Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

 
 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
354) Qida borusu xərçəngi zamanı uzaq metastaz daha çox hansı orqanda olur? 
 
A) Mədədə 
B) Qaraciyərdə 
C) Sümüklərdə 
D) Beyində 
E) Sidik kisəsində 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
355) T3N1M0 kimi təsnif olunan qida borusu xərçəngi hansı mərhələyə 
uyğundur? 
 
A) IV-mərhələ 
B) I-mərhələ 
C) I,II- mərhələ 
D) III-mərhələ 
E) II- mərhələ 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
356) TNM təsnifatına görə qida borusu xərçənginin II mərhələsinə uyğun 
variant hansıdır? 
 
A) T4N1M0 
B) T1N1M1 
C) T1N0M0 
D) T2N0M0 
E) T3N1M0 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
357) Qida borusunun anatomik hissələri hansıdır? 
 
A) Boyun, döş, qarın 
B) Udlaq, boyun, döş və qarın 
C) Udlaq, boyun və döş 
D) Boyun, diafraqmaüstü, diafraqmaaltı, mədəyə keçid hissələrdən 
E) Boyun, yuxarı döş, aşağı döş və qarın 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980. 447c 
 


 
 
358) Qida borusunun xoşxassəli şişlərində əsas diaqnostik metod hansıdır? 
 
A) Endoskopik və NMRT (nüvə-maqnit rezonans tomoqrafiya) 
B) NMRT (nüvə-maqnit rezonans tomoqrafiya) və USM 
C) Endoskopik 
D) NMRT (nüvə-maqnit rezonans tomoqrafiya) 
E) Rengenoloji və endoskopik 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
359) Qida borusunun xoşxassəli şişlərində əsas müalicə üsulu hansıdır? 
 
A) Kimyaterapiya 
B) Cərrahi 
C) Şüa terapiyası 
D) Kimyaterapiya şüa terapiyası 
E) Cərrahi kimyaterapiya 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
360) Rengenoloji müayinə zamanı qida borusu şişi onun mənfəzinə doğru 
böyumüşdürsə bu hansı şişə dəlalət edir? 
 
A) Sistinə 
B) Qida borusunun skir xərçənginə 
C) Qida borusu xərçənginə 
D) Leyomiomaya 
E) Hemangioperisitomaya 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
361) Qida borusu xərçənginin  xarakterik simptomu hansıdır? 
 
A) Diareya 
B) Disfagiya 
C) Gəyirmə 
D) Qıçqırma 
E) Baş ağrıları 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
362) Histoloji quruluşuna görə qida borusu  xərçənginin ən çox hansı növünə 
rast gəlinir? 
 
A) Adenokarsinomasına 
B) Yastı epitel və adenokarsinoma 


 
 
C) Sarkomasına 
D) Yastı epitel xərçənginə 
E) Açıq hücüyrəli karsinoma 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
363) Qida borusu xərçənginin hematogen metastazları ən çox hansı orqanda rast 
gəlinir? 
 
A) Ağciyərlərdə 
B) Böyrəklərdə 
C) Qaraciyərdə 
D) Sümüklərdə 
E) Dalaqda 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
364) Qida borusu xərçənginin diaqnostikasında ilkin  (start) müayinə metodu 
hansı sayıla bilər? 
 
A) Radionuklid izotop müayinəsi 
B) KT (kompüter tomoqrafiyası) 
C) MRT (nüvə-magnit rezonans tomoqrafiyası) 
D) USM (ultrasəs) 
E) Rentgenoloji + endoskopiya 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
365) Qida borusunun orta doş şöbəsinin xərçəngi zamanı hansı əməliyyat həcmi 
daha adekvat sayılır? 
 
A) Qida borusunun Lyuis tipli rezeksiyası 
B) Qarlok tipli rezeksiyası 
C) Qida borusu şişinin endoskopik elektro və ya lazer destruksiyası 
D) Qida borusu şişinin enukleasiyası 
E) Qida borusunun şişlə birgə rezeksiyası və qida borusunun uc-uca anastomozu 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
366) Hansı simptom qida borusu xərçəngi üçün xarakterik deyildir? 
 
A) Ağrı 
B) Aerofagiya 
C) Dispepsiya 
D) Diqfagiya 
E) Arıqlama 


 
 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология: Москва Медицина 1980.  447c 
 
367) Qida borusu xərçəngində şüa müalicəsinə əks göstəriş hansıdır? 
 
A) Hamısı 
B) Mediastinit 
C) Şiş prosesinin IV mərhələsi 
D) Ezofagobronxial fistula  
E) Kaxeksiya 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
368) Qida borusunun leyomioması zamanı cərrahi müalicənin optimal variantı 
hansıdır? 
 
A) Lyuis tipli cərrahi əməliyyat 
B) Qida borusunun seqmentar rezeksiyası 
C) Selikli qişanın tamlığını pozmamaqla şişin enukleasiyası 
D) Şişi keçməklə mədə və qida borusu anastamozu 
E) Qida borusunun ekstripasiyası 
 
Ədəbiyyat: Б.Е.Петерсон . Онкология : Москва Медицина 1980.447c 
 
369) Ağciyər xərçənginin cərrahi müalicəsinə mütləq əks göstəriş sayılan 
variantı göstərin 
 
A) Bronxopulmonar limfa düyünlərinə çoxsaylı metastaz 
B) Şişin çoxsaylı uzaq metastazları 
C) Şiş prosesinin yuxarı ağciyər venasının distal ucuna sirayəti 
D) Şiş prosesinin aşağı ağciyər venasının distal ucuna sirayəti 
E) Şiş prosesinin parietal plevraya sirayəti 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с. 
 
370) Aşağıdakılardan hansı ağciyərlərin  funksiyasına aid deyil? 
A) Müdafiə 
B) Ekskretor 
C) Qanın durulaşdırılması 
D) Qanyaranma 
E) Qaz mübadiləsi 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с. 
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə