Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə41/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   37   38   39   40   41   42   43   44   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Statistika üsulu. Üsul quyu hasilatının enmə əyrilərinin tədqiqinə əsaslanır. Bu halda hasilat əyrilərinin müvafiq işlənilməsi, həmin yataqdan gələcəkdə hasil edilə biləcək neftin proqnoz miqdarını əvvəlcədən hesablanılması mümkün olur. Hazırda həmin əyrilərin aşağıdakı əsas növlərindən istifadə olunur:

  1. Quyuların (quyu qruplarının) və yaxud ümumi yatağın hasilatının zamandan asılı olaraq enmə əyriləri (istismarın əvvəlində və son mərhələsində).

  2. Quyuların istismarının əvvəlində və sonunda ölçülmüş gündəlik neft hasilatları arasında asılılığı göstərən məhsuldarlığın ehtimal əyriləri.

  3. Toplanmış (kumulyativ) hasilat əyriləri.

Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, müasir dövrdə yataqların çıxarılabilən neft ehtiyatlarını müəyyən edən universal metodika mövcud deyil. Belə ki, baxdığımız hər bir metodikanın müəyyən üstünlüklərinin olması ilə yanaşı, bəzi qüsurları da vardır. Onu da qeyd edək ki, həmin üsullardan yalnız yataqlarda müvafiq şəraitin olduğu halda istifadə edilə bilər. Dinamik üsul. Uzun müddət işlənilən neft yataqlarının geoloji-mədən məlumatlarının təhlilindən məlum olur ki, çıxarılabilən neft ehtiyatlarının hesablanmış qiymətlərinin etibarlılıq dərəcəsi yüksək deyildir. Belə ki, əgər bir qrup yatağın çıxarılabilən ehtiyatlarının tam realizəsi şəraitində onlardan müxtəlif miqdarda neft hasil edilirsə, digərlərində bu göstəricinin qiyməti o qədər böyükdür ki, onun uzaq gələcəkdə belə realizə olunacağı şübhə doğurur. Yuxarıda qeyd edildiyi kimi, göstərilən vəziyyət mövcud hesablama üsullarının bəzi çatışmamazlığı üzündən baş vermişdir. Lakin, burada iki
prinsipial qoyuluş daha əhəmiyyətli rol oynamışdır.

  1. Neft hasilatının proqnozlaşdırılması məqsədi ilə əyrilərin aproksimasiyası üçün təhlilə cəlb olunan illik məlumatlar yalnız işlənilmənin III və IV

mərhələlərini əks etdirir. Məsələnin belə qoyuluşunda işlənilmənin ən məhsuldar ilk dövrlərinin (I+II mərhələləri) göstəriciləri nəzərə alınmır.

  1. Yataqların illik neft hasilatı əyrilərinin aproksimasiyası üçün tətbiq olunan bütün üsullar ən kiçik kvadratlar üsulunun tətbiqinə istinad edir. Bu üsula görə isə yatağın faktiki işlənilmə dövrünün 20%-dən artıq müddətə proqnozlaşdırılması düzgün sayılmır. Lakin, Azərbaycanın bəzi yataqlarında neftçıxarma prosesi müddətinin son dərəcə böyük olması, proqnozların 20%- dən daha çox dövr üçün aparılmasına gətirdiyindən, çıxarılabilən neft ehtiyatlarının həcminin təyinində xətalara yol verilmişdir.

Azərbaycanın uzun müddət istismar olunan yataqlarında neftin çıxarılabilən ehtiyatlarının dəqiqləşdirilməsinin zəruriliyini nəzərə alaraq, Xabbert əyrilər sinfinin tətbiqinə və evolyusion modelləşdirilməsinə əsaslanmış yeni metodika hazırlanmışdır (B.Ə.Bağırov və b., 1995). Bu modellərin tətbiqi yataqların işlənilmə prosesində neft hasilatının müəyyən qanunauyğunluqlarla dəyişikliklərə məruz qalmasına əsaslanır.
Ümumiyyətlə, yataqların neftçıxarma dinamikasının ümumi forması əsasən şəkil II.29-da olduğu kimidir. Onda yuxarıda qeyd edilən zaman sırasında neft hasilatının dəyişilməsində müşahidə olunan tendensiyanı təsvir etmək üçün eksponensial artım əyrilərindən istifadə olunur. Bu əyrilərin asimptotunun fiziki mənası neftin çıxarılabilən ehtiyatının kəmiyyət qiyməti hesab edilir.
Eksponensial artım əyrilər sinfinin növləri kifayət qədər çoxdur və bura həmçinin S- formalı əyrilər də aid edilir: Qompers-Meykem, loqistik, modifikasiyalaşdırılmış eksponent əyriləri (Əlavələr).
İlk dəfə olaraq neft geologiyası sahəsində bu əyrilər sinfindən neft-qaz hövzələrinin ehtiyat və resurslarının proqnoz qiymətləndirilməsi M.K.Xabbert tərəfindən həyata keçirilmişdir. Ona görə də ədəbiyyatda bunlar Xabbert və ya mənimsənilmə əyriləri adlanır.

Şəkil II.29. Neft yataqlarının işlənilməsinin xarakterik mərhələləri (M.M.İvanovaya görə)


Bu modellərdən istifadə edərək işlənilmədə olan yataqların çıxarılabilən neft ehtiyatlarının həcminin hesablanması mümkündür.


Göstərilən tip əyrilərin tətbiqinin əsas mahiyyəti yataqların işlənilməsinin keçmiş dövrlərinə istinad etməklə, gələcək illərdə əldə edilə biləcək neftin miqdarının proqnozlaşdırılmasındadır.
Bunun etibarlı həlli isə əyrilərin tipinin seçilməsindən əsaslı surətdə asılıdır. Təcrübələr göstərir ki, bu məqsədlə Qompers-Meykem əyriləri daha çevikdir və onların tətbiq nəticələri yaraqların qalıq çıxarılabilən ehtiyatlarının etibarlı təyinini təmin edir.
Təklif olunan dinamik modellər Azərbaycanın xeyli sayda neft yataqlarında tətbiq olunmuş, alınan nəticələr isə neftçıxarma məsələlərinin həllində bilavasitə istifadə edilmişdir.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə