Ön söz 5 GiriĢ


Yataqların çıxarılabilən neft ehtiyatının hesablanması



Yüklə 4,05 Mb.
səhifə40/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   36   37   38   39   40   41   42   43   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Yataqların çıxarılabilən neft ehtiyatının hesablanması


Qeyd olunduğu kimi, nefti digər faydalı qazıntılardan fərqləndirən əsas göstəricilərdən biri onun ehtiyatının tam realizə edilə bilinməməsidir. Ən müasir texnologiyanın yataqların ideal təbii şəraitində tətbiqi onların ilk (balans) ehtiyatının 60-70% - dən artıq hasil edilməsinə imkan vermir.
Laylarda toplanmış neftin ümumi miqdarından onun realizə oluna bilən hissəsi – yataqların çıxarılabilən neft ehtiyatı adlanır.
Yatağın çıxarılabilən ehtiyatının onun balans ehtiyatına nisbəti son neftvermə əmsalı ilə ifadə olunur.

Kson
Qçb Qbal

Bu göstəricinin qiymətinin etibarlı təyin edilməsi üçün müxtəlif üsullar təklif olunmuşdur.

Müxtəlif təbii rejimlərdə neftvermə əmsalının göstəriciləri.


Cədvəl II.8.


Təbii rejimlər

Son neftvermə əmsalı

M.A. Jdanov

E.A. Polambus

Subasqı

0,6 – 0,8

0,35 – 0,65

Elastik subasqı

0,5 – 0,7

-

Qaz “papağı“

0,4 – 0,6

> 0,25

Neftdə həll olmuş qaz

0,2 – 0,4

0,5 – 0,35

Qravitasiya

0,1 – 0,2

-

Qarışıq

-

< 0,6



Analogiyalar üsulu. Bu üsul yataqların son neftvermə əmsalını onların təbii (geoloji) rejimlərinə görə müəyyən edir. M.A.Jdanov və E.A.Polambus MDB və ABŞ-nın yataqları üçün, onların təbii rejimlərindən asılı olaraq aşağıdakı qiymətləri daha real sayırlar (М.A. Жданов, 1981; М.М. Иванова və b.,1985).
Qeyd etmək lazımdır ki, lay rejimləri və onların istismar prosesində dəyişilməsi haqqında çox vaxt birmənalı qərarlar qəbul etmək olmur. Odur

ki, yeni kəşf edilmiş yataq üçün son neftvermə əmsalının bu üsulla hesablanması bir çox hallarda ciddi səhvlərə gətirib çıxarır.
Hidrodinamika üsulu. Bu üsulun effektli tətbiq olunması öyrənilən yataq haqqında müxtəlif xarakterli geniş məlumatlar olduğu şəraitdə mümkündür. Azərbaycanın neft və qaz yataqlarında isə belə məlumatların olmaması və ya məhdudluğu hidrodinamika üsulları ilə son neftvermə əmsallarının təyininə imkan vermir.
Qrafika üsulu. Bu üsulla son neftvermə əmsalının təyini müxtəlif qrafiklərin qurulmasına istinad etdiyindən, şərti olaraq onu qrafika üsulu adlandırırlar. Üsul yataqların son neftvermə əmsalının əsasən neftin nisbi özlülüyündən asılılığına əsaslanır.
Nisbi özlülük - neft və suyun özlülüklərinin nisbəti olub, quyuların sulaşma tempini səciyyələndirən vacib göstəricidir (bu göstəricinin qiyməti nə qədər böyük olarsa, kollektorda toplanmış neftin hərəkəti bir o qədər çətinləşir). Qeyd edək ki, lay şəraitində neftin özlülüyü geniş miqyasda dəyişdiyi kimi, lay sularının özlülüyü də temperatur, minerallaşma, qaz tərkibi və təzyiqdən asılı olaraq 0,2-1,5 mPa·s hüdudlarında dəyişilə bilər.
Qrafika üsulunun tətbiqi üçün hər şeydən əvvəl layları geoloji müxtəliflik dərəcəsinə görə bölmək lazımdır. Burada dörd tipin ayrılması təklif olunur (Справочник по нефтепромысловой геологии, 1981).
I tip bircinsli, II-III tiplər – qeyri-bircinsli və IV tip isə yüksək qeyri- bircinsli layları əhatə edir. Burada bircinsli və qeyri-bircinsli tipli laylardan süxurların keçiriciliklərinə görə bir neçə yarımqrup ayrılmışdır. Keçiriciliyi 80 mkm2- dan çox, 30 - 80 mkm2, 10- 30 mkm2, 5 -10 mkm2 və 2,5 mkm2 qədər olan işlənilmədə olan yataqlar üçün layların son neftvermə əmsalları müəyyən edilmişdir (şəkil II.28). IV tip qeyri-bircinsli laylar üçün isə kifayət qədər məlumat olmadığına görə qrafika üsulunun tətbiqi mümkün deyil.
Layların geoloji müxtəliflik dərəcələrinə görə bölünməsi
Cədvəl II.9



Tip

Qumluluq əmsalı

Bölünmə əmsalı

Layların təsnifatı

I

>0,73

<2,3

Bircinsli

II

0,73 – 0,5

2,3 – 3,5

Qeyri-bircinsli - 1

III

0,5 – 0,3

3,5 – 5,0

Qeyri-bircinsli - 2

IV

<0,3

>5,0

Yüksək qeyri-bircinsli




  1. –nisbətən bircinsli; b) – qeyri-bircinsli

Şəkil II.28. Geoloji müxtəlifliyə görə son neftvermə əmsalının təyini


Layların neftvermə əmsalının modelləşdirilməsi üsulu. Bu üsul çoxölçülü statistik modellərin istifadəsinə əsaslanır. Riyazi aparat kimi burada korrelyasiya-reqressiya analizindən istifadə olunur. Üsulun tətbiqi, işlənilməsi praktiki olaraq başa çatmış yataqların geoloji-texnoloji parametrləri haqqında məlumatların olmasını tələb edir. Qrafika üsulundan fərqli olaraq, burada neftverməyə daha çox lay parametrlərinin təsirini nəzərə almaq mümkündür. Tənliklərdə neftvermə əmsalı ilə ayrı-ayrı parametrlər arasında müxtəlif formalı asılılıqlar göstərilir ki, bu da öz növbəsində analoji quruluşlu yeni yatağın çıxarılabilən neft ehtiyatının hesablanmasında əsas götürülür. Hazırda
müxtəlif təbii və texnoloji şəraitlərə malik istismar obyektlərini əks etdirən neftvermənin riyazi modelləri yaradılmışdır.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə