əhəmiyyətli hasilat qeyd edilməli; layların formasını və yatma şəraiti, kollektorluq haqqında quyu məlumatı məhdud olduğundan geofiziki və analoji öyrənilmiş (qonşu strukturlara əsasən) metodlar vasitəsilə təsəvvür yaranmalıdır.
C2 kateqoriyası. Quyu məlumatı perspektiv strukturlarda geoloji- geofiziki təsnifatlarla əsaslandırılan ehtiyatlar C2 kateqoriyasına aid edilir.
Neft yataqlarının ehtiyatı xalq təsərrüfatı baxımından iki tipə bölünür: balans ehtiyatı – iqtisadi göstəricilərə görə istismarı məqsədə uyğun olan
yataqların ehtiyatı;
balansdan kənar ehtiyatı – müvafiq texnika və texnologiya ilə və ya iqtisadi göstəricilərə görə cari dövrdə istismar edilməyən yataqların ehtiyatı.
Ehtiyatlar hesablanarkən aşağıdakı bölgülər nəzərə alınmalı və əsaslandırılmalıdır: balans - ilk və qalıq (cari), çıxarılabilən - ilk və qalıq (cari).

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə