Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə90/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   86   87   88   89   90   91   92   93   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Spirmenin ranq korrelyasiyası. Üsul qeyri-normal paylanması olan iki seçmənin bir yığımına və yaxud ayrı-ayrı yığımlara aidiyyətini və eləcə də eyni yataqda iki qonşu istismar quyusunun bir-biri ilə qarşılıqlı əlaqələrini müəyyən etməyə imkan verir. Spirmenin ranq korrelyasiyasının əsas mahiyyəti aşağıdakı kimidir.
Əvvəlcə iki seçmə götürülür (I və II seçmələr). Bunlar artma və yaxud azalma sırasında düzülür və daha sonra isə hər sətirdə olan ranqların fərqi hesablanır, kvadrata yüksəlir və toplanılır.
Spirmenin ranq korrelyasiya əmsalı aşağıdakı düsturla hesablanır:
n
6 gi 2
r 1 i 1
n(n2  1)  0,5T
t

burada, T=l3-1,1 - sütunda hər-hansı bir qiymətin təkrarlanma sayı, n - cütlərin sayıdır.


Əgər, cütlərin sayı n≤30 olarsa, bu zaman korrelyasiya əmsalının qiymətini yoxlamaq üçün Spirmenin ranq korrelyasiyası əmsalı cədvəlindən istifadə etmək

olar . Cütlərin sayı n30 olduqda isə t=r
kəmiyyətindən istifadə etmək

lazımdır. t-kəmiyyəti Stüdent paylanmasına uyğundur.


Sərbəstlik dərəcəsi f = n-2 olmaqla, Stüdent paylanmasının böhran qiyməti cədvəldə verilmişdir.
Müxtəlif geoloji obyektlərin öyrənilməsi zamanı obyekti xarakterizə edən parametrlər arasındakı əlaqənin öyrənilməsi vacib sayılır.
İkiölçülü statistik modellərdə tədqiqat obyektinə ikiölçülü statistik çoxluq kimi baxılır və onun əsas xarakteristikası X, Y təsadüfi kəmiyyətlərinin paylanma funksiyasıdır.
Korrelyasiya dedikdə tədqiq edilən iki və daha çox hadisə arasındakı istənilən əlaqə nəzərdə tutulur. Korrelyasiya analizi üsullarının köməyi ilə asılı olmayan dəyişənlər arasındakı təsadüfi əlaqə tədqiq edilir və belə əlaqənin olub olmaması haqqında hipotez yoxlanılır. Tədqiq edilən çoxluğun strukturundan asılı olaraq ikiölçülü və çoxölçülü korrelyasiya əlaqələri öyrənilir. Əgər X və Y dəyişən kəmiyyətləri bir-birindən asılıdırsa, onlardan hər birinin bir qiymətinə digərinin bir və ya bir neçə qiyməti uyğun ola bilər. Bu zaman onlar arasındakı əlaqə X = f(Y) və ya Y=f(X) kimi funksional asılılıqlar ilə ifadə edilir.
Korrelyasiya asılılığı iki təsadüfi dəyişən kəmiyyət arasındakı elə asılılığa deyilir ki, kəmiyyətlərdən biri dəyişdikdə digər kəmiyyətin ona uyğun orta qiyməti dəyişsin.


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə